Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-625/2024 25.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Hüseynov Xəyal Nemət oğlunun katibliyi, Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru X11, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1988-ci il tarixdə Saatlı rayonu, Krasnoselski kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Saatlı rayonu, Qara Nuru Ə/D, Qara Nuru kəndində qeydiyyatda olmaqla yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə görə Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 7-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB tərəfindən Şəxs barəsində xırda talamaya görə İXM-in 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 7-ci PB-nin polis sahə inspektoru, polis mayoru X5 izahat verərək bildirmişdir ki, vətəndaş X16, X9, X12, X13 və X1 RPİ-nin 7-ci Polis Bölməsinə ərizə ilə müraciət edərək əşyalarının və pullarının oğurlandığı barədə məlumat vermişdirlər. Müraciət əsasında toplanmış materiallar üzrə cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Şəxs İXM-in 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədilə bölmənin aidiyyəti əməkdaşı kimi ona həvalə edilmişdir. Bu səbəblə, Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılmış və tərəfindən sonuncu barəsində İXM-in 227-ci maddəsi ilə MN 1844356, MN 1869468, MN 1869470, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollar tərtib edilmişdir. Ona görə də, məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi əməli etiraf edərək, barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla razı olduğunu bildirmişdir. Belə ki, o, xx.xx.2024-cü il tarixdə, təxminən saat 07:00 radələrində Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində qapısı açıq vəziyyətdə olan “Vaz 21011” markalı avtomobildən maqnitafon oğurlamışdır. Bundan başqa, həmin tarixdə, saat təxminən 19:00 radələrində Binəqədi rayonu, 9-cu mikrorayon, Cavadxan küçəsində yerləşən evdə olan dəhlizin zivəsindən döşək üzü oğurlamışdır. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, saat 23:40 radələrində Yasamal rayonunda “Uber” taksi şirkətindən taksi sifariş vermişdir. “Toyota Prius” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı taksi fəaliyyəti ilə məşğul olan avtomobilin sürücüsünə Xutor qəsəbəsi, Talış marketin yaxınlığında saxlamasını, siqaretinin qurtardığını bildirmiş və ondan 11 manat pul istəyərək təyinat nöqtəsinə çatdıqda qaytaracağını demiş və avtomobildən uzaqlaşaraq pulu ödəməyib ziyan vurmuşdur. Bundan başqa, xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, 9-cu mikrorayon ərazisində yerdən "xxxx" ASC-yə məxsus kart tapmış, kart vasitəsilə “Araz” marketdən 27 manat dəyərində spirtli içki və ərzaqlar almış, daha sonra kartı qıraraq zibil qutusuna atmışdır. Bundan başqa, xx.xx.2023-cü il tarixdə, təxminən saat 20:00 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi ilə hərəkətdə olarkən yol kənarında səkinin üzərində pul kisəsi görmüş, pul kisəsinin içərisində olan 3 manat məbləğində pulu götürdükdən sonra kisə ilə birlikdə içində olan bir sıra sənədləri xatırlamadığı zibil qutusuna atmışdır. Məhkəmə iclasında işləmədiyi üçün maddi sıxıntıları olduğunu, vurulmuş ziyanı ödəmədiyini, törətdiyi inzibati xətadan səmimi peşmanlıq çəkdiyini bildirərək ona ədalətli cəza təyin edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X10 müraciəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş Şəxs barəsində İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin 7-ci PB-nin aidiyyəti əməkdaşına göndərilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X3 müraciəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş Şəxs barəsində İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin 7-ci PB-nin aidiyyəti əməkdaşına göndərilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X7 müraciəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş Şəxs barəsində İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin 7-ci PB-nin aidiyyəti əməkdaşına göndərilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X8 müraciəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş Şəxs barəsində İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin 7-ci PB-nin aidiyyəti əməkdaşına göndərilmişdir. xx.xx.2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, vətəndaş X2 müraciəti əsasında aparılmış araşdırma nəticəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və əməli törətmiş Şəxs barəsində İXM-in 227-ci maddəsinin tələblərinə əsasən inzibati məsuliyyətə cəlb olunması məsələsinin həlli üçün qərarın surəti Binəqədi RPİ-nin 7-ci PB-nin aidiyyəti əməkdaşına göndərilmişdir. xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, X10 əmlakının talanması faktı ilə İXM-nin 227-ci maddəsində nəzərdə tutulan qaydada inzibati icraat başlanılmışdır. xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, X3 əmlakının talanması faktı ilə İXMnin 227-ci maddəsində nəzərdə tutulan qaydada inzibati icraat başlanılmışdır. xx.xx.2024-cü il tarixli qərardaddan görünür ki, X7 əmlakının talanması faktı ilə İXMnin 227-ci maddəsində nəzərdə tutulan qaydada inzibati icraat başlanılmışdır. xx.xx.2024-cü il tarixli, AZA 015237 nömrəli “inzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 01:30-da inzibati qaydada tutulmuşdur. xx.xx.2024-cü il tarixli, AZA 001252 nömrəli “şəxsi axtarış və fiziki şəxsdə olan əşyaları yoxlama haqqında” protokoldan görünür ki, Şəxs şəxsi axtarış və üzərində olan əşyaları yoxlama zamanı üzərində heç bir əşya aşkar edilməmişdir. xx.xx.2024-cü il tarixli, MN 1844356, MN 1869468, MN 1869470, MN ******* və MN ******* nömrəli inzibati xəta haqqında protokollardan görünür ki, Şəxs İXM-in 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyərək, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 227-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol əsaslıdır. Belə ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi istər özünün etiraf edici izahatı, istərsə də iş materialları ilə tam sübuta yetirilmiş və sonuncu tərəfindən törədilmiş inzibati xəta məhkəmədə öz təsdiqini tapmışdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İXM-in 31.4-cü maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Məhkəmə, İXM-in 32.1.1-ci maddəsinə əsasən Şəxs səmimi peşmançılığını onun məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda məhkəmə Şəxs əvvəllər də oğurluq cinayət əməlini törətməsiniistifadə etdiyini, bu səbəbdən cinayət məsuliyyətinə cəlb edilməsini, Cinayət Məcəlləsinin 177-ci maddəsi ilə təqsitrli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini və azadlığa çıxdıqdan çox az bir müddət sonra yenidən xırda talama növündə inzibati xətanı törətməsini onun şəxsiyyətini xarakterizə edən mənfi hal kimi nəzərə alır. Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən halı, törətmiş olduğu xətanın xarakterini, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməməsini və inzibati tənbehin məqsədlərinə nail olmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək ona inzibati həbs növündə tənbeh təyin edilməlidir. Qeyd olunanları nəzərə alaraq və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 01 (bir) ay 10 (on) gün müddətinə inzibati həbs olunsun. Həbsdə saxlama müddətinin əvvəli 24 yanvar 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Mərkəzinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-625/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-625/2024
25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver