Məhkəmə qərarları › İş №3(001)-622/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-622/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-622/2024 25.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materialı məhkəmə iclasında baxılmağa hazırlayarkən müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İş materialları təhlil olunarkən müəyyən etdim ki, işə mahiyyəti üzrə baxılması üçün işdə olan sənədlər tam şəkildə toplanmamışdır. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi Məhkəməsinin 2(001)- 257/2023 nömrəli, 11.07.23-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs maddi ziyana görə 1161 manat, mənəvi ziyana görə 1000 manat, dövlət rüsumuna görə 70 manat oolmaqla, cəmi 2231 manat pulun X2 ödənilməsi, Şəxs Bakı şəhəri, Binəqədi rayonu, Bilcəriqəsəbəsi, Asəf Zeynallı küçəsi, 24 saylı evin 26 saylı mənzilində su axıdılmasının qarşısını almaq üçün öz vəsaiti hesabına təmir işlərini aparmaqla Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsi, 24 saylı evin 24 saylı mənzilinə su axıdılmasına son qoyulması vəzifəsinin həvalə edilməsi, eyni zamanda cavabdehdən 50 manat ekspertiza xərcinin tutulması göstərilmişdir. İnzibati xəta haqqında iş materialları nəzərdən keçirilərkən müəyyən olunmuşdur ki, icra vərəqi üzrə borclu Şəxs icra vərəqinin icra edilməsi ilə bağlı icra məmuru tərəfindən məcburi icra tədbirləri həyata keçirilməmiş, Şəxsnun barəsində inzibati xəta haqqında protokol tərtib etməzdən öncə onun izahatının alınması ilə kifayətlənmişdir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, 13 sentyabr 2023-cü il tarixli icraata başlamaq haqqında qərarın və tələbin könüllü icrası barədə bildiriş borclu tərəfindən 06 dekabr 2023-cü il tarixdə imza edilməklə qəbul edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qərarı ilə Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata xitam verilmiş və əsas kimi tələbin könüllü icrası barədə bildirişi almadığı və icra sənədindən məlumatsız olduğu göstərilmişdir. Məhkəməyə daxil olmuş inzibati xəta haqqında protokol və həmin protokola əlavə edilmiş sənədlər öyrənilərkən müəyyən olunmuşdur ki, Bakı şəhəri Binəqədi Rayon İcra Şöbəsinin icra məmuru X4 Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 06 dekabr 2023-cü il tarixli qərarı qəbul olunduqdan sonra heç bir icra tədbirini həyata keçirtməmiş, 25 yanvar 2023-cü il tarixdə yenidən borclu Şəxsnin izahatını almaqla kifayətlənərək, onun barəsində İXM-in 528.1-ci maddəsi ilə protokol tərtib etmişdir. Həmçinin, icra məmuru tərəfindən icra sənədinin icra olunmamağı ilə bağlı digər hər hansı məcburi icra tədbiri həyata keçirilməmiş, borclunun ölkədən girişçıxışına məhdudiyyət qoyulmamış, izahatı alınmış, icra sənədinin icra edilməsi barədə ona xəbərdarlıq edilməmiş və barəsində birbaşa olaraq inzibati məsuliyyətə cəlb olunması barədə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan əlavə, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, inzibati məsuliyyətə cəlb edilməsinə əsas olan zərərçəkmiş şəxs X1 yazılı ərizəsi isə iş materiallarında mövcud deyildir. Göründüyü kimi, tələbkarın borclunun inzibati məsuliyyətə cəlb edilməsinə dair yazılı ərizəsinin olmamasına, icra məmuru tərəfindən borclu barəsində məcburi icra tədbirləri görülməməsinə baxmayaraq, icra məmuru tərəfindən borclu barəsində əsassız olaraq AR İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İXM-in 12.2-ci maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. İXM-in 106.0.5-ci maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələsini həll edir. İXM-in 109.1.7-ci maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, hesab edirəm ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Binəqədi Rayon İcra şöbəsinə geri qaytarılsın. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar