Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6290/2024 05.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Şikayət verən X2 vəkili Bakı şəhəri 20 saylı vəkil bürosunun vəkili Vəkil iştirakı ilə, X2 Binəqədi Rayon Dövlət X6 inzibati tənbeh vermə haqqında 03 oktyabr 2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X3 şikayətlə Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Binəqədi Rayon Dövlət X6 inzibati tənbeh vermə haqqında 03 oktyabr 2024-cü il tarixli TP ******* nömrəli qərarının ləğv edilməsi, həmin qərar əsasında yazılmış cərimənin silinməsi, onun barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında X2 vəkili Vəkil şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2024cü il tarixdə İXM-in 469.3 və 327.1-ci maddəsi üzrə İXP ******* saylı protokolla N.Əliyeva barəsində hər iki maddə üzrə 50 AZN məbləğində cərimə tətbiq olunmuşdur. Daha sonra həmin protokol əsasında xx.xx.2024-cü il tarixli TP ******* saylı intizabi tənbeh vermə haqqında qərar tərtib olunmuşdur. Bu tamamilə qanunsuz və əsassızdır. Belə ki, İXM-in 469.3-cü maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə mülki məsuliyyəti icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş avtonəqliyyat vasitəsi sahibləri tərəfindən sığortaçı ilə icbari sığorta müqaviləsinin bağlanmamasına görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Lakin icbari sığorta müqaviləsinin bağlanmamasına görə “X8” minik markalı 10LN101 dövlət qeydiyyat nişanlı avtomobilə xx.xx.2024-cü il tarixdə bir dəfə, xx.xx.2024-cü ildə isə ikinci dələ həmin maddə ilə cərimə yazılmışdır. Bu İXM-in 9.2-ci maddəsinə də Həmin maddəyə əsasən, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Bundan başqa, İXM-in 327.1-ci maddəsinə əsasən, yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. Göründüyü kimi maddənin sanksiyasının yuxarı həddi 40 manat olsa da, ona 50 manat cərimə yazılmışdır. Bundan əlavə, qərarda qeyd olunmuşdur ki, guya N.Əliyeva əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Bu doğru deyil. Belə ki, hadisə Binəqədi rayonu Cəfər Xəndan küçəsində binanın zirzəmisində parklama yerində baş vermişdir. Fuad adlı sürücünün idarə etdiyi 10OS898 dövlət qeydiyyat nişanlı “LEXUS ES300” markalı avtomobillə N.Əliyevanın idarə etdiyi “X8” minik markalı 10LN101 dövlət qeydiyyat nişanlı avtomobil hər ikisi arxa-arxaya hərəkət edib parkinqdən çıxarkən dal-dala bir-birinə dəymişdir. Əslində hadisənin yaranma səbəbi “LEXUS ES300” markalı avtomobili idarə edən şəxsin parkinqdən çıxarkən xəbərdaredici işıq cihazlarından, siqnaldan istifadə etmədən və monitoruna baxmadan yola çıxması olmuşdur. Burada təqsirin N.Əliyevanın üzərinə atılması qanunsuzdur. İki avtomobil ikisi də hərəkətdə olarkən arxa-arxaya toqquşmuşdur. Bu zaman təqsir niyə N.Əliyevanın üzərində qalmalıdır? Fuad adlı sürücü maşından düşərək mübahisə edəndə bildirmişdir ki, parkinqdən çıxırmışki müdirinin gəlməsini gözləsin. Deməli, sürücü parkinqdən çıxaraq gediş-gəliş yolunda maşını “start” vəziyyətində saxlamaq üçün çıxmış və yolu bağlamaq niyyəti ilə bunu etmişdir. Şikayətə əlavə edilmiş fotoşəkillərdən də görünür ki, N.Əliyeva parkingdən düz şəkildə çıxarkən digər maşın yandan ona dəymişdir. Maşında olan zədələr sübut edir ki, o, parkinqdən düz şəkildə çıxmış, maşını sağa sola əyməmişdir. Digər avtomobilin sürücüsünün səhlənkarlığından maşınların arxa hissəsi toqquşmuşdur. Göstərilənləri nəzərə alaraq, şikayətin təmin edilməsini xahiş etmişdir. Qərarından şikayət verilən Binəqədi Rayon Polis İdarəsinin Dövlət X6 nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə şikayətə qərarından şikayət verilən orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb, işdə iştirak edən şəxsin izahatını dinləyib hesab edir ki, şikayət qismən təmin edilməli, Binəqədi Rayon Dövlət X6 inzibati tənbeh vermə haqqında 03 oktyabr 2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilməklə, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhəri Binəqədi Rayon Dövlət X7 göndərilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 03 oktyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati təhbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü ildə saat 12:30-da C.Xəndan dalanda 10LN101 dövlət qeydiyyat nişanlı “X8 minik” markalı avtomobili idarə edərkən mülki məsuliyyəti icbari sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamamış, eyni zamanda əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğuna görə Azərbaycan Respublikası İXM-in 469.3 və 327.1-ci maddələri ilə təqsirli bililib 50 (əlli) manat cərimə edilmişdir. Azərbaycan Respublikası DİN-in DYP WEB portalından çıxarışdan görünür ki, 10LN101 dövlət qeydiyyat nişanlı “X8 minik” markalı avtomobilin istifadəçisi xx.xx.2024cü ildə saat 01:10:29-da hərəkətdə olarkən mülki məsuliyyəti icbari sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlanmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsilə EQ 23579244 saylı qərar əsasında 50 manat cərimə edilmişdir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığorta səhadətnaməsinin surətindən görünür ki, 10LN101 dövlət qeydiyyat nişanlı “X8 minik” markalı avtomobillə bağlı X3 ilə "xxxx" ASC arasında xx.xx.2024-cü il tarixdə icbari sığorta müqaviləsi bağlanmış və müqavilə həmin tarixdə saat 11:38:53-də qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinin Qeydinə görə Şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində icbari sığorta müqaviləsini bağlamalıdır. Bu müddətdə şəxs həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Bu Məcəllənin 469.3-cü maddəsində nəzərdə tutulmuş xəta foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, bu “Qeyd”in 1-ci bəndində göstərilən müddət həmin xətanın aşkarlandığı gündən hesablanır. Beləliklə təsvir olunanlardan görünür ki, 10LN101 dövlət qeydiyyat nişanlı “X8 minik” markalı avtomobilin istifadəçisinin həmin avtomobillə bağlı mülki məsuliyyəti icbari sığorta etdirmək üçün sığortaçı ilə icbari sığorta müqaviləsi bağlamadığına görə xx.xx.2024-cü ildə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsilə EQ 23579244 nömrəli inzibati tənbeh vermə haqqında qərar əsasında 50 manat cərimə edilmiş, bundan sonra, yəni xx.xx.2024-cü ildə 10LN101 dövlət qeydiyyat nişanlı “X8 minik” markalı avtomobillə bağlı "xxxx" ASC ilə icbari sığorta müqaviləsi bağlamışdır. Bununla belə X3 barəsində eyni fakt üzrə inzibati xətaya görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsilə 03 oktyabr 2024-cü il tarixli TP ******* nömrəli inzibati təhbeh vermə haqqında qərar qəbul edilmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469-cu maddəsinin Qeydinə görə şəxs bu maddədə nəzərdə tutulmuş icbari sığorta müqaviləsinin bağlanmamasına görə inzibati məsuliyyətə cəlb olunduqda, 20 gün ərzində həmin əməlin törədilməsinə görə təkrarən inzibati məsuliyyətə cəlb olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Belə olan halda aydın olur ki, X2 eyni fakt üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi qanuni olmamışdır. Bundan başqa, İXM-in 327.1-ci maddəsinə görə yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud ara məsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 469.3-cü maddəsilə inzibati məsuliyyətə cəlb edilməsi qanunsuz olduğundan ona təyin edilmiş cərimənin miqdarı da yenidən nəzərdən keçirilməli və bunun üçün əsaslar olduqda o müvafiq maddənin sanksiyası çərçivəsində tənbeh edilməlidir. Bu məqamda məhkəmə həmçinin qeyd edir ki, X2 xx.xx.2024-cü ildə saat 12:30-da C.Xəndan dalanda 10LN101 dövlət qeydiyyat nişanlı “X8 minik” markalı avtomobili idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydasını pozduğu kifayətedici şəkildə sübut edilmir. İşə yenidən baxılarkən hər iki tərəfin iştirakı ilə sübutlar yenidən tədqiq edilməli, hadisədə təqsirli olan şəxs sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 48-ci maddəsinə görə inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. 134.1-ci və 134.1.4-cü maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir:.. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında. Təsvir edilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Binəqədi Rayon Dövlət X6 inzibati tənbeh vermə haqqında 03 oktyabr 2024-cü il tarixli TP ******* nömrəli qərarından verdiyi şikayət qismən təmin edilməli, həmin qərar ləğv edilərək, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün Binəqədi Rayon Dövlət X7 göndərilməlidir. X1 barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi hissəsilə bağlı məhkəmə qeyd edir ki, xx.xx.2024-cü ildə C.Xəndan dalanda 2 avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi səlahiyyətli orqanda əlavə araşdırma tələb etdiyindən, habelə hadisədə təqsirli olan şəxs müəyyən edilməli olduğundan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi indiki halda mümkün deyil. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət qismən təmin edilsin. Binəqədi Rayon Dövlət X6 inzibati tənbeh vermə haqqında 03 oktyabr 2024-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilsin, inzibati xəta haqqında iş yenidən baxılmaq üçün səlahiyyətli orqana - Bakı şəhəri Binəqədi Rayon Dövlət X7 göndərilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-6290/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6290/2024
05.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver