Məhkəmə qərarları › İş №3(001)-627/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-627/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-627/2025 22.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1991-ci ildə Kürdəmir rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2a yaşayan. Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci ildə ünvan 3 ünvanın qarşısında park edilmiş vətəndaş X8 məxsus **-CA-*** dövlət qeydiyyat nişanlı “Ford minik” markalı avtomobilin qapısını açma yolu ilə salondan 1 ədəd qayçı, 1 ədəd eynək və bir ədəd bank kartını gizli yolla talayaraq, vətəndaş S.N.Hətəmova cəmi 100 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, xx.xx.2025-ci ildə ünvan 4 ünvanın qarşısında park edilmiş vətəndaş X2 məxsus **-DY-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz minik” markalı avtomobilin qapısını açma yolu ilə salondan 60 manat pulu gizli yolla talamışdır. Bundan başqa o, xx.xx.2025-ci il tarixdə ünvan 5 ünvanın qarşısında park edilmiş vətəndaş X5 məxsus **-VV-*** dövlət qeydiyyat nişanlı “Opel minik” markalı avtomobilin qapısını açma yolu ilə salondan 1 ədəd gödəkçə, 1 ədəd flaskart, 1 ədəd mobil telefon və 1 ədəd qulaqçığı gizli yolla talayaraq, vətəndaş Z.X.Musayevə cəmi 130 manat maddi ziyan vurmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X9 tərəfindən inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş 43-cü Polis Bölməsinin polis sahə inspektoru, polis baş leytenantı X9 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci ildə ünvan 3 ünvanın qarşısında park edilmiş vətəndaş X8 məxsus **-CA-*** dövlət qeydiyyat nişanlı “Ford minik” markalı avtomobilin qapısını açma yolu ilə salondan 1 ədəd qayçı, 1 ədəd eynək və bir ədəd bank kartını gizli yolla talayaraq, vətəndaş S.N.Hətəmova cəmi 100 manat maddi ziyan vurmuşdur. Bundan başqa, o, Şəxs xx.xx.2025-ci ildə ünvan 4 ünvanın qarşısında park edilmiş vətəndaş X2 məxsus **-DY-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz minik” markalı avtomobilin qapısını açma yolu ilə salondan 60 manat pulu gizli yolla talamışdır. Bundan başqa o, xx.xx.2025-ci il tarixdə ünvan 5 ünvanın qarşısında park edilmiş vətəndaş X5 məxsus **- VV-*** dövlət qeydiyyat nişanlı “Opel minik” markalı avtomobilin qapısını açma yolu ilə salondan 1 ədəd gödəkçə, 1 ədəd flaskart, 1 ədəd mobil telefon və 1 ədəd qulaqçığı gizli yolla talayaraq, vətəndaş Z.X.Musayevə cəmi 130 manat maddi ziyan vurmuşdur. Qeyd olunanlara əsasən Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs vurduğu ziyanı ödəməmişdir. Zərər çəkmiş şəxslər ondan şikayətçidirlər. Onun ciddi növdə tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə özünü tam təqsirli bilərək izahatında göstərmişdir ki, pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmişdir. Bu məqsədlə xx.xx.2025-ci ildə ünvan 3 ünvanın qarşısında park edilmiş **-CA-*** dövlət qeydiyyat nişanlı “Ford minik” markalı avtomobilin qapısını açma yolu ilə salondan 1 ədəd qayçı, 1 ədəd eynək və bir ədəd bank kartını oğulamışdır. Bundan başqa, o, xx.xx.2025-ci ildə ünvan 4 ünvanın qarşısında park edilmiş **-DY-*** dövlət qeydiyyat nişanlı “Mercedes Benz minik” markalı avtomobilin qapısını açma yolu ilə salondan 60 manat pul oğurlamışdır. Bundan başqa o, xx.xx.2025-ci il tarixdə ünvan 5 ünvanın qarşısında park edilmiş **-VV-*** dövlət qeydiyyat nişanlı “Opel minik” markalı avtomobilin qapısını açma yolu ilə salondan 1 ədəd gödəkçə, 1 ədəd flaskart, 1 ədəd mobil telefon və 1 ədəd qulaqçığı oğurlamışdır. Oğurladığı əşyaları tanımadığı şəxslərə satmış, əldə etdiyi pulu ehtiyaclarına xərcləmişdir.Vurduğu ziyanı ödəməmişdir və ödəməyə maddi imkanı yoxdur. Əməlindən peşmandır. İşdə olan və məhkəmə iclasında tədqiq edilmiş cinayət işi başlanmasının rədd edilməsi barədə qərarlardan görünür ki, vətəndaş X6, X1 və X3 müraciətləri əsasında toplanmış materiallar üzrə cinayət tərkibi olmadığından cinayət işi başlanması rədd edilmiş, inzibati xətanı törətmiş şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati tədbir görülməsi üçün qərarın surəti 4-cü PŞ-yə göndərilmişdir. Azərbaycan Respublikası İXM-in 227-ci maddəsinə əsasən Xırda talama, yəni oğurlama, mənimsəmə, israfçılıq, qulluq mövqeyindən sui-istifadə və ya dələduzluq yolu ilə özgəsinin əmlakını talamağa görə -yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə üç ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXM-in 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi öz izahatı ilə yanaşı, zərər çəkmiş şəxslərin izahatı və inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, törədilməsi hallarını və vurduğu ziyanı ödəmədiyini nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, zərər çəkmiş şəxslərə vurulmuş maddi ziyan ödənilməmişdir, zərər çəkmiş şəxslərlə barışığı yoxdur. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmin Məcəllənin 38.3-cü maddəsinə görə cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib 1 (bir) ay müddətinə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2025-ci il tarixdən saat 16:00-dan hesablansın. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar