Məhkəmə qərarları › İş №3(001)-6320/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6320/2024

27.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6320/2024 27.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, “Fortiori” Vəkil Bürosunun vəkili Vəkil Tahir oğlunun iştirakları ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 192.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində İXM-in 192.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X2 bildirmişdir ki, Nümayəndə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü vəzifəsində əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərə cəlb edilmişdir. Bununla bağlı Nümayəndə X5 Xidmətində izahat verərək sözügedən tarixlərdə həqiqətən həmin şirkətdə işləməsini təsdiq etmiş, həmçinin bu məsələ ilə bağlı X5 Xidmətinə özündə olan sübutları da təqdim etmişdir. Bu məsələ ilə bağlı X5 Xidməti tərəfindən müvafiq qaydada araşdırma aparılmış, izahat üzrə müəyyən edilmişdir ki, həqiqətən də əmək müqaviləsi hüquqi qüvvəyə minmədən Nümayəndə işlərə cəlb olunmuş, həmin tarixlərdə işğaldan azad edilmiş ərazilərə getmişdir. Bununla bağlı DİN portalından məlumatlar əldə edilmişdir. Nümayəndə Laçın rayonunda yanacaq alması ilə bağlı akt da var. Odur ki, qeyd edilənləri nəzərə alaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin inzibati qaydada cərimə edilməsini xahiş etmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, Nümayəndələ bağlanmış əmək müaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildikdən sonra "xxxx" MMC tərəfindən işlərin görülməsinə cəlb edilmişdir. Nümayəndə X5 Xidmətində izahat verərkən onunla bağlanmış xidmət müqaviləsindən heç bir söz deməmişdir. Məhkəmə iclasında, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi, “Fortiori” Vəkil Bürosunun vəkili Vəkil Tahir oğlu bildirmişdir ki, hazırki iş üzrə qeyd olunan protokolla bağlı icraata xitam verilməlidir. Belə ki, X5 Xidmətinin yeganə sübutu Nümayəndə izahatıdır. Hansı ki həmin şəxs həm teleqram vurmuş, həm də keçən məhkəmə iclasında bildirmişdir ki, 24 noyabrdan 1 dekabra qədər rəsmi olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi olmuşdur. Sadəcə vətəndaşın öz VÖEN-i olduğuna görə, əlavə gəlir əldə etmək üçün, şirkətdə reysin az olduğunu demiş, başqa şirkətlərlə də işləyib əlavə gəlir əldə etmək istədiyini bildirmişdir. 04 dekabr 2023-cü il tarixdə Nümayəndələ xidmət müqaviləsi bağlanmışdır. Bundan sonra Nümayəndə həm onlarla, həm də digər şirkətlərlə işləməyə başlamışdır. Odur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid Nümayəndə Əlisafa oğlu bildirmişdir ki, o, 2022-ci ilin sentyabr ayında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işə girmiş, sürücü kimi işləməyə başlamış, 2024-ün aprel ayında işdən çıxmışdır. O, "xxxx" MMC-də 2022-ci ildə bir həftə, 2023-cü ildə bir həftə xidməti müqavilə ilə işləmişdir. Həmçinin ona verilən suallara cavab olaraq bildirmişdir ki, onda hal-hazırda müqavilələrin nüsxəsi yoxdur. O, işə görə 4 aylıq əmək haqqını şikayət etdikdən sonra nağd şəkildə almışdır. Sürücü kimi onun işi Laçın rayonunda yerləşən yanacaq doldurma məntəqəsindən yük maşınları üçün yanacaq götürməkdən ibarət olmuşdur. Onunla bağlanmış əmək müqaviləsinə 01 dekabr 2023-cü il tarixdə xitam verilsə də, həmin tarixdən sonra "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sürücü kimi işləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2023-cü il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, Nümayəndə Əlisafa oğlu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində xx.xx.2023-cü il tarixdən sürücü kimi işə başlamış, xx.xx.2023-cü il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2023-cü il tarixli xidmət müqaviləsindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Nümayəndə Əlisafa oğlu arasında bir il müddətinə xidməti müqavilə bağlanmışdır. xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Tağıyev X4 Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində 2022-ci ilin sentyabr ayından 2024-cü ilin aprel ayına kimi işlədiyini, son 4 ayın əmək haqqını almadığını bildirmiş, köməklik göstərilməsini xahiş etmişdir. “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Nümayəndə Əlisafa oğlu üçün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin müraciəti əsasında xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək müxtəlif vaxtlarda işğaldan azad edilmiş ərazilərə işləmək məqsədilə giriş icazəsi alınmışdır. "xxxx" MMC və "xxxx" tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli aktdan görünür ki, "xxxx" MMC tərəfindən 28500 litr yanacaq "xxxx" MMC-yə məxsus Laçın məntəqəsinə təhvil verilmiş və Nümayəndə Əlisafa oğlu tərəfindən təhvil alınmışdır. Məhkəmə, proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında toplanmış iş materialını tam, hərtərəfli və obyektiv şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi məhkəmədə toplanmış sübutlarla öz təsdiqini tapır. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından və toplanmış sübutlardan müəyyən edilmişdir ki, Nümayəndə Əlisafa oğlu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2023-cü il tarixdə xitam verildikdən sonra sürücü kimi işini davam etdirmişdir. Həmin fakt Nümayəndə Əlisafa oğlunun məhkəmə iclasında verdiyi izahat və inzibati xəta haqqında iş materiallarına əlavə edilmiş sənədlərlə öz təsdiqini tapmış, lakin "xxxx" MMC tərəfindən qeyd olunan halı təkzib edəcək heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Digər tərifdən qeyd edilməlidir ki, işçi işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir, işəgötürən isə tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə fiziki şəxsdir. Göründüyü kimi, işçi ilə işəgötürən arasında əmək münasibətlərinin mövcud olması və bu münasibətlərdən irəli gələn hüquq və vəzifələrin yaranması üçün əmək müqaviləsinin bağlanması mühüm şərtdir. Bundan başqa məhkəməyə Nümayəndə Əlisafa oğlu ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi təqdim edilmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən xidmət müqaviləsi Nümayəndə Əlisafa oğlunun əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edildiyini gizlətmək məqsədilə bağlanmış, formal xarakterli müqavilədir. Nümayəndə Əlisafa oğlu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlərin görülməsinə cəlb edilsə də, onunla əmək müqaviləsi bağlanmamış, əmək haqqı bank hesabına köçürülməmiş, nağd şəkildə verilmişdir. Qeyd olunan xüsusatlar "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində Əmək qanunvericiliyinin pozulmasına mövcudluğuna dəlalət edir. Ona görə də məhkəmə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İXM-in 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri məhkəmədə tam sübuta yetirildiyindən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüquqi şəxs qismində inzibati məsuliyyətə cəlb edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci və 2-2-ci hissələri ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri əmək müqaviləsi elektron informasiya sistemində elektron sənəd formasında bağlandıqda yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 3-cü hissəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsində müəyyən edilmiş hallarda bağlanılmış əmək müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, o, tərəflərin imzaladığı gündən hüquqi qüvvəyə minir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. İXM-in 31.3-cü maddəsinə əsasən, Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə inzibati xəta törətmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin əməlində məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. İXM-in 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İXM-in 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 76.1-ci maddəsinə əsasən nzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakteri, hüquqi şəxsin maliyyə və əmlak vəziyyətini, məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti İXM-in 192.1-ci maddəsi ilə təqsirli bilinməli və hüquqi şəxs qismində barəsində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və İXM-in 18, 31, 40, 43, 48-51, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, hüquqi şəxs qismində barəsində 20000 (iyirmi min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar