Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-634/2023 02.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Şəxs müdafiəçisi (“Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili) Vəkil iştirakı ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala Bakı şəhərində Binəqədi Rayon Məhkəməsinin binasında keçirilən açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə baxılması üçün Şəxs barəsində 210.1-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında material icraata qəbul olunmuşdur. Şəxs müdafiəçisi Vəkil vəsatətlə məhkəməyə müraciət edərək, hazırda baxılan işin məhkəməyə ilk daxil olan işə birləşdirilməsini və ya baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Şəxs barəsində Binəqədi Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 210.1-ci maddəsi ilə inzibati icraata başlanılmış və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərar ayrıayrılıqda beş dəfə məhkəməyə daxil olmuş, beş ayrı inzibati iş açılmış və məhkəmə iclasları təyin olunmuşdur. Bu isə İXM tələblərinə ziddir, bu işlər bir icraatda birləşdirilməlidir. Məhkəmə tərəfi dinləyib vəsatəti nəzərdən keçirərək hesab edir ki, Şəxs müdafiəçisi Vəkil tərəfindən verilmiş vəsatət təmin edilməlidir. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə Şəxs barəsində İXM-nin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon prokurorluğundan bir neçə inzibati material daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, 3(001)-634/2023 saylı inzibati xəta haqqında iş məhkəməyə ilk daxil olan 3(001)-633/2023 saylı inzibati xəta haqqında işə birləşdirilməli və bir icraatda baxılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİM: Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(001)-634/2023 saylı inzibati iş 3(001)-633/2023 saylı işinə birləşdirilsin və bir icraatda baxılsın. Hakim: Mahirə Kərimova
Məhkəmə qərarları › İş №3(001)-634/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-634/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver