Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6309/2024 24.10.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil, müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən böyük icra məmuru X6 izahat verərək bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1028/2018 nömrəli icra vərəqəsinə əsasən Şəxs iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün 26 dekabr 2017-ci il tarixdən 273 manat 20 qəpik sabit pul məbləğində tutularaq X1 xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)-4342/2023 nömrəli icra sənədinə əsasən Şəxs tutulan alimentin məbləği 440 manata qaldırılmışdır. Uşaqlardan birinin 18 yaşı 2004-cü ilin yanvar ayında tamam olmuşdur. Şəxs 1-ci icra sənədi üzrə borcu cəmi 15299 manat, 2-ci icra sənədi üzrə isə 3146 manat təşkil edir. Cavabdeh göstərilən borcu ödəməyib və bununla bağlı hər hansı bir qəbz, sənəd təqdim etməyib. Lakin izahatında bildirir ki, o bu borcu ödəməyəcək. Ona görə ki, o digər bir sənəd təqdim edir ki, borcu ödəyib. Zərərçəkmiş şəxs də bildirir ki, həmin borc, yəni ki, ödənilən məbləğ onların arasında digər evlə bağlı iddia var ki, həmin kirayənin pulu olmuşdur. Bu da Türkəyə Respublikasında olub və 2019-cu ildə də ərizə yazıb, həmin ərizənin əsasında orda olan avtomaşının üzərindən həbsin götürülməsi barədə ərizə verib və sonra icra sənədinin geri qaytarılması ilə bağlı müraciət edib. Təzədən aralarında razılaşma olub. Sonra bu problem həll olmayıb və yenidən müraciət edib. Hal-hazırkı dövrə qədər bununla bağlı hər hansı bir qəbz təqdim edilməmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, alimenti borcunu 2019-cu ilin yanvar ayından hesablamışdır. Zərərçəkmiş şəxsin 2019-cu ildə yazdığı ərizənin surəti mövcuddur. Həmin ərizə ilə borcluya məxsus avtomobilin üzərindən həbsin götürülməsi xahiş edilmişdir. Bu ərizə qeydiyyatsız ərizə olmuş, ərizənin ksero surəti olduğu üçün hüquqi sənəd kimi qeydiyyata alınmamışdır. 2019-cu ilin yanvarına qədər borc olmadığına görə əsas sayılmır ki, onun əmlakında həbs mövcud olsun. Ərizədə yazılıb ki, borc tam ödəmişdir və avtomobil üzərində həbsi götürün. Buna razılıq verir. Çünki ər-arvaddırlar. Həbs də məhkəmənin qərarı ilə olub. Ona məhkəmə qiymət verməlidir. Ona görə zərərçəkmiş şəxs müraciət edib həbsin götürülməsinə razılıq vermişdir. Borclunun Azərbaycandan Türkiyəyə göndərdiyi 300-500 ABŞ dolları pul aliment ödənişi kimi qəbul edilə bilməz. Həmin pulu zərərçəkmiş şəxs almışdır, lakin təyinatı aliment ödənişi olmamışdır. Aliment ödənişi zamanı icra vərəqəsinin nömrəsi, qərarın nömrəsi yazılmalıdır. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, alimenti bankdan ödəyəndə o, aliment ödənişi olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs xaricə getdiyinə görə o, aliment ödənişini Türkiyə Respublikasına göndərmişdir. Zərərçəkmiş şəxs aliment ödənişini başqa ödəmək mümkün olmamışdır. O, ümumilikdə təxminən 13-14 min manat artıq aliment ödənişi etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirmişdir ki, 2013-cü ildən işi və təhsililə əlaqədar olaraq Türkiyəyə getmişdir. 2022-ci ilin avqustuna qədər orada yaşamışdır. O, 2018-ci ildə Şəxs boşanmış və aliment təyin edilmişdir. O, Türkiyədə yaşadığı vaxt Ramil ona zəng edib maşının üzərində həbs olduğuna görə sata bilmədiyini demişdir. Ramil ondan aliment borcunun olmaması ilə bağlı məktub yazmasını xahiş etmiş, o, da həmin məktubu yazıb elektron poçtla yollamışdır. Ramil Haciquliyev onların şərikli tikdikləri evi kirayə verib, pulu ona yollamışdır. Həmin ödənişlər aliment ödənişi olmamışdır. Hətta bir neçə dəfə pul onun anasının adına gəlmişdir. 2018-ci ildən 2022-ci ilə qədər o, ümumiyyətlə Türkiyədən çıxmamışdır. O, Türkiyədən gələndə evdə “Damla” İctimai Birliyinin rəhbəri olan qadın kirayədə qalmışdır. O, qadına evi boşaltmasını demiş, Ramil isə evi boşaltmamağını demişdir. O, da buna görə Oğuz rayonuna gedib, orada qalmışdır. Onlar Azərbaycana gələn gündən əgər Ramil onlara bir qəpik pul ödəməmişdir. O, iki uşağı Türkiyədə özəl məktəblərdə oxutmuşdur. Hal-hazırda pulu oğlunu Türkiyə Respublikasında əməliyyat etdirmək üçün istəyir. O, toksik maddələrlə işlədiyinə görə ağciyəri yanmışdır. Uşaqlarından biri ADNSU-ya, ingilis dili fakültəsində təhsil alır. Uşaqların xərci yoxdur. Odur ki, Şəxs inzibati qaydada tənbeh edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin nümayəndəsi Xırdalan şəhər Vəkil Bürosunun vəkili Vəkil bildirmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 yanvar 2023-cü il tarixli qərarı var. Həmin qərardadda şəxsin özünün etirafı var. İzahatında qeyd edir ki, o, “Damla” İctimai Birliyinin istifadəsinə vermişdir. Danılmaz faktdır ki, həmin ev hazırda ikidə bir payla Zərərçəkmiş şəxs məxsusdur. İkidə bir pay isə Şəxs məxsusdur. Bununla bağlı məhkəmənin təsdiq olunmuş qərarları, qətnamələri var. Belə olan halda “Damla” İctimai Birliyinə ev istifadəyə verilirsə, aydındır ki, bu müəyyən məbləğ qarşılığında, kirayə haqqı qarşılığnda verilibdir. Sonradan aydın olmuşdur ki, olub ki, Ramil aldığı kirayə haqqının hamısını yox yalnız üçdə birini Zərərçəkmiş şəxsə göndərmişdir. Yəni deyək ki, 2000 manat alıbsa, onu 1000 manatını yox 400-500 manatını göndərmişdir. Yəni həmin qərardadda birbaşa təsdiq olunur ki, yəni bu ev kirayədə olub. İkinci bir məsələ isə, Şəxs özünün Yasamal Rayon Məhkəməsinin hakimi Kərim Xudayevə ərizəsi var. Həmin ərizəni də o, elektron məhkəmə sisteminə əlavə etmişdir. Həmin ərizədə də Şəxs göstərir ki, o, ikidə bir payda ona məxsus olan mənzili “Damla” İctimai Birliyinin istifadəsinə vermişdir. Yəni bu da birbaşa həmin əmlakın kirayədə olduğunu sübuta yetirir. Qaldı ki, tərəfin özünün müdafiə xarakterli verdiyi izahata ki, uşaqlarının 18 yaşına qədər olan aliment borcunu ödəmişdir, artıq heç bir borcu yoxdur. Bunu sübut edəcək heç bir sənəd yoxdur. Şəxs Türkiyə Respublikasına göndərdiyi pulun aliment ödənişi olması ilə bağlı qəbzdə heç bir qeyd gösətərilməmişdir. Əgər Şəxs əvvəllər aliment ödəmişdirsə nəyə görə 2022-ci ildən sonra heç bir ödəniş etməmişdir. Zərərçəkmiş şəxs öz evində icra məmurunun icra vərəqəsi əsasında köçmüşdür. Şəxs göstərdikləri yalnız inzibati məsuliyyətdən yayınmaq məqsədi daşıyır. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, məhkəmə qərarında göstərilmişdir. “Damla” İctimai Birliyi qeyd edilən evdə kirayə əsasında yerləşmişdir. Lakin kirayə məbləği göstərilməmişdir. “Damla” İctimai Birliyi məbləği ona göstərməmişdir ki, bu halda vergiyə cəlb oluna bilərdi. “Damla” İctimai Birliyi həmin evi 2019-cu ildən istifadə etməyə başlamışdır. Məhkəmə iclasında müdafiəçi Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili X7 bildirmişdir ki, Şəxs evi kirayəyə verməmişdir. “Damla” İctimai Birliyi yardım fondu olduğu üçün Şəxs həmin evi qeyd edilən ictimai birliyin istifadəsinə vermişdir. Həm də evin baxımsız qalmasının qarşısını almaq üçün evi istifadəyə vermişdir. Şəxs “Damla” İctimai Birliyi ilə heç bir icarə müqaviləsi bağlamamış, əvəzsiz istifadəyə vermişdir. Şəxs tərəfindən pullar Türkiyə Respublikasına Zərərçəkmiş şəxs hesabına köçürüldüyü üçün qəbzdə aliment ödənişi olması qeyd edilməmişdir. Elə vaxt olmuşdur ki, ay ərzində iki dəfə pul köçürülmüşdür. Nikah dövründə tikilmiş evdə hal hazırda Zərərçəkmiş şəxs yaşayır və Şəxs həmin evə buraxmır. Zərərçəkmiş şəxs həmin evi Şəxs xəbərsiz tam mülkiyyətinə keçirmişdir. Onlar məhkəmə vasitəsilə həmin sənədi ləğv etdirmiş, Şəxs həmin evdə yaşamaq hüququnu təmin edilmişdir. Bu ayın 31-də icra sənədinin könüllü icrası ilə bağlı qoyulmuş müddət başa çatır. Buna görə də Zərərçəkmiş şəxs Şəxs guya aliment borcunu ödəməməsi ilə bağlı inzibati həbs olunmasını istəyir. Şəxs hətta uşağına 2000 manatlıq telefon alıb vermişdir. Uşaqların 18 yaşı tamam olmasına baxmayaraq yenə də Şəxs atalıq borcunu yerinə yetirir. Şəxs aliment borcunu artıqlaması ilə ödəmişdir, heç bir məbləğdə borcu yoxdur. Odur ki, qeyd edilənləri nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1028/2018 nömrəli icra vərəqəsindən görünür ki, xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2017-ci il tarixdən başlayaraq Şəxs hər ay hər uşağa görə 136,6 manat olmaqla cəmi 273.2 manat sabit pul məbləğində alimentin Zərərçəkmiş şəxs xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 16(001)-16/2023 nömrəli qərardadından görünür ki, Zərərçəkmiş şəxs Bakı şəhəri, Binəqədi rayonu, 6-cı mikrorayon, Qərb hissəsində 250 kvadrat metr torpaq sahəsində yerləşən fərdi yaşayış evinə daxil olmasına, ondan istifadə etməsinə maneə törədilməsi cavabdehə və üçüncü şəxslərə qadağan edilmişdir. xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək ki, Bakı şəhəri, Binəqədi rayonu, İsmayıl Dağıstanlı küçəsində yerləşən fərdi yaşayış evini “Damla” İctimai Birliyinin istifadəsinə verdəyini bildirmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(001)- 4342/2023 nömrəli icra vərəqəsindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1028/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarı artırılmış, Şəxs hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində alimentin tutularaq Zərərçəkmiş şəxs verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan və bildirişdən görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1028/2018 nömrəli və xx.xx.2023-cü il tarixli, e-2(001)-4342/2023 nömrəli icra sənədləri üzrə icra işləri bir icraatda birləşdirilmişdir. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)- 1028/2018 nömrəli və xx.xx.2023-cü il tarixli, e-2(001)-4342/2023 nömrəli icra sənədləri üzrə aliment borcunu ödəməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş köçürmə sənədlərindən görünür ki, Şəxs Türkiyə Respublikasında yaşamış Zərərçəkmiş şəxs müxtəlif məbləğlərdə pul vəsaiti göndərmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-1028/2018 nömrəli və xx.xx.2023-cü il tarixli, e-2(001)-4342/2023 nömrəli icra sənədləri nömrəli icra sənədi üzrə icra məmurunun qanuni tələblərini icra etməyərək aliment borcunu ödəməmiş və Zərərçəkmiş şəxs aliment borcu olmadığını bildirmişdir. Şəxs Türkiyə Respublikasında yaşamış Zərərçəkmiş şəxs göndərdiyi pul vəsaitilərini aliment ödənişi kimi göndərdiyini bildirsə də, köçürmə sənədlərində həmin pul vəsaitlərinin aliment ödənişi olması ilə bağlı heç bir qeyd aşkar edilməmişdir. Həmçinin Zərərçəkmiş şəxs ona köçürülmüş məbləğlərin ümumi mülkiyyətlərində olan fərdi yaşayış evinin kirayə verilməsi nəticəsində əldə edilən gəlirlə bağlı olduğunu bildirmişdir. Məhkəmə qeyd olunan halları nəzərə alaraq Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi qənaətinə gəlir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə, İXM-in 32-ci maddəsinə əsasən Şəxs əməlində məsuliyyəti yüngülləşdirən hallar müəyyən edilməmişdir Məhkəmədə, Şəxs əməlində İXM-in 33-cü maddəsində nəzərdə tutulmuş məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə, fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə, Şəxs şəxsiyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halın olmamasını, törətmiş olduğu inzibati xətanın xarakterini və inzibati tənbehin məqsədlərinə nail olunmasını nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona inzibati həbs növündə inzibati tənbehin təyin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 24 oktyabr 2024-cü il tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-6309/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6309/2024
24.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver