Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6343/2024 12.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X5 nümayəndəsi X2, Qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X9 iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 01 oktyabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarından X5 verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X10 şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 01 oktyabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət verən X10 şikayətini onunla əsaslandırmışdır ki, X11 Xidməti Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında MN seriyalı ******* nömrəli 01 oktyabr 2024-cü il tarixli qərarı ilə "xxxx" MMC-in prezidenti olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 1000 (min) manat cərimə tənbeh növü tətbiq edilmişdir. Qərar qanunsuz və əsassızdır, ona görə də ləğv edilməlidir. Belə ki, qərar belə əsaslandırılıb ki, guya "xxxx" MMC-in işçisi X6 ilə bağlı xx.xx.2024-cü ildə istehsalatda bədbəxt hadisə baş vermiş və bu barədə X11 Xidmətinə həmin gün məlumat verilməmişdir. DƏMX-in Bakı Şəhər İdarəsində araşdırma aparılarkən məlumat vermişlər ki, X6 06-07 iyun 2024-cü il tarixlərdə 2 gün ödənişsiz məzuniyyətdə olmuşdur. Bunu təsdiq edən sənədləri də həmin orqana təqdim etmişlər. X19 da aparılan araşdırma zamanı bu barədə DƏMX-in Bakı Şəhər İdarəsinə məlumat vermişdir. İşçi məzuniyyətdə olduğu dövrdə hansısa mağazada yıxılıbsa və bu barədə işəgötürənə məlumat verməyibsə, DƏMX-in Bakı Şəhər İdarəsinin cəmiyyətdən bununla bağlı məlumat gözləməsi də absurddur. Lalə Əhədova məzuniyyəti bitdikdən sonra xx.xx.2024-cü ildə işə çıxmış və səhhəti ilə bağlı heç bir narahatçılığı və şikayəti olmamışdır. Bu barədə məlumatlı olsaydılar müvafiq dövlət orqanlarına lazımi məlumatları verər və işçinin səhhəti ilə yaxından maraqlanardılar. Qanunvericiliklə istehsalatda baş vermiş hadisənin bədbəxt hadisə hesab olunması və araşdırmaya cəlb olunmasının şərtləri mövcuddur. Lakin indiki halda DƏMX-in Bakı Şəhər İdarəsi Lalə Əhədovanın səhhətində yaranmış narahatçılığın dərəcəsinin müəyyən olunması və həmin xəsarətin bədbəxt hadisə hesab olunmasına uyğun olması istiqamətində heç bir araşdırma aparmamışdır. Halbuki, Lalə Əhədova xx.xx.2024-cü ildə işə çıxmış və səhhəti ilə bağlı heç bir narahatçılığı və şikayəti olmamışdır. “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1-ci bəndinə əsasən İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. İstehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarətlərin (zədələrin) ağırlıq dərəcələrini və yaxud ölümün başvermə səbəblərini müəyyən etmək məqsədi ilə təhqiqat komissiyasının sədri aidiyyəti müalicə-profilaktika müəssisəsinə və ya məhkəmə-tibb ekspertizasına bu barədə rəy vermələri üçün rəsmi olaraq müraciət edə bilər. İstehsalatda bədbəxt hadisələr tədqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərin xəsarət alması və ya ölümü: işəgötürən və ya zərərçəkən (onun vəkili və ya marağını qoruyan şəxs) Təhqiqat komissiyasının qərarı ilə razılaşmadıqda X11 Xidmətinin rəhbərliyinə və ya məhkəməyə müraciət edə bilər. İstehsalatda baş vermiş bədbəxt hadisə haqqında zərərçəkən, yaxud hadisənin şahidləri dərhal işəgötürənə (müəssisənin vəzifəli şəxslərinə) məlumat verməlidir. Lakin işə baxan X11 Xidmətinin Bakı şəhər İdarəsi yuxarıda sadalanan halların heç birini nəzərə almamış, yalnız şəxsi mülahizələrinə əsaslanaraq, qanunsuz və əsassız qərar qəbul etmişdir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 01 oktyabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət verən X5 nümayəndəsi X3 şikayətin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasında qərarından şikayət verilən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin nümayəndəsi X13 şikayətin dəlilləri ilə razılaşmayaraq izahatında bildirmişdir ki, "xxxx" MMC X11 Xidmətinin Bakı şəhər İdarəsinə məktubla müraciət edərək göstərmişdir ki, Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti 14 ünvanda çalışan "xxxx" şirkətinin nümayəndəsi X6 06 iyun 2024-cü il tarixdə iş zamanı satış ərazisində məhsulları təkərli arabadan rəflərə yerləşdirərkən plastik ayaqaltıdan yıxılmışdır. X17 briqadası tərəfindən Lalə Əhədovaya ilkin tibbi yardım göstərilmişdir. “X16” publik hüquqi şəxsi X11 Xidməti Bakı şəhər İdarəsinə məktubla müraciət edərək bildirmişdir ki, X6 xx.xx.2024-cü il tarixdə saat 13:45də 2 saylı X17 Stansiya Briqadasının müşayiəti ilə X14 gətirilmişdir. Xəstənin dediyinə görə Gənclikdə “Bravo” marketdə iş yerində yıxılaraq xəsarət almışdır. Xəstəyə rentgenoskopiya müayinəsi olunmuşdur. Diaqnoz: Kürək nahiyəsinin əzilməsi. Buna baxmayaraq "xxxx" şirkəti işçisi X4 xx.xx.2024-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə zamanı yıxılaraq xəsarət alması barədə hadisə baş verən gün X11 Xidmətinə məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 01 oktyabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarı ilə "xxxx" MMC-in prezidenti X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 (min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Qərar qanuni və əsaslı olduğundan şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsin nümayəndəsinin izahatını, habelə qərarından şikayət verilmiş orqanın nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli, X11 Xidmətinin Bakı şəhər İdarəsinin 01 oktyabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarı dəyişdirilmədən saxlanmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: "xxxx" MMC-in X11 Xidmətinin Bakı şəhər İdarəsinə ünvanladığı 01 iyul 2024-cü il tarixli 0435 nömrəli məktubdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, X20 prospekti 14 ünvanda çalışan "xxxx" şirkətinin nümayəndəsi X6 06 iyun 2024-cü il tarixdə iş zamanı satış ərazisində məhsulları təkərli arabadan rəflərə yerləşdirərkən plastik ayaqaltıdan yıxılmışdır. X17 briqadası tərəfindən Lalə Əhədovaya ilkin tibbi yardım göstərilmişdir. “X16” publik hüquqi şəxsin X11 Xidməti Bakı şəhər İdarəsinə ünvanladığı 02 iyul 2024-cü il tarixli 18-1-2/2-3405/2024 nömrəli məktubdan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə saat 13:45-də 2 saylı X17 Stansiya Briqadasının müşayiəti ilə X14 gətirilmişdir. Xəstənin dediyinə görə Gənclikdə “Bravo” marketdə iş yerində yıxılaraq xəsarət almışdır. Xəstəyə rentgenoskopiya müayinəsi olunmuşdur. Diaqnoz: Kürək nahiyəsinin əzilməsi. Əmək müqaviləsi bildirişindən görünür ki, X6 "xxxx" MMC-də mercendayzer vəzifəsində işləyir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 01 oktyabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, "xxxx" MMC-in prezidenti X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 (min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir ondan ötrü ki, Avrora” MMC-in işçisi X4 xx.xx.2024-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə zamanı yıxılaraq xəsarət alması barədə hadisə baş verən gün X11 Xidmətinə məlumat verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının: 1.1-ci bəndinə görə bu Qaydalar qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq hakimiyyət orqanlarının, fiziki və hüquqi şəxslərin təsis etdikləri mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, respublikanın ərazisində yerləşən bütün müəssisələrdə, idarələrdə, təşkilatlarda eləcə də müəssisə yaradılmadan işçilərlə əmək müqaviləsi bağlanmış iş yerlərində, həmçinin onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının səfirliklərində, konsulluqlarında, beynəlxalq sularda Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzən gəmilərdə, şelf qurğularında və digər iş yerlərində tətbiq edilir və həmçinin işəgötürənin xammalından (materialından), istehsal vasitələrindən istifadə etməklə əmək funksiyasını evində yerinə yetirən işçilərə şamil olunur. 1.2-ci bəndinə görə işçilərin səhhətinin pozulması aşağıdakı hallarda təhqiq edilməlidir: əmək vəzifələrini yerinə yetirərkən (o cümlədən ezamiyyət zamanı), həmçinin müdiriyyətin tapşırığı olmadan belə müəssisənin mənafeyi üçün hər hansı fəaliyyət göstərərkən;.. 1.3-cü bəndinə görə istehsalatda bədbəxt hadisə nəticəsində işçilərin aldıqları xəsarət - əmək vəzifələrini yerinə yetirərkən işçinin bədən üzvlərinin, toxumalarının zədələnməsi ilə sağlamlığının qəflətən və kəskin pozulması halıdır. 1.7-ci bəndinə görə işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X11 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X11 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 555.1-ci maddəsinə görə istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə- min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmədə müəyyən edildi ki, "xxxx" MMC-in işçisi X6 06 iyun 2024-cü ildə iş zamanı satış ərazisində məhsulları təkərli arabadan rəflərə yerləşdirərkən plastik ayaqaltıdan yıxılmış, X17 briqadası tərəfindən ona yerində ilkin tibbi yardım göstərilmiş, sonra həmin tarixdə saat 13:45-də 2 saylı X17 Stansiya Briqadasının müşayiəti ilə X14 gətirilmişdir. Həkimdə L.A.Əhədova bildirmişdir ki, iş yerində yıxılaraq xəsarət almışdır. O, rentgenoskopiya müayinəsi olunmuş, ona kürək nahiyəsinin əzilməsi diaqnozu qoyulmuşdur. X4 işlədiyi "xxxx" MMC işçisi X4 xx.xx.2024-cü il tarixdə istehsalatda baş vermiş bədbəxt hadisə zamanı yıxılaraq xəsarət alması barədə hadisə baş verən gün X11 Xidmətinə məlumat vermədiyindən cəmiyyətin prezidenti X10 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən 1000 (min) manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Məhkəmə şikayət verən Ceyhun Abbasovun "xxxx" MMC-in işçisi X4 06-07 iyun 2024-cü il tarixlərdə 2 gün ödənişsiz məzuniyyətdə olduğu və sözügedən hadisənin həmin dövrdə, yəni işdən sonra baş verməsi barədə bildirdiklərini əsassız hesab edir. Belə ki, X1 Əmək Müfəttişliyi Xidməti Bakı şəhər idarəsində xx.xx.2024-cü ildə verdiyi izahatında xx.xx.2024-cü ildə saat 08:59-da Nərimanov rayonunda yerləşən "xxxx" MMC-in baş ofisinə işə gəldiyini, baş ofisdə gedəcəyi mağaza haqqında bölgə müdiri Əli bəydən tapşırıq aldığını bildirmişdir. Qeyd olunanlar "xxxx" MMC-in işçisi X4 06-07 iyun 2024-cü il tarixlərdə 2 gün ödənişsiz məzuniyyətdə olduğunu təkzib edir. Odur ki, məhkəmə şikayət verən Ceyhun Abbasovun sözügedən bədbəxt hadisənin işdən sonra baş verməsi barədə bildirdiklərini özünü müdafiə kimi qiymətləndirib rədd edir. X4 06-07 iyun 2024-cü il tarixlərdə 2 gün ödənişsiz məzuniyyətdə olması barədə məhkəmədə şahid qismində verdiyi izahatına münasibətdə məhkəmə nəzərə alır ki, L.Əhədova hazırda "xxxx" MMC-də mercendayzer vəzifəsində işləyir və bu mənada onun izahatı öz mənafeyini qorumaq məqsədi güdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 128.1-ci maddəsinə görə barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. 134.1-ci və 134.1.1-ci maddələrinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı şəhər İdarəsinin 01 oktyabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarından X10 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməli, həmin qərar dəyişdirilmədən saxlanmalıdır. Göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X5 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Bakı şəhər İdarəsinin 01 oktyabr 2024-cü il tarixli MN seriyalı № ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin, qərar dəyişdirilmədən saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-6343/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6343/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver