Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6346/2024 14.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, vəsatət vermi şəxs X2 iştirakı ilə, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23779221 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpa edilməsinə dair X3 tərəfindən verilmiş vəsatətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə vəsatətlə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23779221 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi üçün buraxılmış müddətin üzürlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan vəsatətə baxılmasını mümkün hesab edir. Buraxılmış prosessual müddətin bərpa edilməsi barədə vəsatətində X3 göstərmişdir ki, ailə vəziyyəti ilə əlaqədar olaraq şikayət vermə müddətini ötürmüşdür. Buna görə də, müddətin bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X3 bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərarı qərar qəbul edildiyi gündən növbəti gün əldə etmişdir, lakin ailə vəziyyəti ilə əlaqədar şikayətini məhkəməyə təqdim edə bilməmişdir. Odur ki, vəsatətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş və iş materiallarında olan: xx.xx.2024-cü il tarixli, EQ 23779221 nömrəli “inzibati tənbeh vermə haqqında” qərardan görünür ki, X3 İXM-nin 346.9-cu maddəsi ilə təqsirli bilinərək 60 manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə vəsatəti və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, X3 tərəfindən Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2024-cü il tarixli, EQ 23779221 nömrəli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün ötürülmüş prosessual müddəti bərpa edilməsi barədə vəsatəti təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı X3 tərəfindən qeyd edilən qərarın xx.xx.2024-cü tarixdə əldə edilməsi, lakin şikayətin məhkəməyə xx.xx.2024-cü il tarixdə təqdim edilməsi müəyəyn edilmişdir. X1 şikayətini hansı üzürlü səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş müddətdə məhkəməyə təqdim edə bilməsini əsaslandıra bilməmiş, vəsatətində sadəcə bir cümlə qeyd edərək ailə vəziyyətinə görə şikayəti nəzərdə tutulmuş müddət ərzində verə bilmədiyini göstərmiş, həmçinin məhkəmə iclasında da üzürlü səbəbləri izah edə bilməmişdir. İnzibati tənbeh vermə haqqında qərarın xx.xx.2024-cü tarixdə X3 tərəfindən əldə edilməsi nəzərə alındıqda, həmin qərardan şikayət vermə müddətinin axımı İXM-nin 126.1-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixdən başlamaqla son müddəti xx.xx.2024-cü il tarixinin sonunadəkdir. Şikayət isə xx.xx.2024-cü il tarixdə, yəni qanunvericilikdə nəzərdə tutulmuş müddətdən 16 gün gec verilmişdir. 16 gün gecikməyə səbəb olan üzürlü səbəbin isə nədən ibarət olmasını vəsatət vermiş şəxs məhkəmə iclasında əsaslandıra bilməmişdir. İXM-nin 126.1-ci maddəsinə əsasən qərar rəsmi qaydada çatdırıldığı gündən 20 gün müddətinə şikayət vermə nəzərdə tutulmuşdur. Göründüyü kimi şəxsin həmin qərarı əldə etdiyi gündən şikayət təqdim etmək üçün kifayət qədər vaxt olmuşdur. Göstərilən hallar Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23779221 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin üzürlü səbəbdən ötürülməsini istisna edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə vəsatətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23779221 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətinin bərpası barədə vəsatət rədd edilməlidir. Qeyd edilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinin tələblərini rəhbər tutaraq, qərara aldı: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ 23779221 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün ötürülmüş prosessual müddətinin bərpa edilməsinə dair X2 vəsatəti rədd edilsin. Şikayət əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-6346/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6346/2024
14.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver