Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-621/2024 16.02.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Əmirəliyev Fərid Mübariz oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Şəxs nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhər Binəqədi rayon prokurorluğu tərəfindən Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qəbul edilmiş qərar əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, Bakı şəhər Binəqədi rayon prokurorunun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, işə baxılmanın təxirə salınması haqqında məhkəməyə vəsatət verməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, Bakı şəhər Binəqədi rayon prokurorunun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında Şəxs nümayəndəsi fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə bildirmişdir ki, cəmiyyə barəsində qəbul edilmiş qərar əsassızdır. Çünki şirkət tərəfindən X2 muzdlu işçi kimi işə cəlb olunmuş və o, sınaq müddətində olduğundan onunla əmək müqaviləsi bağlanmamışdır. Bununla bağlı isə aparılmış araşdırma zamanı Şəxs barəsində əsassız olaraq İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Ona görə də, məhkəmədən Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən qəbul edilmiş qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, toplanmış material üzrə cinayət hadisəsi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmiş, hüquqi şəxs Şəxs direktoru, vəzifəli şəxs X3 barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat açılaraq, qərar inzibati protokol tərtib edilməsi üçün müvafiq olaraq Binəqədi Rayon Məhkəməsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə göndərilməsi qərara alınmışdır. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, hüquqi şəxs Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Məhkəmə, iş materiallarını hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Bakı şəhər Binəqədi rayon prokurorluğu tərəfindən tərəfindən Şəxs barəsində aparılmış icraat zamanı müəyyən şübhə və anlaşılmazlıqlara yol verilmişdir. Qeyd edilməlidir ki, Bakı şəhər Binəqədi rayon prokurorluğu tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarla hüquqi şəxs Şəxs direktoru, vəzifəli şəxs X3 barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat açılaraq, qərar inzibati protokol tərtib edilməsi üçün müvafiq olaraq Binəqədi Rayon Məhkəməsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə göndərilməsi qərara alınmışdır. Lakin Bakı şəhər Binəqədi rayon prokurorluğu tərəfindən qəbul edilmiş inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında xx.xx.2024-cü il tarixli qərarla isə hüquqi şəxs Şəxs barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli qərarda Şəxs direktoru, vəzifəli şəxs X3 barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat açılaraq, qərar inzibati protokol tərtib edilməsi üçün müvafiq olaraq Binəqədi Rayon Məhkəməsinə və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinə göndərilməli olması qeyd edilsə də, eyni orqan tərəfindən aparılmış inzibati xəta haqqında araşdırma həmin cəmiyətin vəzifəli şəxsi barəsində deyil, məhz cəmiyyət barəsində aparılmış və cəmiyyət barəsində İXM-in 192.1-ci maddəsi ilə inzibati xəta haqında iş üzrə icraat başlanılmaqla toplanmış material baxılması üçün məhkəməyə göndərilmişdir. Bu isə onu göstərir ki, aparılmış araşdırma zamanı şübhəli hallara yol verilmiş və aparılmış həmin araşdırma nəticəsində şəxsin məsuliyyətə cəlb edilməsi qanunvericiliyin tələblərinə ziddir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs əməlində İXM-in 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 43, 53, 105, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində Bakı şəhəri Binəqədi rayon prokurorluğu tərəfindən başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərid Əmirəliyev
Məhkəmə qərarları › İş №3(001)-621/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-621/2024
16.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver