Məhkəmə qərarları › İş №3(001)-6250/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6250/2024

28.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6250/2024 28.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi X1, şikayət vermiş şəxs X6 iştirakı ilə, X6 xx.xx.2024-cü il tarixli, EQ 23617392 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X7 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il tarixli, EQ 23617392 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X7 şikayətinin təmin olunması xx.xx.2024-cü il tarixli, EQ 23617392 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materialları araşdırıb, şikayət vermiş şəxsin fikirlərini dinləyib belə nəticəyə gəlir ki, X7 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixli, EQ 23617392 saylı inzibati tənbeh vermə haqqında qərar X7 barəsində deyil, X3 barəsində qəbul edilmişdir. Halbuki, qanunvericiliyin tələblərinə görə inzibati xəta haqqında iş üzrə qərardan barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin İXM-nin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Hazırki iş üzrə isə məhkəməyə faktiki şikayət ərizəsini ünvanlayan şəxs yuxarıda sadalanan statusların heç birində deyildir. Odur ki, xx.xx.2024-cü il tarixli, EQ 23617392 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayət səlahiyyəti olmayan şəxs tərəfindən verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qeyd olunmalıdır ki, hazırki qərardadın qəbul edilməsi səlahiyyətli olan şəxslər tərəfindən xx.xx.2024-cü il tarixli, EQ 23617392 saylı inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət verilməsini istisna etmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X6 xx.xx.2024-cü il tarixli, EQ 23617392 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 130-137-ci maddələrini rəhbər tutaraq, qərara aldım: X6 xx.xx.2024-cü il tarixli, EQ 23617392 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət geri qaytarılsın. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar