Məhkəmə qərarları › İş №3(001)-6234/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6234/2024

18.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6234/2024 18.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi ilə, X1 DİN BDYPİ-nin İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə xx.xx.2024-cü il tarixli, EQ/22948122 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X3 DİN BDYPİ-nin İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə xx.xx.2024-cü il tarixli, EQ/22948122 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan şikayət verərək, xx.xx.2024-cü il tarixli, EQ/22948122 saylı qərarın ləğv edilməsini və inzibati işin icraatına xitam verilməsini xahiş etmişdir. X5 yenidən ərizə ilə müraciət edərək, DİN BDYPİ-nin İXM-nin 328.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə xx.xx.2024-cü il tarixli, EQ/22948122 saylı inzibati tənbeh vermə haqqında elektron qərardan verdiyi şikayət və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə şikayəti və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması barədə X1 sonuncu ərizəsi təmin olunmalıdır. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. İXM-in 109.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş şikayət və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması barədə X1 sonuncu ərizəsi təmin olunmalı, həmçinin şikayətçiyə izah edilməlidir ki, eyni xarakterli ərizə ilə təkrar məhkəməyə müraciət edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109-cu maddələrinə əsasən, QƏRARA ALDİ: Şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Şikayətçiyə izah edilir ki, hazırkı ərizənin geri qaytarılması onu eyni xarakterli ərizə ilə təkrar məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Sədrlik edən: Aygün Qurbanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar