Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-629/2023 22.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Rzayev Abbas Əhəd oğlu sədrliyi X3 iclas katibliyi Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (təsviri əsaslandırıcı hissədə İXMnin) 327.8-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası DİN-nin Binəqədi Rayon Polis İdarəsindən xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən məlum olur ki, Şəxs “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini pozaraq xx.xx.2023-cü il tarixdə, təxminən saat 14.43 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Bakı şəhəri, Binəqədi rayonu, Heydər məscidinin yaxınlığında “Vaz 2109” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur.Toqquşma zamanı X4 yüngül zərər vurmaya aid bədən xəsarəti almışdır. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs çıxış edərək təqsirini etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsin ondan şikayətçi olmadığını və il ərzində ilk dəfə inzibati xəta törətməsini nəzərə alaraq onun barəsində yüngül inzibati təbeh tədbiri tətbiq edilməsini məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs X4 və Azərbaycan Respublikası DİN-nin Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinə inzibati xəta haqqında işə baxılmasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin onlar məhkəməyə gəlməmiş, işə baxılmasının təxirə salınması haqqında vəsatət verməmişdir.Buna görə də, İXM-nin 112.1.2-ci maddəsinə əsasən zərərçəkmiş şəxs və Binəqədi rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab edirəm. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarını araşdırıb, sübutları məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs inzibati qaydada təqsirli hesab edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Binəqədi RPİ-nin Təhqiqat Şöbəsinin baş təhqiqatçısı, polis mayoru Fərid Şirinov tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarına əsasən məlum olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və Şəxs barəsində İXM-nin 327.2 və 327.8-ci maddələrinə əsasən inzibati tədbir görülməsi üçün Binəqədi RPİ-nin DYPŞ-nə göndərilməsi qərara alınmışdır. Belə ki, həmin qərardan görünür ki, Şəxs məhkəməyədək icraat zamanı izahat verərək göstərmişdir ki, təxminən 3 ildir ki, özünə məxsus və adına olan “Opel-Astra” markalı, **- RR-*** dövlət qeydiyyat nişanlı boz metallik rəngli avtomobili idarə edərək “Bolt” taksi şirkətində sürücü işləyir.Avtomobili adına olan «B» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir.Avtomobili idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır.09 yanvar 2023-cü il tarixdə saat 12.00 radələrində “Azadlıq” metrosunun yaxınlığında müştərini götürüb Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayona aparmaq üçün S.Məmmədova küçəsindən H. Babaşov küçəsinə daxil olaraq üzü 9 saylı X9 Stansiyası istiqamətində hərəkət etməyə başlamışdır.Hərəkətdə olduqları yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli idi.Adını bilmədiyi sərnişin qabaq sərnişin oturacağında əyləşmişdir, avtomobildə ondan başqa sərnişin və ya yük olmamışdır.Həmin günü qar yağdığından və yolları buz bağladığı üçüıı avtomobil sürüşürdü, H.Babaşov küçəsindən 9 saylı X9 Stansiyası tərəf iti bucaq altında yüksəlişə qalxmaq üçün sağ tərəfə dönən zaman yuxarıdan üzü aşağı əks istiqamətli hərəkət zolağı ilə sürüşə-sürüşə hərəkət edən “VAZ-21099” markalı avtomobilin yoluna çıxdığından avtomobillər qabaq hissələri ilə toqquşmuşlar, qəzadan sonra avtomobilində olan sərnişin düşüb piyada mənzil başına getmişdir.O, isə hadisə yerində qalıb “VAZ-21099” markalı avtomobildə olan və hadisə zamanı xəsarət almış sağ qabaq oturacaqda əyləşmiş sərnişini yaxınlığda yerləşən 9 saylı X9 Stansiyasına getməyə köməklik göstərmişdir, daha sonra, o və “VAZ-21099” markalı avtomobilin sürücüsü ilə birlikdə hadisə yerinin yaxınlığında dayanıb söhbət etmiş və özünə məxsus 055 ***-**-** mobil telefon nömrəsini ona vermiş ki, zəngləşib söhbət etsin, lakin həmin avtomobildə olan sərnişinin diz nahiyyəsi zədələndiyindən və sürücü onunla birlikdə başqa xəstəxanaya getdiyi üçün, iş yerinə qayıtmışdır ki, sonradan onunla zəngləşib danışsın.Təxminən 2-3 saatdan sonra sürücü adı sonradan ona məlum olan Famin adlı şəxs ona zəng edərək harada olduğunu soruşaraq travmatologiya xəstəxansında olduğunu deyib onuda xəstəxanaya çağırmış, o, isə həmin şəxsin səmimiliyinə inanmadığından ora getməkdən imtina etmişdir.Həmin ərəfədə “Al” marketdə olduğu zaman ayağı sürüşdüyü üçün yerə yıxılmış və cibində ki, mobil telefonu yerə dəyərək sınmışdır, bu səbəbə görə Faminlə əlaqə saxlaya bilməmişdir.Növbəti günü 10 yanvar 2023-cü il tarixdə ona Binəqədi RPİ-dən zəng edərək Faminin hadisə ilə bağlı 102 xidmətinə zəng edib məlumat verdiyini bildirmişlər.Buna görə dərhal polis idarəsinə gəlib hadisə ilə bağlı izahatını yazmışdır. Hadisə anında qar yağırdı, yolu buz bağladığından sürüşkən idi.Toqquşma baş verməmişdən əvvəl “VAZ-21099” markalı avtomobili idarə etdiyi “Opel” markalı avtomobilə münasibətdə 5 metr məsafədə qarşısında gördüyünü, hadisə zamanı heç bir xəsarət almadığını və məhkəmə-tibbi ekspertiza müayinəsindən keçməkdən imtina etdiyini, hadisə baş verən günü 09 yanvar 2023-cü il tarixdə o heç bir spirtli içki və ya digər vasitə qəbul etmədiyini qeyd etmişdir. Belə ki, həmin qərardan görünür ki, X4 məhkəməyədək icraat zamanı izahat verərək göstərmişdir ki, X6 onun iş yoldaşıdır, sonuncu təxminən 1 il bundan əvvəl özü üçün aldığı “VAZ-210993” markalı **-CB-*** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli avtomobili etibarnamə ilə idarə edir. 09 yanvar 2023-cü il tarixdə saat 11.00 radələrində Faminə məxsus avtomobillə işlədikləri Binəqədi qəsəbəsində yerləşən mobil telefon satılan mağazadan çıxıb “Əcəmi” metrosu tərəfinə getmək üçün Bakı şəhəri, Binəqədi rayonu, 9cu mikrorayon daxil olaraq H.Babaşov küçəsi ilə üzü Cavadxan küçəsi istiqamətində hərəkət etməyə başlamışdır.Həmin günü qar yağdığından və yolları buz bağladığı üçün Famin avtomobilini aşağı surətlə idarə edirdi.Özü qabaq sərnişin oturacağında əyləşmişdir, ondan başqa avtomobildə sərnişin və ya yük olmamışdır.H.Babaşov küçəsində yerləşən 9 saylı X9 Stansiyasının yanından keçən zaman əks istiqamətli hərəkət zolağı ilə hərəkət edən “Opel” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı taksi avtomobili hərəkətdə olduqları zolağa çıxdığından qəzanın qarşısını almaq üçün Famin avtomobilini hərəkətdə olduqları zolaqda saxlamışdır, buna baxmayaraq həmin avtomobil hərəkətinə davam edib qabaq hissəsi ilə dayanmış vəziyyətdə olan avtomobilin qabaq nahiyəsinə çırpılmışdır.Qəza baş verəndən sonra “Opel’in sürücüsü avtomobili saxlayıb onlara yaxınlaşmış və müştərinin olduğunu deyərək onu mənzil başına aparıb qayıdacağını bildirərək özünə məxsus 055 ***-**-** mobil telefon nömrəsini verərək əlaqə saxlayacağını deyərək çıxıb getmişdir, lakin sonradan onun mobil telefon nömrəsinə zəng çatmamışdır.Qəza zamanı sol diz nahiyəsindən xəsarət aldığından Famin onu yaxınlıqdakı 9 saylı X9 Stansiyasına çatdırmış və orada ona ilkin tibbi yardım göstəriləndən təcili yardım maşını ilə Travmatologiya Xəstəxanasına göndərilmişdir və orada yenə ona lazımı tibbi yardım göstəriləndən sonra evə buraxılmışdır.Hadisədən sonra Famin 102 xidmətinə zəng edərək məlumat verdiyindən xəstəxanada olduğu zaman Binəqədi RPİ-nin əməkdaşları hadisə yerinə gələrək zəruri sənədləşdirmə işləri aparmışlar.Hadisə anında qar yağırdı, yolu buz bağladığından sürüşkən idi.Baş vermiş hadisə zamanı əsasən sol və sağ dız nahiyələrinin avtomobilin salonunda olan saxlanc yerinin qapağına dəyməsi nəticəsində xəsarət aldığını qeyd etmişdir. Qərardan görünür ki, X6 bildirmişdir ki, təxminən 1 ildir ki, X1 adına olan özünə məxsus “VAZ- 210993” markalı, **-CB-*** dövlət qeydiyyat nişanlı gümüşü metallik rəngli avtomobili etibarnamə ilə adına olan «B, C» kateqoriyalı sürücülük vəsiqəsi ilə idarə edir.Avtomobili idarə etməyə başladığı vaxtdan etibarən texniki cəhətdən saz vəziyyətdə olmuş və hər hansı bir texniki nasazlığı olmamışdır.09 yanvar 2023-cü il tarixdə saat 11:00 radələrində iş yoldaşı X4 ilə birlikdə işlədikləri Bakı şəhər Binəqədi qəsəbəsində yerləşən mobil telefon satılan mağazadan çıxıb “Əcəmi” metrosu tərəfinə getmək üçün Bakı şəhəri, Binəqədi rayonu, 9-cu mikrorayona daxil olaraq H.Babaşov küçəsi ilə üzü Cavadxan küçəsi istiqamətində hərəkət etməyə başlamışlar.Ruslan qabaq sərnişin oturacağında əyləşmişdir, ondan başqa avtomobildə başqa sərnişin və ya yük olmamışdır.Hərəkətdə olduğu zaman yolda nəqliyyat vasitələrinin hərəkəti iki istiqamətli idi.9 saylı X9 Stansiyasının yanından keçən zaman əks istiqamətli hərəkət zolağı ilə hərəkət edən “Opel” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı taksi avtomobilin hərəkətdə olan zolağa çıxaraq üstünə gəldiyini görüb qəzanın qarşısını almaq üçün avtomobilini hərəkətdə olduğu zolaqda saxlamışdır, buna baxmayaraq həmin avtomobil hərəkətinə davam edib qabaq hissəsi ilə dayanmış vəziyyətdə olan avtomobilin qabaq nahiyyəsinə çırpılmışdır.Qəza baş verəndən sonra "Opel’in sürücüsü avtomobili saxlayıb onlara yaxınlaşmış və müştərinin olduğunu deyərək onu mənzil başına aparıb qayıdacağını bildirərək özünə məxsus 055 ***-**-** mobil telefon nömrəsini verərək əlaqə saxlayacağını deyərək çıxıb getmişdir.Qəza zamanı Ruslan sol diz nahiyəsindən xəsarət aldığından onu yaxınlığdakı 9 saylı X9 Stansiyasına çatdırmış və orada Ruslana ilkin tibbi yardım göstəriləndən təcili yardım maşını ilə Travmatologiya Xəstəxanasına köçürülmüş və orada ona lazımı tibbi yardım göstəriləndən sonra evə yazılmışdır.Hadisədən sonra 102 xidmətinə zəng edərək məlumat verdiyindən bir müddət sonra Binəqədi RPİ-nin əməkdaşları hadisə yerinə gələrək zəruri sənədləşdirmə işləri aparmışlar.Hadisə anında qar yağırdı, yolu buz bağladığından sürüşkən idi.Toqquşma baş verməmişdən əvvəl “Opel” markalı avtomobili idarə etdiyi avtomobilə münasibətdə 10 metr məsəfədə qarşısında gördüyünü, hadisə zamanı avtomobilin sükanı sinəsinə sıxıldığından döş qəfəsindən xəsarət aldığını və məhkəmə-tibbi ekspertiza müayinəsindən keçmək istədiyini, hadisə baş verən günü 09 yanvar 2023-cü il tarixdə heç bir spirtli içki və ya digər vasitə qəbııl etmədiyini, avtomobilin hər iki qabaq qapıları, kapot, bufer, sükan, sağ təkər, hər iki qabaq qapıları və digər nahiyələrin zədələnməsi nəticəsində konkret olaraq nə qədər maddi ziyanın dəydiyini hesablatdırmadığını qeyd etmişdir. İş materiallarına əlavə olunmuş həmin qərardan görünür ki, 12 yanvar 2023-cü il tarixli, 49 saylı ekspertiza rəyindən görünür ki, F.Z.Qasımovun bədən səthində aşkar olunmuş xəsarət - qarın nahiyəsinin qançırı bərk küt əşyanın təsirindən müayinədən bir günə qədər əvvəl əmələ gəlmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin olunmur. İş materiallarına əlavə olunmuş həmin qərardan görünür ki, məhkəmə-tibb ekspertizasının 12 yanvar 2023- cü il tarixli, 60 saylı ekspertiza rəyindən görünür ki, R.İ. Hüseynovun bədən səthində aşkar olunmuş xəsarətlər - sol diz oynağında hərəkət məhdudluğu ilə müşaiyyət olunan sol diz oynağı nahiyəsinin qançır-şişkinliyi, sol baldır nahiyəsinin qançırşişkinliyi, sağ baldır nahiyəsinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün Bakı şəhər Təcili və X2 stansiyasının 9 saylı bölməsinə müraciət etdiyi xx.xx.2023-cü il saat ll:41-dən bir qədər əvvəl əmələ gəlmişdirlər, qərarın təsviri hissəsində göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər.R.İ. Hüseynovun bədən səthində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi zamanı sərnişin olduğu avtomobilin digər avtomobillə toqquşması nəticəsində əmələ gələ bilərdilər. Protokolu və ona əlavə edilmiş materialları araşdırılaraq hesab edirəm ki, Şəxs İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin İİ hissəsinin İ bəndinə əsasən, yol hərəkətinin təşkili, onun təhlükəsizliyini təmin etmək, ətraf mühitin mühafizəsi ilə bağlı tələblərə və yol hərəkəti qaydalarına əməl etmək yol hərəkəti sahəsində fiziki şəxslərin vəzifələrindən biridir. Həmin Qanunun 51-ci maddəsinin İ bəndinə görə, ötməyə başlamazdan əvvəl sürücü əmin olmalıdır ki, girmək istədiyi hərəkət zolağı ötmə üçün kifayət edəcək məsafədə boşdur və bu manevr ilə o, qarşıdan gələn və bu zolaqda gedən nəqliyyat vasitələri üçün maneə yaratmayacaqdır. Göründüyü kimi, təqdim olunmuş materialları təhlil edərək belə nəticəyə gəlmək olar ki, Şəxs xx.xx.2023-cü il tarixdə, təxminən saat 14.43 radələrində idarə etdiyi “Opel Astra” markalı, **-RR-*** dövlət qeydiyyat nişanlı avtomaşınla inzibati xəta törətmişdir. Şəxs təqsirini etiraf etməsini, əməlindən səmimi peşman olmasını və il ərzində ilk dəfə inzibati xəta törətməsini cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, yüngülləşdirici hallar kimi təqsirini etiraf etməsini, səmimi peşmançılığınını, il ərzində ilk dəfə inzibati xəta törətməsini, habelə onun cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Şəxs İXM-nin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan inzibati cərimə növündə tənbeh edilməsini məqsədə müvafiq hesab edirəm. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Abbas Rzayev
Məhkəmə qərarları › İş №3(001)-629/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-629/2023
22.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver