Məhkəmə qərarları › İş №3(001)-6316/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6316/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6316/2024 14.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) X6 katibliyi, şikayət vermiş şəxs X2 iştirakları ilə, X2 xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət məhkəməyə daxil olmuşdur. X3 şikayətini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə, səhər saat 10:20 radələrində idarə etdiyi «Lexus» minik markalı, **-ZR-*** dövlət nömrə nişanlı avtomobillə Bakı şəhəri, Əhməd Rəcəbki küçəsi ilə Nərimanov metrosu istiqamətində hərəkətdə olarkən, Şəki dairəsindən keçdikdən sonra dairədə sağ tərəfdə dayanmış 370 saylı DYP avtomobili arxadan təqib edib ona avtomobili saxlamağı işarə etmişdir. O, avtomobili saxlama səbəbini soruşduqda sol tərəfdən dairəyə girən qara rəngli avtomobili gözləmədiyini, ona yol vermədən dairəyə girdiyini, barəsində AR İXM-nin 327.2-ci maddəsi ilə 3 cərimə balı hesablanaraq 100 manat cərimə ediləcəyini bildirmişdir. O, protokolla razı olmadığını, sol tərəfdən hərəkətdə olan qara rəngli avtomobilin dairənin əvvəlində olduğunu, dairənin diametrinin əhəmiyyətli dərəcədə böyük olduğundan onun hərəkətində maneə yaratmadığını, hətta həmin avtomobilin əyləcdən istifadə etmədiyini və əks halda zərurət olmadan gözləməyə görə süni sıxlıq yarandığını, tərəfindən yol hərəkəti qaydasının pozulmadığını, səlahiyyətli şəxsin öz subyektiv fikrinə görə hər-hansı hərəkətin pozuntu kimi qiymətləndirməsinin qanunsuz olduğunu bildirmişdir. Lakin yol polisi əməkdaşı şikayət vermək hüququnun olduğunu deyib, onun barəsində protokol tərtib etmiş, o isə öz növbəsində tərtib edilmiş protokolla razı olmayıb şikayət edəcəyini bildirmişdir. Barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan Bakı şəhəri Baş Polis İdarəsi DYPİ-nə elektron qaydada şikayət etsə də, şikayəti təmin edilməmiş və xx.xx.2024-cü il tarixdə barəsində AR BXM-nin 327.2-ci maddəsi ilə 100 manat (3 bal) cərimə edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X3 şikayətin məzmununa uyğun çıxış edərək, barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 18 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və barəsində başlanan inzibati xəta haqqında icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, həmçinin məhkəmə iclasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə, işə inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, şikayət vermiş şəxsin izahatını dinləyərək belə nəticəyə gəlir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməlidir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, X3 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarına əlavə edilmiş 18 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol əsasında 100 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli şikayətdən görünür ki, X3 barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolu əsassız hesab etdiyindən protokolun ləğv edilərək iş üzrə icraata xitam verilməsi barədə Bakı şəhəri Baş Polis İdarəsi X7 İdarəsinə şikayət ünvanlamışdır. Məhkəmə video görüntü təqdim edilmədiyindən inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə kifayətlənərək, onları şikayətin dəlilləri ilə əlaqəli şəkildə araşdıraraq belə nəticəyə gəlir ki, verilmiş şikayət təmin edilməli və X2 barasində başlanılmış inzibati xəta haqqında iş üzrə üzrə icraata xitam verilməlidir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmçinin, qanunvericiliyin tələbindən aşkardır ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, hətta onun təqsirli olması barəsində olan şübhələr də onun xeyrinə həll olunmalıdır. Şikayətin dəlillərindən görünür ki, şikayət müəllifi onun tərəfindən hər hansı inzibati xətanın törədilmədiyini, tərtib edilmiş protokolun qanunun tələbinin pozulması ilə tərtib edildiyini göstərmişdir. İnzibati orqan xətanın mövcudluğunun videogörüntü ilə təsdiq edildiyini iddia etmiş, lakin sözügedən görüntü məhkəməyə təqdim edilməmişdir. İş üzrə digər sübut olmamışdır. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İXM 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göründüyü kimi, hazırki iş üzrə barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş şəxsin inzibati xəta törədilməsinə aidiyyəti və inzibati xətanın törədilməsində təqsiri sübuta yetirilmir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 18 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında qəbul edilmiş 18 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və X3 barəsində başlanmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar