Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6276/2024 31.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızı, Məhkəmə iclas katibi X1, Şəxs ASC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış materialın məhkəmə iclasında baxılması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Şəxs ASC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. xx.xx.2025-cü il tarixdə Azərbaycan Repsublikası Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsinin baş məsləhətçisi Nümayəndə tərəfindən məhkəməyə ərizə ünvanlanmışdır. Həmin ərizənin məzmununda inzibati xəta haqqında protokolun və ona əlavə edilmiş sənədlərin baxılmadan geri qaytarılması xahiş olunmuşdur. Göründüyü kimi, inzibati xəta haqqında protokolu tərtib etmiş orqanın nümayəndəsi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol və onun əsasında toplanmış materialın baxılmadan geri qaytarılmasını xahiş etmiş və hal-hazırda inzibati xəta haqqında işə baxılması üçün məhkəməyə predmet qalmamışdır. Beləliklə, işin təsvir edilmiş hallarını və qanunvericiliyin tələblərini nəzərə alaraq hesab edirəm ki, Şəxs Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 464-cü maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol iş materialları ilə birlikdə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 106, 109, 110.1-ci maddələrini rəhbər tutaraq, qərara aldım: Şəxs ASC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-6276/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6276/2024
31.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver