Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6330/2024 14.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, X1, İnzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi X3 iştirakları ilə, X2 tərəfindən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 tərəfindən Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. X6 şikayətini onunla əsaslandırılmışdır ki, idarə etdiyi “X13” markalı, **-EF-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi onun mülkiyyətindədir. 08 oktyabr 2024-cü il tarixdə Əhməd Rəcəbli-Cəfər Xəndan istiqamətində hərəkət edən zaman svetoforun qırmızı işığında dayanmışdır. Svetoforun yaşıl işığı yandıqdan sonra yolayırıcında qarşı tərəfdə olan nəqliyyat vasitəsi svetoforun qırmızı işığı yandıqdan sonra ona məxsus olan avtomobilə xəsarət yetirmişdir. Daha sonra hadisə yerinə baxış zamanı YPX inspektoru polis leytenantı X7 inzibati xətanı izah etmədən barəsində İXM-nin 327.2-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. O həmin protokolun yazılmasına etirazını bildirmişdir. Polis inspektoruna qarşısında dayanan avtomobilin qırmızı işıqda olub keçməsini bildirsə də, heç bir video-kamera görüntülərinə baxılmadan barəsində protokol tərtib edilmiş və bunun əsasında 14 oktyabr 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Svetoforun yaşıl işığı yandıqdan sonra keçməyinə və heç bir maşına maneəçilik törətməməsinə baxmayaraq, X7 onun söylədiklərinə məhəl qoymayaraq barəsind inzibati xəta haqqında protokol, daha sonra isə inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Həmçinin inzibati xəta haqqında protokol 08 oktyabr 2024-cü il tarixdə tərtib edilmiş, inzibati tənbeh vermə haqqında qərar isə 14 oktyabr 2024cü il tarixdə çıxarılmışdır. Sözügedən protokol əsasında barəsində 100 manat məbləğində cərimə olunmasını sonradan bilmişdir. Məhkəmə iclasında X2 şikayətin dəlillərini müdafiə edərək, şikayətin təmin edilməsi, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsi tərəfindən çıxarılmış xx.xx.2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Binəqədi Rayon Polis İdarəsinin nümayəndəsi X5 çıxış edərək bildirmişdir ki, verilmiş şikayətin dəlilləri əsassızdır. Məhkəməyə inzibati xətanın törədilməsini əks etdirən videogörüntünü və yol-nəqliyyat hadisəsinin baş vermə sxemini təqdim edərək bildirmişdir ki, həmin inzibati xəta Ə.Rəcəbli-C.Xəndan küçələrinin kəsişməsində baş vermişdir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanunun 76-cı maddəsində göstərilir ki, svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. Həmin görüntü və sxemdən də görünür ki, X6 nəqliyyat vasitəsini gözləməmiş, bununla da o, qanunun sözügedən maddəsinin tələblərini pozaraq, İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqında protokoldan görünür ki, X6 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. xx.xx.2024-cü il tarixli, TP 6808427nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 İXM-in 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 100 manat inzibati cərimə olunmuşdur. Yol-nəqliyyat hadisəsinin sxemindən görünür ki, “X12” minik markalı, ** EF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə “Honda Civic” markalı, ** CP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Ə.Rəcəbli-C.Xəndan küçələrinin kəsişməsində toqquşmuşdur. Beləliklə, məhkəmə iclasında X4 şikayət ərizəsi və inzibati xətanın törədilməsi zamanı qeydə alınmış video-görüntü inzibati xəta haqqında iş üzrə materiala əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, inzibati xəta hadisəsi **-EF-*** dövlət qeydiyyat nişanlı, “X13” minik markalı avtomobili idarə edən X6 tərəfindən Ə.Rəcəbli-C.Xəndan ünvanında baş vermişdir. Təqdim edilmiş video görüntü yol-nəqliyyat hadisəsinin baş vermə sxemindən də müşahidə edilmişdir ki, X6 yolayrıcında hərəkəti başa çatdırmaqda olan və dönmə əməliyyatı edən nəqliyyat vasitəsini gözləmədən yoluna davam edərək avtoqəza törədilməsinə şərait yaratmış və bununla da İXM-in 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 36-cı maddəsinin 3cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar; “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası qanununun 76-cı maddəsinin 5-ci bəndinə əsasən svetoforun icazə siqnalı yanarkən sürücü yolayrıcında hərəkəti başa çatdırmaqda olan nəqliyyat vasitələrinə və həmin istiqamətin hərəkət hissəsində keçidi başa çatdırmamış piyadalara yol verməlidir. İXM-in 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə- altmış manat məbləğində cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X4 şikayətdə göstərdiyi xüsusatlar barəsində Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X6 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Binəqədi Rayon Polis İdarəsinin Dövlət Yol Polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X4 həmin qərardan verdiyi şikayət təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polis şöbəsinin xx.xx.2024cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-6330/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6330/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver