Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6292/2024 21.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in nümayəndələri X4 və X2 qızının iştirakları ilə, Şəxs MMC, AZ1114, Bakı şəhəri, Binəqədi rayonu, Rəşid Behbudov küçəsi ev 1B, mənzil 4, VÖEN ********** barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola və olan əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Təhqiqat şöbəsinin təhqiqatçısı, g/x leytenantı X6 tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair xx.xx.2024-cü il tarixli EP № ******* nömrəli İnzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzindən daxil olmuş 3-33-3100/012/020970 nömrəli xx.xx.2024-cü il tarixli raporta görə Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********6671 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 4858.38 ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 may 2021-ci il tarixli qərarına əsasən malların (işlərin, xidmətlərin) ixracı zamanı İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində göstərilən inzibati məsuliyyətin yaranması üçün əsas ixrac edilən malların müqabilində məcburi qaydada köçürülməli olan az miqdarda vəsaitin həmin malların bəyan olunduğu gündən Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndində müəyyən edilmiş müddətdə xaricdən qaytarılmaması ilə şərtləndirilmişdir. Bu halda mallar (işlər, xidmətlər) bəyan edildiyi gündən Qaydalarla müəyyən edilmiş müddət ərzində (180 gün) ixrac olunan malların müqabilində məcburi qaydada köçürülməli olan valyuta vəsaiti geri qaytarılmadıqda növbəti gün artıq inzibati xətanın törədildiyi gün kimi qəbul edilməlidir. “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Prezidentinin 24 iyun 1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”na müvafiq olaraq, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan xarici valyuta vəsaitlərinin xaricdən qaytarılması qarşılıqlı hesablaşmanın üsulundan asılı olmayaraq 180 gün ərzində təmin olunmalıdır. Eyni qanunda qeyd edilmişdir ki, müvəkkil banklara köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Gömrük xidmətinin X1 Sisteminin (VAİS) “Konsiqnasiya əməliyyatları üzrə hesabat” bölməsinə baxış zamanı müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş xx.xx.2023-cü il tarixli **********6671 sorğu nömrəli gömrük bəyannaməsi üzrə ixrac etdiyi malların qarşılığında müvəkkil bankdakı hesabına köçürülməli olan məbləğin qalığı 4858.38 ABŞ dolları təşkil edir. Şəxs MMC-in ixrac gömrük proseduru altında rəsmiləşdirdiyi mallara dair təqdim olunan xx.xx.2023-cü il tarixli **********6671 sorğu nömrəli gömrük bəyannaməsinin 20-ci qrafasının üçüncü yarımbölməsində qarşılıqlı hesablaşmanın üsulu “002-malın dəyəri mal ixrac olunduqdan sonra ödənildikdə (ixracatçının bank hesabına köçürülməklə və ya hesaba mədaxil edilməklə)” qeyd olunmuşdur. Belə ki, Şəxs MMC (Satıcı) ilə müvafiq olaraq “Lektronix, Rockwell Automation SP.Z.O.Q UL. Konuktorska” (Alıcı) tərəfindən qaytarılmamış xarici valyuta vəsaitlərinin (4858.38 ABŞ dolları) Azərbaycan Respublikası Mərkəzi Bankının hüquqpozmanın törədildiyi günlərdə olan ABŞ dollarının rəsmi məzənnəsinə (1 ABŞ = 1.7000 AZN) uyğun olaraq dəyəri 8259.246 manat təşkil etmişdir və həmin məbləğ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin Qeydinə əsasən az miqdar hesab olunur. 11 sentyabr 2024-cü il tarixli “sənədlərə baxış keçirilməsi haqqında” protokola baxış zamanı xx.xx.2023-cü il tarixli **********6671 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2024-cü il tarixli **********9385 sorğu nömrəli gömrük bəyannaməsinin eyniləşdirilməsi zamanı 33-cü qrafada qeyd edilmiş XİF MN-larının, habelə 31-ci qrafada göstərilmiş mal təsvirlərinin bir-birləri ilə ziddiyyət təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, Şəxs MMC tərəfindən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitləri xaricdən qaytarılmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə təkrar məlumatlandırılmış Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi nümayəndəsinin iştirakını məhkəmədə təmin etməmişdir. Məhkəmə inzibati xəta haqqında işə Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X7 inzibati xəta haqqında protokolun dəlillərilə razılaşmayaraq izahatında bildirmişdir ki, Şəxs MMC-in ixrac gömrük proseduru altında rəsmiləşdirdiyi mallara dair təqdim olunan xx.xx.2023-cü il tarixli **********6671 sorğu nömrəli gömrük bəyannaməsinin 20-ci qrafasının üçüncü yarımbölməsində qarşılıqlı hesablaşmanı üsulu “002 - malın dəyəri mal ixrac olunduqdan sonra ödənildikdə (ixracatçının bank hesabına köçürülməklə və ya hesaba mədaxil edilməklə)” qeyd olunmuşdur. Həmin gömrük bəyannaməsi üzrə rəsmiləşdirmə həyata keçirilən “induktivlik çarxları və drosseller” adlı yüklər alıcı şirkət tərəfindən bəyənilmədiyi üçün ölkə ərazisinə geri qaytarılmış və xx.xx.2024-cü il tarixli **********9385 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyəyə buraxılış gömrük prosedurunda yerləşdirilmişdir. Yəni, protokolda qeyd olunan 180 gün ərzində vəsaitin qaytarılmaması məhz alıcı şirkətin malı bəyənməməsi və geri qaytarması səbəbindən baş vermiş, eyni zamanda təxminən 3 ay müddətində yenidən bu mallar sərbəst dövriyyəyə buraxılış gömrük prosedurunda yerləşdirilmişdir. İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsilə inzibati xəta tərkibinin yaranmasının əsası kimi xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində xarici valyuta vəsaitinin əldə edilməsi və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan həmin vəsaitin xaricdən qaytarılmaması çıxış edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Plenum Qərarında da qeyd edilir ki, müvəkkil banka köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Hazırki işin hallarından da məlum olduğu kimi iqtisadi fəaliyyətin subyekti olan Şəxs MMC tərəfindən satılan mal alıcı şirkət tərəfindən geri qaytarıldığı üçün müvafiq vəsaitin müvəkkil bankın hesabına köçürülməsi mümkün olmamışdır. Yəni, alıcı şirkət malı qaytardığı üçün ödəniş etməmişdir. Qeyd olunanlara əsasən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxs Şəxs MMC-in digər nümayəndəsi X2 qızı eyni məzmunlu izahat vermişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndələrini dinləyib hesab edir ki, hüquqi şəxs Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Rəsmiləşdirmə Mərkəzinin 1-ci şöbəsinin böyük inspektoru G.Xanlarova tərəfindən tərtib olunmuş 3-33-3100/012/020970 nömrəli xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs MMC tərəfindən xx.xx.2023-cü il tarixli **********6671 sorğu nömrəli gömrük bəyannaməsi üzrə 4858.38 ABŞ dolları məbləğində xarici valyuta vəsaitinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 609 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi Qaydaları”nın 12.2-ci bəndinə əsasən konsiqnasiya yolu ilə ixrac edilən malların (işlərin, xidmətlərin) müqabilində vəsaitlərin bəyan olunduğu gündən 180 (yüz səksən) gün ərzində Azərbaycan Respublikasındakı müvəkkil bankda olan hesablarına köçürülməsi haqqında məlumatlar təqdim edilməmişdir. xx.xx.2023-cü il tarixli **********6671 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, bəyannamənin 20-ci qrafasının üçüncü yarımbölməsində qarşılıqlı hesablaşmanın üsulu “002 - malın dəyəri mal ixrac olunduqdan sonra ödənildikdə (ixracatçının bank hesabına köçürülməklə və ya hesaba mədaxil edilməklə)” qeyd olunmuş, 31-ci qrafada (mal təsvirləri) İnduktivlik çarxları və drossellər: 1.C4500-1 MOOG CONTROLLER S/N: 0136B -1 ədəd İNV.Mövqe 1, 2.C159980-5 MOOG CONTRELLER S/N: 0850B-1 ədəd İNV.Mövqe:2 qeyd olunmuş, 33-cü qrafada malın kodu 8504 qeyd olunmuşdur. xx.xx.2024-cü il tarixli **********9385 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, bəyannamənin 31-ci qrafasında (mal təsvirləri) neft sənayesində istifadə üçün nəzərdə tutulmuş statik dəyişdiricilər: 1.MOOG AC SERVO DRİVE G366E14-922A-2 ədəd, SERY NO: 101615656, ********* İNV.Mövqe:1 qeyd olunmuş, 33-cü qrafada malın kodu 8504 qeyd olunmuşdur. “Lektronix, Rockwell Automation SP.Z.O.Q UL. Konuktorska” şirkətinin (Alıcı) xx.xx.2024-cü il tarixdə Şəxs MMC-yə etdiyi elektron müraciətindən görünür ki, alıcı şirkət C4500-1 MOOG CONTROLLER S/N: 0136B və C159980-5 MOOG CONTRELLER S/N: 0850B məhsulları bəyənmədiyi üçün geri qaytarır. xx.xx.2023-cü il tarixli **********6671 sorğu nömrəli gömrük bəyannaməsi ilə xx.xx.2024-cü il tarixli **********9385 sorğu nömrəli gömrük bəyannaməsindəki məlumatları bir-birilə əlaqəli şəkildə müqayisə etdikdə aydın olur ki, 31-ci qrafalarda göstərilmiş mal adları arasında müəyyən uyğunsuzluq olsa da, 33-cü qrafada göstərilmiş mal kodları eynidir. Göndərilmiş və geri qaytarılmış malların fotoşəkillərindən görünür ki, malların təsvirləri eynidir. Bundan başqa, “Lektronix, Rockwell Automation SP.Z.O.Q UL. Konuktorska” şirkəti xx.xx.2023-cü il tarixli **********6671 sorğu nömrəli gömrük bəyannaməsində təsvir olunmuş malların alıcısı (idxalçısı) olduğu halda, 2 ay sonra özünün Şəxs MMC-yə eyni məhsulları ixrac etməsinə geri qaytarmadan başqa ağlabatan izah tapmaq mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2024-cü il tarixli **********9385 sorğu nömrəli gömrük bəyannaməsində təsvir olunmuş mallar xx.xx.2023cü il tarixli **********6671 sorğu nömrəli gömrük bəyannaməsi ilə Şəxs MMC tərəfindən “Lektronix, Rockwell Automation SP.Z.O.Q UL. Konuktorska” şirkətinə satılmış, lakin alıcı tərəfindən bəyənilmədiyi üçün geri qaytarılmış mallardır. Bunu həmin malların xx.xx.2024cü il tarixli **********9385 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyəyə buraxılış gömrük prosedurunda yerləşdirilməsi də təsdiq edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinə görə Xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati xətanın bilavasitə obyekti olan xarici valyutanın dəyərinin otuz faizindən əlli faizinədək məbləğdə cərimə edilir. Qeyd: Bu Məcəllənin 483-cü maddəsində “az miqdarda” dedikdə, iyirmi min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plumunun İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin şərh edilməsinə dair 17 may 2021-ci il tarixli Plenum Qərarına görə müvəkkil banka köçürülməli olan xarici valyuta vəsaitinin geri qaytarılmaması xarici iqtisadi fəaliyyətin subyektindən asılı olmayan səbəblərdən baş verdikdə, yəni subyektin hərəkət və ya hərəkətsizliyinin nəticəsi olmadıqda, şəxs təqsirsiz olduğundan həmin vəsaitlərin qaytarılmamasına görə İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsi ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi qanunverici əməlin inzibati xəta hesab edilməsi üçün digər əlamətlərlə yanaşı təqsirin mövcud olmasını zəruri şərt olaraq nəzərdə tutmuşdur. Hazırki işin hallarından müəyyən olunur ki, iqtisadi fəaliyyətin subyekti olan Şəxs MMC tərəfindən satılan mallar alıcı şirkət tərəfindən geri qaytarıldığı üçün müvafiq vəsaitin müvəkkil bankın hesabına köçürülməsi mümkün olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, QƏRARA ALDİM: Hüquqi şəxs Şəxs MMC-in barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli EP № ******* nömrəli inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-6292/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6292/2024
21.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver