Məhkəmə qərarları › İş №3(001)-6304/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6304/2024

25.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6304/2024 25.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlu, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 347-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, müəyyən etdim: Məhkəmənin icraatına Bakı şəhəri Yasamal rayon Polis İdarəsinin DYPŞ tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinin DYPŞ tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol İXM-in tələblərinə uyğun tərtib edilməmişdir. Məhkəmə qeyd edir ki, məhkəməyə göndərilmiş müşayiət məktubunda "xxxx" MMC tərəfindən inzibati xətanın törədilməsinə materialın məhkəməyə göndərilməsi göstərilmiş və qoşma kimi İXP ******* saylı inzibati xəta haqqında protokolun əlavə edilməsi göstərilmişdir. Halbuki, iş materiallarına "xxxx" MMC barəsində tərtib olunmuş xx.xx.2024cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əlavə edilmişdir. İş materiallarına həmçinin araşdırma ilə bağlı Yasamal RPİ-nin DYPŞ-nə dəvət etmə barədə "xxxx" MMC-yə ünvanlanmış məktub, bununla yanaşı İXP ******* nömrəli inzibati xəta haqqında protokolun geri qaytarılmasına dair məhkəmə qərardadları əlavə edilmişdir. Hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın verilməsi barədə sorğu isə "xxxx" MMC-yə ünvanlamış sorğudur. Əlavə olaraq sorğunun çatdırılmasını təsdiq etmək məqsədi ilə əlavə edilmiş “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamədə də alıcının "xxxx" MMC olması görünür. İnzibati xəta haqqında materialda olan bu qədər ziddiyyətli məqam işə mahiyyəti üzrə baxılmanı qeyri mümkün edir. Həmçinin məhkəmə qeyd edir ki, İXM-nin 347-ci maddəsində hüquqi şəxsin mülkiyyətində və ya istifadəsində, yaxud dövlət qurumunun istifadəsində olan nəqliyyat vasitəsini inzibati xətanın törədilməsi zamanı idarə etmiş fiziki şəxs haqqında məlumatın səlahiyyətli orqanın (vəzifəli şəxsin) bu barədə sorğusu daxil olduğu vaxtdan 5 gün müddətində verilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Halbuki iş materiallarında qeyd edilən sorğunun "xxxx" MMC-yə göndərilməsinə dair mötəbər sübut yoxdur. Məhkəməyə təqdim olunmuş “Poçt göndərişinin verilməsi haqqında” xəbərnamə isə hazırki iş üzrə barəsində protokol tərtib edilmiş "xxxx" MMC- yə deyil, ayrı bir hüquqa şəxsə, yəni "xxxx" MMC-yə ünvanlanmış göndərişin verilməsinə dair xəbərnamədir. Göründüyü kimi səlahiyyətli orqan müvafiq sorğunun hüquqi şəxsə çatdırılmasını təsdiq edən sənədi iş materiallarına əlavə etməmişdir. Halbuki, 347-ci maddədə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinin sübut edilməsi üçün həmin sorğunun çatdırılmasını təsdiq edən sənədin iş materiallarında mövcudluğu mütləq şərtdir. Qeyd olunması zəruridir ki, inzibati xəta haqqında protokolun geri qaytarılmasını nəzərdə tutan qərardadlar inzibati xəta haqqında materiala əlavə edilərək yenidən məhkəməyə təqdim edilmək üçün deyil, həmin qərardadda göstərilən çatışmazlıqları aradan qaldırmaq üçün qəbul edilir. Halbuki, səlahiyyətli orqan hazırki iş üzrə məhkəməyə yenidən təqdim olunan xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolun geri qaytarılmasını nəzərdə tutat 3(001)-2898/2024 saylı, 3(001)-3460/2024 saylı, 3(001)-3898/2024 saylı və 3(001)-4997/2024 saylı məhkəmə qərardadlarını sadəcə inzibati xəta haqqında materiala əlavə etmiş, həmin qərardadlarda göstərilən çatışmazlıqların aradan qaldırılması və inzibati xəta haqqında materialın məhkəməyə qanunauyğun şəkildə təqdim edilməsi üçün heç bir zəruri tədbir görməmişdir. Beləliklə də, təsvir olunanlarla müəyyən edilir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi haqqında protokol – təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 106.0.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materiallarının bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsi məsələlərini həll edir. 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarına əsasən inzibati xətalar qanunvericiliyinin ümumi və xüsusi normalarında məhkəmə qərardadlarından şikayət verilməsi nəzərdə tutulmamışdır. X1 Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddəsini rəhbər tutaraq, qərara aldım: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar