Məhkəmə qərarları › İş №3(001)-6224/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6224/2025

11.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6224/2025 11.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Məhkəmənin icraatına Binəqədi rayon DYPŞ tərəfindən Şəxs barəsində İXM-in 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 09 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilməlidir. Belə ki, İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi həmin maddə üzrə inzibati məsuliyyət yaradır. Yəni, şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibinin yaranması üçün onun barəsində yalnız yuxarıda göstərilən həmin inzibati xəta hadisələri nəticəsində barələrində təyin edilmiş cərimə cəzasının göstərilən müddətdə icra edilməməsi şərtdir, başqa inzibati xətaya görə təyin edilən cərimənin ödənilməməsi 529.3-cü maddə ilə nəticələ bilməz. Lakin, hazırki halda Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokola qoşma edilmiş sənədlərdə onun bu maddə ilə məsuliyyətinin yaranmasına əsas olmuş əvvəlki qərara rast gəlinmədiyindən, Şəxs hansı inzibati xətaya görə cərimə olunduğu müəyyən edilmir. İXM-nin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-117, 128-130 və 152-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 09 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar