Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-635/2025 24.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Nəsibov Samir Nadir oğlunun sədrliyi, Bayramov Tural Ural oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində sahə rəisi işləyən, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx xxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, "xxxx" MMCdə sürücü işləyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 510 və 535.1-ci maddələri ilə tərtib edilmiş 24 yanvar 2025-ci il tarixli, MN ******* saylı “inzibati xəta haqqında” protokola açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində sahə rəisi işləyən, polis mayoru X4 tərəfindən Şəxs barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə “inzibati xəta haqqında” 24 yanvar 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmiş, protokol baxılması üçün əlavə sənədlərlə birlikdə məhkəməyə göndərilmişdir. Protokol onunla əsaslandırılmışdır ki, Şəxs 22 yanvar 2025-ci il tarixdə X2 Binəqədi rayonu, Azadlıq prospekti 7 ünvanının qarşısında ictimai yerdə nalayiq ifadələrlə söyüb, təhqir etmiş və Binəqədi RPİ-nin DYPŞ-nin əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında protokolu tərtib etmiş şəxs izahatında göstərdi ki, 22 yanvar 2025-ci il tarixdə vətəndaş X3 polisə müraciət edərək, “Hyundai SantaFe” markalı, **-HP- *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün onun ünvanına nalayiq ifadələr işlətdiyini, onu söydüyünü bildirmiş, buna görə həmin avtomobil Binəqədi RPİ-nin DYPŞ əməkdaşları tərəfindən saxlanılmış, avtomobili idarə edən şəxsin Şəxs olduğu müəyyənləşdirilmiş, Şəxs polis əməkdaşları tərəfindən 4-cü PŞ-yə dəvət olunsa da, o, polis əməkdaşlarına tabesizlik göstərərək, əvvəlcə PB-yə getməsinə etiraz etsə də, sonradan onlarla razılaşmış, Şöbəyə aparılmışdır. Tərtib olunmuş raport əsasında o, hazırki protokolu tərtib etmişdir. E.Əgərzadənin İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair hazırda məhkəməyə hər hansı sübut təqdim edə bilmir. Sonda S.H.Həbibov məhkəmədən Şəxs barəsində ədalətli cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında göstərdi ki, o, 22 yanvar 2025-ci il tarixdə “Hyundai SantaFe” markalı, **-HP-*** dövlət qeydiyyat nişanlı avtomobillə Binəqədi rayonu, Azadlıq prospektində, Binəqədi qəsəbəsi istiqamətinə hərəkətdə olarkən qarşısında, onunla eyni istiqamətdə hərəkətdə olan “Toyota Corolla” markalı, **-PF-*** dövlət qeydiyyat nişanlı avtomobil yolun sol zolağına çıxmış, bu zaman onun önü boşaldığından o, həmin avtomobilin sağı ilə irəliləmiş,anidən həmin avtomobil sağa, yəni onun avtomobilinin üzərinə istiqamətlənmiş, lakin sürücü yolun hərəkət zolağına daxil ola bilmədiyindən avtomobilinin yan şüşəsini endirərək onun ünvanına sərt etirazını bildirmişdir. O, mübahisə yaranmasın deyə həmin şəxsə getməsini bildirmiş, yoluna davam etmişdir. Lakin, həmin avtomobilin sürücüsü idarə etdiyi avtomobillə onun önünü kəsməyə cəhd etmiş, o yenə də yoluna davam etmişdir. Sonradan yolun sağ kənarında olan yanacaqdoldurma məntəqəsinə daxil olub benzin doldurmuş, daha sonra isə bir qədər irəlidə yerləşən “Tayqa” adlı marketin önündə avtomobilini saxlayaraq, alış-veriş üçün həmin marketə daxil olmuşdur. Marketdən çıxanda DYPŞ əməkdaşlarının onun avtomobilinin yanında olduqlarını görüb onlara yaxınlaşmış, polis əməkdaşları onu 4-cü PŞ-yə dəvət etmiş, o da heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Şöbəyə gəlmişdir. Yəni o, nə həmin avtomobilin sürücüsünü söyməmiş, nə də polis əməkdaşlarına tabesizlik göstərməmişdir. Məhkəmə işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, inzibiat xəta haqqında iş üzrə icraata E.B.Əsgərovun təqsirliliyinin sübuta yetməməsi əsası ilə xitam verilməlidir. Belə ki, İXM-nin 510-cu maddəsinə əsasən, ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər xırda xuliqanlıq hesab edilir və bu əməlləri törətmiş şəxslər həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən isə, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq həmin maddə üzrə məsuliyyət yaradır. Məhkəməyə təqdim edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərlə Şəxs ictimai qaydanı pozması və ya polis işçisinin qanuni tələblərinə qəsdən tabe olmaması halı sübut olunmur. İXM-nin: - 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. - 80.1-ci maddəsinə əsasən, sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. - 84-cü maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. - 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. - 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. - 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. - 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. - 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. - 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. - 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. - 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs təqsiri sübuta yetirilmədiyindən, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib olunmuş 24 yanvar 2025-ci il tarixli, MN ******* saylı “inzibati xəta haqqında protokol” üzrə icraata həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-635/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-635/2025
24.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver