Məhkəmə qərarları › İş №3(001)-6338/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6338/2024

14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6338/2024 14.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X11, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Salyan rayonu, Qaraşala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində satıcı-nəzarətçi, kassir işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 yaşayan, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Şəxs İXM-in 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmənin 29 oktyabr 2024-cü il tarixli iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X16 izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(103)-3292/2021 nömrəli icra sənədində iddiaçı X3 uşaqları- 16 avqust 2012-ci il təvəllüdlü X12, 18 mart 2015-ci il təvəllüdlü X9 və 11 dekabr 2017-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 10:00-dan 18:00-dək görüş verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən icra sənədi əsasında xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən iş üzrə icraat başlanılmış və borcludan tələbi könüllü icra etmək tələb edilmişdir. Bundan sonra borclu ilə əlaqə saxlanılmış və icra sənədini icra etməsi tələb edilmişdir. Lakin borclu Şəxs göstərilən icra sənədini icra etməkdən qərəzli şəkildə yayınır. İcra sənədinin icrası ilə əlaqədar tərəfindən zəruri icra tədbirlərinin görülməsinə baxmayaraq, Şəxs icra sənədini üzrsüz səbəbdən icra etmədiyi üçün, sonuncu barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin 29 oktyabr 2024-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(103)-3292/2021 nömrəli icra sənədində iddiaçı X3 uşaqları- 16 avqust 2012-ci il təvəllüdlü X12, 18 mart 2015-ci il təvəllüdlü X9 və 11 dekabr 2017-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 10:00-dan 18:00-dək görüş verilməsi nəzərdə tutulmuşdur. Bildirmək istəyir ki, X4 3 il ərzində könüllü surətdə uşaqlarını görməkdən imtina etmişdir. Uşaqların atalarından imtina etmələri onunla bağlı deyil, belə ki, o, da uşaqların ataları ilə görüşməsini istəmişdir. X1 uşaqları ilə maraqlanmışdır, o, uşaqlarına atarları ilə bağlı heç bir təsir etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ona verilmiş suallara cavab olaraq uşaqların dərsləri ilə, həmçinin özünün işi ilə əlaqədar reabilitasiya mərkəzinə gedə bilməmişdir. Məhkəmənin 29 oktyabr 2024-cü il tarixli iclasında zərərçəkmiş şəxs X4 çıxış edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(103)- 3292/2021 nömrəli icra sənədində iddiaçı X3 uşaqları- 16 avqust 2012-ci il təvəllüdlü X12, 18 mart 2015-ci il təvəllüdlü X9 və 11 dekabr 2017-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 10:00-dan 18:00-dək görüş verilməsi nəzərdə tutulmuşdur. Şəxs uşaqlara təsir göstərmiş, bu səbəbdən uşaqlar onunla görüşməkdən imtina etmişlər. O, həmçinin aliment ödənişlərini vaxtında həyata keçirmiş, bu vaxta kimi heç bir gecikməsi olmamışdır. Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(103)-3292/2021 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə məhkəmə iclası 07 noyabr 2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmənin 07 noyabr 2024-cü il tarixli iclasında tərəflərin iştiraklarının təmin edilməsi mümkün olmamışdır. Bu səbəbdən məhkəmə iclası 14 noyabr 2024-cü il tarixə təxirə salınmışdır. Məhkəmənin 14 noyabr 2024-cü il tarixli iclasında icra məmuru X16 bildirmişdir ki, Binəqədi rayon İcra şöbəsinin inzibati binasında X4 və uşaqları arasında görüş keçirilmişdir. Cavabdeh Şəxs uşaqlara təsir etməsinin qarşını almaq məqsədi ilə otaqdan kənarlaşdırılmış və ünsiyyət vaxtı ərzində uşaqlarla əlaqəsi kəsilmişdir. Görüş zamanı 16 avqust 2012-ci il təvəllüdlü X12 atası ilə ünsiyyətdə olsa da, digər 2 uşaqlar- 18 mart 2015-ci il təvəllüdlü X9 və 11 dekabr 2017-ci il təvəllüdlü X7 ataları ilə ünsiyyətdən yayınmışlar. Məhkəmənin 14 noyabr 2024-cü il tarixli iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, görüş barəsində uşaqları ilə söhbət aparmış və onları atalarına müsbət münasibət göstərmələrinə çağırmışdır. Lakin 2 uşaq 18 mart 2015-ci il təvəllüdlü X9 və 11 dekabr 2017-ci il təvəllüdlü X7 azyaşlı olduqlarından, həmçinin ümumilikdə atalarını uzun müddət görmədiklərindən ataları ilə ünsiyyət saxlamaq istəməmişlər. O qərəzli olaraq qətnamənin icra edilməsindən yayınmır. Qeyd etdiklərinin nəzərə alınaraq məhkəmədən barəsində başlanan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmənin 14 noyabr 2024-cü il tarixli iclasında zərərçəkmiş şəxs X4 izahat verərək bildirmişdir ki, uşaqları ilə ünsiyyət qurmağa cəhd etməsinə baxmayaraq, yalnız 16 avqust 2012-ci il təvəllüdlü X12 ilə ünsiyyət qura bilmiş, digər uşaqlar ünsiyyətdən yayınmışlar. Məhkəmədən Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(103)-3292/2021 nömrəli icra sənədindən görünür ki, iddiaçı X3 uşaqları- 16 avqust 2012-ci il təvəllüdlü X12, 18 mart 2015-ci il təvəllüdlü X9 və 11 dekabr 2017-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 10:00-dan 18:00-dək görüş verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Şəxs barəsində olan icra işi üzrə icraata başlanılmış və ona tələbin könüllü icrası barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmişdir. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, X8 ilə uşaqları arasında ünsiyyət yaradılması həyata keçirilmiş, tələbkar söhbət etməsinə baxmayaraq, uşaqlar onunla söhbət etməkdən imtina etmişlər. Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 05 iyul 2023-cü il tarixli rəyindən görünür ki, Şəxs uşaqları- 16 avqust 2012-ci il təvəllüdlü X12, 18 mart 2015-ci il təvəllüdlü X9 və 11 dekabr 2017-ci il təvəllüdlü X5 X6 qarşı birbaşa və ya dolayısı ilə psixoloji təsirlərin edilməsi müşahidə edilməmişdir. Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 28 iyun 2024-cü il tarixli rəyindən görünür ki, uşaqların ataları ilə ünsiyyətini təmin etmək üçün onların psixoloji reabilitasiya tədbirlərinə cəlb olunması tövsiyyə olunmuşdur. “Ümidli Gələcək Sosial X15” sosial reabilitasiya mərkəzinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şəxs ilə əlaqə saxlanılaraq övladları ilə birlikdə Mərkəzə dəvət olunsa da, cavabdeh 3 övladının təhsili, özünün məşğulluğu ilə əlaqədar işdən icazə ala bilməməsi səbəbindən psixoloji reabilitasiyada iştirak edə bilməyəcəyini qeyd edərək Mərkəzə yaxınlaşmaqdan imtina etmiş, bu səbəbdən hər hansı reabilitasiya işi aparmaq mümkün olmamışdır. xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin inzibati binasında X8 və uşaqları arasında ünsiyyət baş tutmuş, lakin 16 avqust 2012-ci il təvəllüdlü X12 istisna olmaqla, digər uşaqlar ataları ilə söhbət etməkdən imtina etmişlər. xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(103)- 3292/2021 nömrəli icra sənədi ilə bağlı icra məmurunun tələblərini yerinə yetirməmişdir. Nəticədə Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından onun barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli, 2(103)-3292/2021 nömrəli icra sənədində iddiaçı X3 uşaqları- 16 avqust 2012-ci il təvəllüdlü X12, 18 mart 2015-ci il təvəllüdlü X9 və 11 dekabr 2017-ci il təvəllüdlü X7 ilə hər həftənin bazar günü saat 10:00dan 18:00-dək görüş verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən icra sənədi əsasında xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərara əsasən iş üzrə icraat başlanılmış və borcludan tələbi könüllü icra etmək tələb edilmişdir. X4 ilə uşaqları arasında görüşlər təyin edilməsinə baxmayaraq, uşaqların imtina etmələri səbəbindən aralarında ünsiyyətin təmin edilməsi mümkün olmamışdır. Binəqədi Rayon İcra Hakimiyyəti yanında Qəyyumluq və himayəçilik komissiyasının 05 iyul 2023-cü il tarixli rəyi ilə Şəxs uşaqları- 16 avqust 2012-ci il təvəllüdlü X12, 18 mart 2015-ci il təvəllüdlü X9 və 11 dekabr 2017-ci il təvəllüdlü X5 X6 qarşı birbaşa və ya dolayısı ilə psixoloji təsirlərin edilməsi müşahidə edilmədiyi müəyyən edilmişdir. Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin 13 dekabr 2021-ci il tarixli 2(103)-3292/2021 saylı icra vərəqəsinin icrasını təmin etmək məqsədi ilə iclası təxirə salmışdır. Məhkəmənin yekun iclasında məlum olmuşdur ki, Binəqədi rayon İcra şöbəsinin inzibati binasında görüş təyin edilmiş, Şəxs uşaqlara təsir etməsinin qarşısını almaq məqsədi ilə otaqdan kənarlaşdırılmış, 16 avqust 2012-ci il təvəllüdlü X12 ilə X8 arasında ünsiyyətin qurulması təmin edilmiş, lakin digər 2 uşaq ataları ilə ünsiyyətdən imtina etmişdir. Odur ki, məhkəmə, qeyd olunanları nəzərə alıb, barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin olmaması qənaətinə gəlir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar