Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6271/2024 21.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin icra məmuru X4 izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3716/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs, X2 və X3 müştərək qaydada 14.643,91 manat məbləğində əsas borc, 3.218,82 manat məbləğində faiz borcu, 1.115,92 manat məbləğində cərimə və 21 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 18.999,65 (on səkkiz min doqquz yüz doxsan doqquz) manat 65 (altmış beş) qəpik alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin 10UN023 dövlət qeydiyyat nişanlı “Nissan Murano” markalı, universal tipli, buraxılış ili 2007, mühərrik 161621, ban-JN 1TANZ50Z0602126 olan ağ rəngli avtomobil 37300 ilkin satış qiyməti ilə açıq hərracda satılaraq əldə olunmuş vəsait borcun ödənilməsinə yönləndirilməlidir. Lakin Şəxs qeyd olunan icra sənədi üzrə tərəfindən banka ödənilməli olan məbləği ödəməmiş, bununla yanaşı 10UN023” qeydiyyat nişanlı, “Nissan Murano” markalı avtomobili hərracda satılması üçün təhvil verməkdən yayınmışdır. Odur ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, o bir neçə il əvvəl kreditlə “Nissan Murano” markalı avtomobili almışdır. Daha sonra isə o avtomobilini təxminən 2008-2009-cu illərdə avtomobilin kredit ödənişi davam etdiyi müddətdə X1. O avtomobilini notarial qaydada satmışdır və bu zaman avtomobil faktiki onun mülkiyyətindən çıxmışdır. Növbəti illər ərzində X6 borc müqaviləsi əsasında müəyyən olunan borc məbləğinin ödənişini gecikdirmişdir. O, Qasımov Asəmi gətirdərək bir müddət yığılmış borc məbləğini ödətmişdir. Daha sonra Asəm Qasımov özü də “Nissan Murano” markalı avtomobili başqa şəxsə satmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tətbiq olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3716/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsindən görünür ki, Şəxs, X2 və X3 müştərək qaydada 14.643,91 manat məbləğində əsas borc, 3.218,82 manat məbləğində faiz borcu, 1.115,92 manat məbləğində cərimə və 21 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 18.999,65 (on səkkiz min doqquz yüz doxsan doqquz) manat 65 (altmış beş) qəpik alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin 10UN023 dövlət qeydiyyat nişanlı “Nissan Murano” markalı, universal tipli, buraxılış ili 2007, mühərrik 161621, ban-JN 1TANZ50Z0602126 olan ağ rəngli avtomobil 37300 ilkin satış qiyməti ilə açıq hərracda satılaraq əldə olunmuş vəsait borcun ödənilməsinə yönləndirilməlidir. xx.xx.2014-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3716/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədinə əsasən icraata başlanmışdır. xx.xx.2014-cü il tarixli “Tələbin könüllü icrası haqqında” bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3716/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü olaraq icra edilməsi barədə bildirişi Şəxs imza etməklə qəbul etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3716/2013 saylı, xx.xx.2013-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs, X2 və X3 müştərək qaydada 14.643,91 manat məbləğində əsas borc, 3.218,82 manat məbləğində faiz borcu, 1.115,92 manat məbləğində cərimə və 21 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 18.999,65 (on səkkiz min doqquz yüz doxsan doqquz) manat 65 (altmış beş) qəpik alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Həmçinin 10UN023 dövlət qeydiyyat nişanlı “Nissan Murano” markalı, universal tipli, buraxılış ili 2007, mühərrik 161621, ban-JN 1TANZ50Z0602126 olan ağ rəngli avtomobil 37300 ilkin satış qiyməti ilə açıq hərracda satılaraq əldə olunmuş vəsait borcun ödənilməsinə yönləndirilməlidir. Həmin icra vərəqəsinə əsasən icraata başlanmış və tələbin könüllü icrası barədə bildiriş Şəxs tərəfindən imza etməklə qəbul edilmişdir. Lakin buna baxmayaraq Şəxs həmin icra sənədini icra etməmişdir. Göründüyü kimi Şəxs müştərək Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3716/2013 saylı, xx.xx.2013-cü il tarixli icra sənədi üzrə icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə onu müəyyən hərəkətləri etməyə məcbur edən sözügedən icra sənədini üzrsüz səbəbdən icra etməmiş, bununla da İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə araşdırması zamanı Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-6271/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6271/2024
21.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver