Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6230/2020 22.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlunun sədrliyi, X2 iclas katibliyi ilə «AMEX» Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 211.2-ci maddəsi ilə inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün «AMEX» Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-nin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixdə saat 11:40 radələrində ünvan 1 A ünvanında yerləşən «AMEX» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus ofisdə sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulması aşkar edilmişdir.Satış ofisində işçi X1 tərəfindən fərdi qoruyucu vasitədən (tibbi maskadan) istifadə etməməsi faktı müəyyən olunmuşdur. Bu əməli ilə «AMEX» Məhdud Məsuliyyətli Cəmiyyətinin 211.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs inzibati xəta haqqında işə baxılmasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilməsinə baxmayaraq səlahiyyətli nümayəndələri məhkəmə iclasında iştirak etməmişdir.Buna görə də, məhkəmə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X4 üzrə Baş İdarəsi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin iştirakı olmadan inzibati materiala baxılmasını mümkün hesab etmişdir. İnzibati xəta haqqında iş materillarını araşdırıb, sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edirəm ki, «AMEX» Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-nin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı təqsirli olaraq törətməsi sübuta yetirilmişdir. Belə ki, iş materiallarında olan protokoldan və izahatdan da görünür ki, xx.xx.2020-ci il tarixdə saat 11:40 radələrində ünvan 1 A ünvanında yerləşən «AMEX» Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus satış ofisində sanitar-gigiyena və karantin rejimi qaydalarının pozulması aşkar edilmişdir.Satış ofisində işçi X1 tərəfindən fərdi qoruyucu vasitədən (tibbi maskadan) istifadə etməməsi faktı müəyyən olunmuşdur. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin təqsirinin dərəcəsini və əmlak vəziyyətini nəzərə alaraq hesab edirəm ki, «AMEX» Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-nin 211.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməli, barəsində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-nin 21, 30, 31.2, 40, 43, 48-51, 110, 114-117, 128-130cu və 211.2-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: «AMEX» Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-cı maddəsi ilə təqsirli bilinsin və 400 (dörd yüz) manat cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində işə baxan Binəqədi rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-6230/2020
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6230/2020
22.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver