Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6300/2024 26.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X3, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin 08 oktyabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarından X3 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X6 şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin 08 oktyabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən C.R.Hüseynov şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən avtomobil təmiri sexində qaynaqçı işləyir. 2024-cü ildə yay tətili ilə əlaqədar 17 yaşlı bacısı oğlu Vüsal Naxçıvan MR-dən onlara qonaq gəlmişdir. Vüsal bir-iki gün evdə qaldıqdan sonra evdə darıxdığını deyib, onu özü ilə iş yerinə aparmasını xahiş etmişdir. Vüsala avtomobillərin təmiri sexinin maraqlı ola biləcəyini düşünüb onu özü ilə sexə aparmışdır. Beləliklə, bacısı oğlu Vüsal onunla bərabər iş yerinə gəlib-getməyə başlamış, orada gördüyü işlərə baxmış, müəyyən məişət işlərini yerinə yetirmişdir. xx.xx.2024-cü ildə Binəqədi rayon Polis idarəsinin əməkdaşları onun iş yerinə gəlmiş, Vüsalı orada görüb azyaşlı uşaq işlətdiyini bildirib, sənədləşmə aparmışlar. Sonradan həmin sənədlər X12 Xidmətinə göndərilmiş, həmin Xidmətin 08 oktyabr 2024-cü il tarixli qərarı ilə o, Azərbaycan Respublikası İXM-in 192.1ci maddəsilə 3000 manat cərimə edilmişdir. Həmin qərarı qanunsuz hesab etdiyindən məhkəməyə müraciət etmişdir. Belə ki, o bacısı olğu Vüsalı avtomobillərin təmiri ilə bağlı heç bir işə cəlb etməmişdir. Təsvir olunanlara əsasən şikayətin təmin edilməsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin 08 oktyabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin nümayəndəsi X4 şikayətin dəlilləri ilə razılaşmayaraq izahatında bildirmişdir ki, X6 vətəndaş X9 əmək müqaviləsi bağlamadan Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən avtomobil təmiri sexində işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Buna dair müvafiq materiallar Binəqədi RPİ-dən baxılması üçün X12 Xidmətinə göndərilmişdir. X12 Xidmətinin Bakı şəhər İdarəsinin 08 oktyabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı İnzibati tənbeh vermə haqqında qərarına əsasən X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Belə ki, X6 və vətəndaş X11 izahatlarında sonuncunun C.Hüseynov tərəfindən Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən avtomobil təmiri sexində işlərin yerinə yetirilməsinə cəlb edildiyini təsdiq etmişlər. Qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin izahatını, habelə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, X12 Xidmətinin Bakı şəhər İdarəsinin 08 oktyabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi RPİ-in YYÇPİTB-in rəisi O.Məmmədlinin xx.xx.2024-cü il tarixli Raportundan görünür ki, X6 vətəndaş X9 əmək müqaviləsi bağlamadan xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Biləcəri qəsəbəsində yerləşən avtomobil təmiri sexində işlərin yerinə yetirilməsinə cəlb etmişdir. X1 izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən “TİR PARK-AVTO SERVİS”-də usta kimi fəaliyyət göstərən X3 yanına köməkçi kimi işləməyə getdiyini bildirmişdir. X3 izahatından görünür ki, o, xx.xx.2024-cü il tarixdə bacısı oğlu X7 usta kimi fəaliyyət göstərdiyi Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən “TİR PARK-AVTO SERVİS”-ə ona kömək etmək üçün gəldiyini bildirmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin 08 oktyabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarından görünür ki, X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən 3000 (üç min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir ondan ötrü ki, vətəndaş X9 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən “TİR PARK-AVTO SERVİS”-də işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Beləliklə, məhkəmədə müəyyən edilmiş işin faktiki hallarından göründüyü kimi X6 ona görə inzibati məsuliyyətə cəlb edilmişdir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxs X9 xx.xx.2024-cü il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Asəf Zeynallı küçəsində yerləşən “TİR PARK-AVTO SERVİS”-də işlərin yerinə yetirilməsinə cəlb etmişdir. C.R.Hüseynov məhkəmədə fiziki şəxs X9 işlərin yerinə yetirilməsinə cəlb etmədiyini bildirsə də, onun bu barədə bildirdikləri məhkəməyədək icraaat zamanı özünün və fiziki şəxs X7 izahatlarında göstərdiklərilə təkzib olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin; 7-ci maddəsinin 2-ci bəndinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin maddənin 2-1-ci bəndinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) işçilərlə işəgötürənlər arasında əmək münasibətləri əmək müqaviləsi kağız üzərində yazılı formada bağlandıqda yaranır. 15-ci maddəsinin 2-ci bəndinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan səlahiyyəti çərçivəsində əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 17-ci maddəsinə görə vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Qeyd: Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. 192.1-ci maddəsinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə şikayət verən X5 istinad edilən inzibati xətaya inzibati-xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, inzibati məsuliyyətə səbəb olan əməlin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu inzibati xətaya qiymət verilməsi baxımından kifayət edir və onun əməli düzgün olaraq İXM-in 192.1-ci maddəsi ilə tövsif edilmişdir. Hazırda da şikayətin dəlilləri sözügedən qərarın ləğv edilməsi üçün əsas kimi çıxış etmir. Onun hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər İdarəsinin 08 oktyabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarından X6 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X3 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidməti Bakı şəhər İdarəsinin 08 oktyabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-6300/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6300/2024
26.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver