Məhkəmə qərarları › İş №3(001)-629/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-629/2024

25.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-629/2024 25.01.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞin nümayəndəsi - polis sahə inspektoru, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Şəki şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMC-də mühafizəçi işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2şayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 24 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.S.Ordubadi küçəsində “Toyota Prius minik” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobilin ödənilməyən cərimələri olduğu üçün Binəqədi RPİ DYPŞ-in inspektoru tərəfindən ona saxla işarəsi verilmiş, avtomobili dayandırdıqdan sonra ona yaxınlaşan ictimai qaydanın mühafizə vəzifələrini icra etmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb avtomobili cərimə meydançasına aparmaqdan imtina etmiş, tabesizlik göstərmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in polis sahə rəisi, polis mayoru X3 tərəfindən 24 yanvar 2024-cü il tarixli, MN seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in nümayəndəsi - polis sahə inspektoru, polis kapitanı X6 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, protokolun məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 24 yanvar 2024-cü ildə axşam işdən evə gəlmiş, uşağına yemək lazım olduğu üçün mağazaya çıxmışdır. Həm də taksi fəaliyyəti göstərdiyi üçün müştəri düşdüyündən özünə məxsus “Toyota Prius minik” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə bir müddət xidmət göstərmişdir. Saat 18 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.S.Ordubadi küçəsində hərəkət edərkən DYPŞ-in inspektoru tərəfindən ona saxla işarəsi verilmiş, avtomobili dayandırmışdır. Avtomobilin ödənilməyən cərimələri olduğu üçün cərimə meydançasına aparılmasının zəruriliyini bildirən inspektordan çox xahişlər etsə də, nəticəsi olmamışdır. Belə ki, inspektora hazırda mühafizəçi işlədiyini, əvvəllər Səbail RPİ-də polis nəfəri işlədiyini desə də, müsbət nəticəsi olmamışdır. Bundan sonra inspektorlardan biri avtomobildə onun yanında əyləşmiş və avtomobili cərimə meydançasına sürməyi tələb etmişdir. Yolda qarşısına maneə çıxdığı üçün avtomobili sağa doğru qaçırmış, bunu görən inspektor qəsdən belə hərəkətlərə yol verdiyini düşünüb avtomobili dayandırıb düşmüşdür. Sonra onu digər xidməti avtomobil ilə 4-cü PŞ-yə aparmışlar. Polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Məhkəmədə şahid qismində izahat vermiş X7 izahatında bildirmişdir ki, Binəqədi RPİ DYPŞ-də inspektor vəzifəsində işləyir. 24 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.S.Ordubadi küçəsində xidmət apararkən “Toyota Prius minik” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənilməyən cərimələri olduğu üçün ona saxla işarəsi vermişdir. Sürücü avtomobili dayandırdıqdan sonra ona yaxınlaşıb özünü təqdim etmiş,avtomobilin ödənilməyən cərimələri olduğu üçün cərimə meydançasına yerləşdirilməsinə dair qərar qəbul olunduğunu bildirib, avtomobili cərimə meydançasına sürməsini tələb etmişdir. Sürücü Şəxs əvvəlcə tanınmış bir şəxsin mühafizəçisi işlədiyini bildirib avtomobili cərimə meydançasına sürməkdən imtina etmişdir. Bu xahişin keçmədiyini görüb əvvəllər polisdə işlədiyini demişdir. Ona avtomobili cərimə meydançasına aparmağın zəruriliyini bir daha izah edib “Toyota Prius minik” markalı **- LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağında əyləşmək istədikdə Şəxs qəflətən avtomobili yerindən tərpədərək idarə etməyə başlamış, buna görə müvazinətini itirmiş, qapını çətinliklə bağlamışdır. Bundan sonra sağ əli ilə onun boynundan tutub özünə sıxan Şəxs avtomobili təhlükəli şəkildə başqa istiqamətdə sürətli sürərək, divara çırpıb onu öldürəcəyini bildirmişdir. Onun olduqca aqressiv davranışını görüb avtomobili duracağa aparmayacağını demiş, enməsi üçün avtomobili dayandırmasını xahiş etmişdir. Onun bu sözündən sonra Şəxs yumşalmış, avtomobili dayandırmış, onun boynunu buraxmışdır. Dərhal açarı çıxararaq avtomobildən düşmüş və bu yolla Şəxs avtomobili sürüb getməsinin qarşısını almışdır. Avtomobildən enəndən sonra xidmət yoldaşı S.Seyidəliyin xdməti avtomobil ilə onların arxasınca gəldiyini görüb ona yaxınlaşmış, baş verənləri ona danışmışdır. Sonra avtomobildən düşən Şəxs onlarla yenidən mübahisə etməyə başlamış, avtomobili cərimə meydançasına aparmayacağını demişdir. Birlikdə onu patrul avtomobilinə əyləşdirərək 4-cü PŞ-yə gətirmişlər. Bu barədə raportla şöbə rəhbərliyinə müraciət edərək onun barəsində tədbir görülməsini xahiş etmişlər. Məhkəmədə şahid qismində izahat vermiş X1 izahatında bildirmişdir ki, Binəqədi RPİ DYPŞ-də inspektor vəzifəsində işləyir. 24 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.S.Ordubadi küçəsində xidmət apararkən “Toyota Prius minik” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin ödənilməyən cərimələri olduğu üçün ona saxla işarəsi vermişlər. Sürücü avtomobili dayandırdıqdan sonra inspektor Fərid Əhmədli ona yaxınlaşıb özünü təqdim etmiş,avtomobilin ödənilməyən cərimələri olduğu üçün cərimə meydançasına yerləşdirilməsinə dair qərar qəbul olunduğunu bildirib, avtomobili cərimə meydançasına sürməsini tələb etmişdir. Sürücü Şəxs əvvəlcə tanınmış bir şəxsin mühafizəçisi işlədiyini bildirib avtomobili cərimə meydançasına sürməkdən imtina etmişdir. Bunun keçmədiyini görüb əvvəllər polisdə işlədiyini demişdir. İnspektor F.Əhmədli ona avtomobili cərimə meydançasına aparmağın zəruriliyini bir daha izah edib “Toyota Prius minik” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sərnişin oturacağında əyləşmək istədikdə Şəxs qəflətən avtomobili yerindən tərpədərək idarə etməyə başlamış, F.Əhmədli qapını çətinliklə bağlamışdır. Bunu görüb xidməti avtomobil ilə onların arxasınca sürməyə başlamışdır. Yol boyu Şəxs avtomobili başqa istiqamətdə təhlükəli şəkildə sürətli idarə etmiş, bir qədər sonra dayanmışdır.Tez düşüb onlara yaxınlaşmış, inspektor F.Əhmədlinin boynunu tutaraq avtomobildən endiyini görmüşdür. Ondan nə baş verdiyini soruşduqda Şəxs onun boynundan tutaraq özünə sıxıb saxladığını, avtomobili divara çırpıb onu öldürəcəyini dediyini bildirmişdir. Ona görə inspektor F.Əhmədli ona avtomobili duracağa aparmayacağını demiş, enməsi üçün avtomobili dayandırmasını xahiş etmişdir. Onun bu sözündən sonra Şəxs avtomobili dayandırmış, onun boynunu buraxmışdır. Dərhal açarı çıxararaq avtomobildən düşmüş və bu yolla Şəxs avtomobili sürüb getməsinin qarşısını almışdır.Sonra birlikdə Şəxs patrul avtomobilinə əyləşdirərək 4-cü PŞ-yə gətirmişlər. Bu barədə raportla şöbə rəhbərliyinə müraciət edərək onun barəsində tədbir görülməsini xahiş etmişlər. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ DYPŞ-in inspektoru X1 tərəfindən Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in rəisinə yazılmış Raportdan görünür ki, Şəxs 24 yanvar 2024-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi M.S.Ordubadi küçəsində “Toyota Prius minik” markalı **-LH-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən avtomobilin ödənilməyən cərimələri olduğu üçün Binəqədi RPİ DYPŞ-in inspektoru tərəfindən ona saxla işarəsi verilmiş, avtomobili dayandırdıqdan sonra ona yaxınlaşan ictimai qaydanın mühafizə vəzifələrini icra etmiş polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayıb avtomobili cərimə meydançasına aparmaqdan imtina etmiş, tabesizlik göstərmişdir. İnzibati qaydada tutma haqqında AZA seriyalı № 000010 saylı 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 22:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında MN seriyalı № ******* saylı 24 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. “Polis haqqında” qanunun 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. Həmin qanunun ikinci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. Eyni qanunun 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. İctimai qaydanı pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Azərbaycan Respublikası İXM-in 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunu tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası İXMin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində Şəxs təqsirliliyi qismən öz izahatı ilə yanaşı, şahidlərin ifadələri, inzibati araşdırma materialları, inzibati xəta haqqında protokol və işin digər materialları ilə tam sübuta yetirilir və onun barəsində düzgün olaraq həmin maddə ilə protokol tərtib edilmişdir. Barəsində icraat aparılan şəxs Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarının icrası onun üçün məcburi olan qanuni tələblərinə qəsdən tabe olmamış, bu hərəkəti ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, təqsirli, hüquqa zidd əməl törətmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İXM-in 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən etmir. Məhkəmə Azərbaycan Respublikası İXM-in 33.1.1-ci maddəsinə əsaslanmaqla səlahiyyətli şəxslərin hüquqazidd hərəkəti dayandırmağı tələb etdiklərinə baxmayaraq, bu hərəkətin davam etdirilməsini Şəxs məsuliyyətini ağırlaşdıran hallar kimi müəyyən edir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini və törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə inzibati həbslə əlaqədar olmayan cərimə tənbehinin təyin edilməsi isə məqsədəmüvafiq deyildir. Belə ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. İctimai yerdə, heç bir əsaslı səbəb olmadan, ətrafdakı insanlarda həyəcan yaranmasına səbəb olmaqla mübahisə yaradıb ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis əməkdaşlarına qarşı tabesizlik göstərmiş şəxsin cərimə növündə tənbeh edilməsi insanlarda mənfi emosiyalar doğurur və belə əməli törətmiş şəxsləri qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək və onlar tərəfindən yenidən eyni xarakterli inzibati xəta törədilməsinin qarşısını almaq işinə mənfi təsir edir. Ona görə də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində göstərilmiş inzibati həbs növündə tənbeh yuxarı həddə təyin edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən saat 22:00-dan hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar