Məhkəmə qərarları › İş №3(001)-620/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-620/2025

30.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-620/2025 30.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi X1 Xidməti 1-ci Ərazi X1 İdarəsinin Yanğın təhlükəsizliyi üzrə normativ iş şöbəsinin böyük mühəndis inspektoru, daxili xidmət mayoru Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 518.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında Azərbaycan Respublikası FHN X1 Xidməti 1-ci Ərazi X1 İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokolu və ona əlavə olunmuş materialları baxılmağa hazırlanması zamanı müəyyən etdim: Azərbaycan Respublikası FHN X1 Xidməti 1-ci Ərazi X1 İdarəsi YTÜNİŞ tərəfindən Şəxs İXM-in 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs tərəfindən xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən çoxmənzilli yaşayış binalarında planlı YTM zamanı YTQ №01-2001 bənd 6.1-6.10, YTQ №01-2001 bənd 10.1-10.4, YTQ 05-86, bənd 2.2, YTQ №05-86 bəndi 6.19 pozulması faktı aşkar edilmiş və Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Azərbaycan Respublikası FHN X1 Xidməti 1-ci Ərazi X1 İdarəsi YTÜNİŞ tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında protokol yanlış hüquqi şəxs barəsində tərtib olunmuşdur. İnzibati xəta faktının aşkar edildiyi ünvanda fəaliyyət göstərən hüquqi şəxs Şəxs MTK deyil, "xxxx" MTK olmuşdur. Odur ki, inzibati xəta haqqında protokol düzgün tərtib olunmamışdır. İXM-in 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələsini həll edir. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. Göründüyü kimi, qanunvericilik inzibati xəta haqqında protokol və digər iş materiallarının tərtib edilməsi qaydasını müəyyən etməklə hakim və ya səlahiyyətli orqan tərəfindən inzibati xəta haqqında işlərə baxarkən inzibati xəta haqqında protokolun və ya işin digər materiallarının İXM-in tələblərinə müvafiq olaraq tərtib edilməsi və həmin sənədlərin natamamlığı məsələsinin araşdırılmasını həvalə etmişdir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Beləliklə qeyd olunanlara əsasən hesab edirəm ki, Şəxs barəsində tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109.1.6-ci maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Azərbaycan Respublikası FHN X1 Xidməti 1-ci Ərazi X1 İdarəsinə geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar