Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6331/2024 07.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin baş məsləhətçisi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs2, xx.xx.1984-cü ildə Basarkeçər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Şəxs1 MMC-də briqadir vəzifəsində işləyən, Daşkəsən rayonu, Quşçu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərara və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidməti tərəfindən tərtib edilmiş 23 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola əsasən, Şəxs1 MMC-nin briqadiri vəzifəsində işləməklə texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs olaraq bu qaydaları pozmuş və bunun nəticəsində ehtiyatsızlıqdan xx.xx.2024-cü ildə həmin tikilidə usta vəzifəsində işləyən X3 iş vaxtı ağır xəsarət almışdır.Buna görə Şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 Xidmətinin nümayəndəsi X4 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs2 İXMin 198.3-cü maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs2 izahat verərək baş vermiş hadisədə təqsirinin olmadığını, məsul şəxslərin məhkəmənin qərarı ilə məsuliyyətə cəlb olunduqlarını bildirərək, məhkəmədən barəsində tərtib olunmuş inzibati xəta haqqında protokola xitam verilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, inzibati xəta haqqında işin materiallarını yoxlayıb hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs2 tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli təhqiqat aktından görünür ki, komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.1-ci, 4.2-ci və 4.3-cü bəndlərinə əsasən, "xxxx" Firmasının briqadiri Şəxs2 nəzarətsizliyini müəyyən etmişdir. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında İZ aktından görünür ki, bədbəxt hadisə ilə bağlı Əmək qanunvericiliyi pozuntusuna yol vermiş X2 və Şəxs2dur. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 3(001)-5268/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vəzifəli şəxs X2 Azərbaycan Respublikası İMX-nin 198.3-cü maddəsi ilə təqsirli bilinib 1500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublkasının Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və patoloji Anatomiya Birliyi” X7 15 avqust 2024-cü il tarixli, 1602 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş S.D.Hacıyevin bədənində aşkar olunmuş xəsarətlər bərk küt əşyanın təsirindən onun tibbi yardım üçün “Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Tibb Baş İdarəsi”-nə müraciət etdiyi və qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixdə əmələ gələ bilərdilər və dərəcəsinə görə ümumi əmək qabiliyyətinin 1/3-dən az (30%) olmaqla əhəmiyyətli dərəcədə daimi itirilməsinə görə az ağır zərərvurmaya aiddirlər. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs1 MMC-nin briqadiri Şəxs2 tərəfindən İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə görə bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda -min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. İşin müəyyən edilmiş hallarına və qanunvericiliyin sadalanmış normalarının tələblərinə əsasən məhkəmə hesab edir ki, Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 25.2-ci maddəsinə görə inzibati cərimə manatla və ya digər meyarlarla ifadə oluna bilər. 31.2-cü maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs2 ilk dəfə inzibati məsuliyyətə cəlb edildiyini onun məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edir. Məhkəmə Şəxs2 məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə vəzifəli şəxs Şəxs2 məsuliyyətini yüngüllləşdirən halları nəzərə alaraq hesab edir ki, ona törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş cərimə tənbehinin aşağı həddə təyin edilməsi daha məqsədəuyğundur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: 114.1.1.inzibati tənbeh vermə haqqında. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Vəzifəli şəxs Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apelyasiya instansiyası məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-6331/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6331/2024
07.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver