Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-623/2025 05.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X11 Xidmətinin nümayəndəsi X3, şikayət vermiş şəxs X4 iştirakı ilə, X4 inzibati tənbeh edilməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X9 ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsalandırılmışdır ki, Anar Rzayev xx.xx.2024-cü tarixdə müraciət edərək, işlə onu təmin edilməsini bildirmiş və qarşılıqlı razılaşmaya əsasən də 12.07.24-cü ildə tarixindən xx.xx.2024-cü il tarixədək 5 ay 20 gün müddətinə aylıq 350 manat əmək haqqı ödənilməsi barədə əmək müqaviləsi bağlanmışdır. Anar Rzayev işə elektrik montyoru kimi cəlb olunmuş, sonuncuya əmək qanunvericiliyində nəzərdə tutulmuş hüquq və vəzifələri və texniki təhlükəsizlik qaydaları izah edilmiş və iş fəaliyyətinə başlamışdır. Anar Rzayev xx.xx.2024-cü il tarixdə öz təşəbbüsü ilə əmək fəaliyyətini davam etdirə bilməyəcəyi barədə müraciət etmiş və bir tərəfli qaydada işçinin işləmək arzusunun olmadığını nəzərə alıb, həmin tarixdən Anar Rzayevlə əmək müqaviləsinə xitam verilməsi barədə 01.07 saylı əmr verilmişdir. Həmin tarixdən Anar Rzayev istehsalatda iş fəaliyyətini dayandırmış və bir dəfə də olsun sonuncu ilə görüşməmişdir. Təqribən noyabr ayında Şirvan şəhər prokurorluğundan ona zəng edib nə vaxtsa işçini əmək müqaviləsiz isə cəlb etməsini bildirmişdir. O, telefonda bildirmişdir ki, 5 ay bundan qabaq Anar Rzayevlə əmək müqaviləsi barədə əmr verib, işdən çıxarmışdır. X16 bağladığı əmək müqaviləsinin surətini təqdim etmişdir. xx.xx.2024-cü il tarixdə X15 iyi Xidmətinin Bakı şəhər İdarəsindən ona bildiriş göndərilmiş, həmin bildirişdə göstərilmişdir ki, guya o, sahibkar kimi Anar Rzayevi əmək müqaviləsi olmadan işə cəlb etmişdir. Ona görə də qanunsuz və əsassız olaraq 3000 manat cərimə olunmağı barədə MN № ******* saylı qərar qəbul olunması göstərilmişdir. Hər hansı bir araşdırma aparmadan, dəlil ,sübut toplamadan 5 ay əvvəl baş vermiş hər hansı bir inzibat xətanın aktuallaşdırıb, gündəmə gətirib prokurorluq və əmək müfəttişliyi hansı məqsədi güdməsi onun üçün qaranlıq qalır. Belə ki, bu işi araşdırmaq üçün hər iki orqan maraqlı və qeyri maraqlı şəxslərin izahatlarını almalı, Anar Rzayevi əmək müqaviləsindən kənar hansı işlərə cəlb etməyini müəyyən etdikdən sonra qərar qəbul etməli idilər. Çox təəssüflər olsun ki, hər hansı inzibat xətanın başlanması və bitməsi qəbul olunmuş qərarda öz əksini tapmamışdır. Belə bir halda qərarı qəbul edən orqan işə götürən orqanı fəaliyyət istiqamətlərini əmək qanunvericiliyinin hansı müddəalarının necə pozulduğun müəyyən etmədən bu nəticəyə gəlmişdirlər. O, hesab edir ki, qəbul olunmuş inzibat xəta haqqında qərarın onun fəaliyyəti ilə yaxından uzaqdan əlaqəsi yoxdur. Odur ki, X11 Xidmətinin Bakı şəhər İdarəsinin “inzibati tənbeh vermə haqqında” 07 noyabr 2024-cü il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında X9 şikayətin məzmununa uyğun izahat verib bildirmişdir ki, X12 ilə şəxsi tanışlığı olmamışdır. Sex rəisi ona sexdə stol düzəltdirməsi barədə məlumat vermiş, 30 manat ödəniş edilməli olduğunu demişdir. O, da ona verilmiş kart nömrəsinə 30 manat köçürmüşdür. Başqa vaxt yenə ona belə məlumat verilmiş və o, yenə həmin karta müəssisənin pulundan yox öz cibindən 30 manat ödəniş etmişdir. Ona müəssisəyə gələn yolun qazıldığını, maşınlara zərər dəydiyini demiş, Anar Rzayev də həmin ərazidə yaşadığından, işə götürülməsi təklif olunmuşdur. O, da Anar Rzayevlə əmək müqaviləsi bağlayıb işə götürmüşdür. O, müqaviləni çap edib mail vasitəsilə sex rəisinə göndərmiş, sonuncu də çap edib həmin adama imzalatdırmışdır. Bundan sonra Anar Rzayevlə əlaqə kəsilmiş, əlaqəsi olmamış, zənglərə də, cavab verməmişdir. Üstündən bir müddət keçdikdən sonra müqaviləyə xitam verilmişdir. Uzun müddətdən sonra ona zəng gəlmiş və özünü prokurorluq əməkdaşı kimi təqdim edən şəxs ona Şirvan şəhər prokurorluğuna yaxınlaşmalı olduğunu demişdir. O, da ona rəsmi göndəriş göndərilməsini demişdir. Bundan sonra ona Əmək Müfəttişliyindən zəng gəlmiş onun barəsində 10 dekabr 2024-cü il tarixdə inzibati xəta haqqında işə baxılacağı bildirilmişdir. Lakin o, həmin vaxt Şirvan şəhərində olmuş, 10 dekabr 2024-cü il tarixdə axşam saatlarında şəhərə çatmışdır. O, barəsində çıxarılmış inzibati tənbeh vermə haqqında qərarı əldə etdikdən sonra 3000 manat cərimə olunduğunu bilmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onun prokurorluq tərəfindən qəbul edilmiş qərardan məlumatı olmamışdır. Sex rəisi işləmiş Cilovxan Zeynalov da bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Artıq 3 aydır ki, o, fəaliyyətini dayandırmışdır. Cəmi 3 nəfər işçisi qalmış, onlar da arada təmizlik işinə baxmış və nəzarət etmişlər. O, məhkəmədən barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X11 Xidmətinin nümayəndəsi X5 bildirmişdir ki, Şirvan şəhər prokurorluğunda bununla bağlı araşdırma aparılmış, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında 22 noyabr 2024-cü il tarixdə qərar qəbul olunmuşdur. Həmin qərarda qeyd olunmuşdur ki, X4 rəhbərlik etdiyi şirkətdə X12 fəhlə kimi işə qəbul edilmişdir. X18 əmək müqaviləsi elektron sistemə daxil olmadan işlərin görülməsinə cəlb edilmişdir. X11 Xidmətində inzibati xəta haqqında işə baxılaraq müəyyən edilmişdir ki, X2 Kəramət Əli oğlu tərəfindən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Ona görə də, X9 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək sonuncu 3000 manat məbləğində inzibati cərimə edilmişdir. Göstərilənləri nəzərə alınaraq X9 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X12 bildirmişdir ki, onun yaşadığı ərazidə qaçqınlar məskunlaşmış, orada fermaları var. O, fermanın yanında stol yığmış və torpaq yaymışdır. Müəssisə Şirvan şəhərində yerləşmişdir. O, Kəramət Zeynalovu zavodun müdiri kimi tanımışdır. Gördüyü işə görə sex rəisi Cilovxan onun kartına 30 manat pul göndərmişdir. Onunla əmək müqaviləsi bağlanılmış, fəhlə kimi işə götürülmüş, lakin iş ağır olduğu üçün işə getməmişdir. O, əmək müqaviləsində nə qədər əmək haqqı yazıldığını bilməmişdir. O, prokurorluqda izahat vermiş, lakin izahatı oxumadan imzalamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: X6 Şirvan şəhər prokurorluğunda verdiyi izahatdan görünür ki, onunla Kəramət Zeynalov arasında əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanılmış, o, müqavilə bağlanmamışdan 4 gün əvvəl işə başlamış, müqaviləsiz işlədiyi işlərə görə 60 manat pul almışdır. X1 Şirvan şəhər prokurorluğunda verdiyi izahatdan görünür ki, X12 ilə X9 arasında əmək müqaviləsi xx.xx.2024-cü il tarixdə bağlanmış, Anar Rzayev işlərin görülməsinə əmək müqaviləsi bağlanmamışdan əvvəl cəlb edilmiş, gördüyü işlərə 60 manat pul almışdır. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X4 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar şəxsin barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X11 Xidmətinə göndərilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X9 əmək müqaviləsi bağlamadan X10 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Şirvan şəhər Cənub sənaye qovşağında yerləşən armatur zavodundə işlərin yerinə yetirilməsinə cəlb etmiş, nəticədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 3000 manat inzibati cərimə cəzası tətbiq edilmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, şikayəti və iş materiallarını əhatəli şəkildə araşdıraraq hesab edir ki, X9 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmədə iş materiallarından müəyyən edilmişdir ki, X9 tərəfindən X12 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş və bununla da X9 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. X9 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə əsaslı olaraq xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə X9 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən X4 həmin qərardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X4 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-623/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-623/2025
05.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver