Məhkəmə qərarları › İş №3(001)-6357/2020

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6357/2020

10.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6357/2020 10.12.2020 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Vüqar Nemət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin sahə inspektoru, X1, Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Mingəçevir şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, ünvan 1 mənzil 126 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin daxil olmuş inzibati xəta haqqında materiala Binəqədi Rayon Məhkəməsinin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİM: Şəxs narkotik vasitədən istifadə etdiyinə görə onun barəsində Bakı şəhəri Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin sahə inspektoru X2 tərəfindən xx xxxxxx 2020-ci il tarixdə, MN №0970926 saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs xx.xx.2020-ci il tarixində Binəqədi rayonu, A.Gəraybəyli küçəsində şübhəli şəxs qismində PB-nə gətirilmiş, müayinə zamanı narkotik vasitə qəbul etməsi müəyyən edilmişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Binəqədi RPİ-nin 5-ci Polis Bölməsinin sahə inspektoru X2 məhkəməyə verdiyi izahatında göstərmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixində Binəqədi rayonu, A.Gəraybəyli küçəsində özünü şübhəli şəxs qismində apardığından PB-nə gətirmişlər, müayinə zamanı onun narkotik vasitə qəbul etdiyi müəyyən edilmişdir. O, məhkəmədən A.İbahimovun inzibati məsuliyyətə cəlb edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala baxarkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs əməlindən peşmanlıq hissi keçirdiyini bildirərək, məhkəmədən barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Müdafiəçi Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Vəkil məhkəmədən Şəxs barəsində həbslə əlaqədar olmayan cəza təyin edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında materiala əlavə edilmiş sənədlərdən aydın olur ki, xx.xx.2020-ci il tarixdə Narkoloji Mərkəzdə müayinədən keçirilərkən Şəxs sidiyində narkotik vasitə aşkar olunmuş və həmin tarixdə bu barədə 1162 saylı akt tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli, MN №0970926 saylı inzibati xəta haqqında protokoldan məlum olur ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında əlavə edilmiş xx.xx.2020-ci il tarixli, AZA №009199 saylı inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs xx xxxxxx 2020-ci il tarixdə saat 19:00-da inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Şəxs tərəfindən Binəqədi RPİ-nin rəisi polis polkovniki Musa Musayevə yazdığı izahatında 7 ilə yaxındır ki, narkotik vasitədən istifadə etdiyini təsdiq etmişdir. O, dəfələrlə müalicə aldığını, Narkoloji dispanserdə qeydiyyatda olduğunu, axırıncı dəfə yaşadığı ünvanda narkotik vasitədən istifadə etdiyini bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 şəxsi Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama ekspert komissiyasının xx.xx.2020-ci il tarixli 3410 saylı rəyindən görünür ki, Şəxs Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən Qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 37.1-ci maddəsinə əsasən İnzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. Həmin məcəllənin 37.3-cü maddəsinə əsasən barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. Həmin məcəllənin 37.5-ci maddəsinə əsasən barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Hesab edirəm ki, Şəxs qanunsuz olaraq narkotik vasitələrin istehlakında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə cəzalandırılmalıdır. Məhkəmə Şəxs əməlindən səmimi peşman olmasını məsuliyyətini yüngülləşdirən hallar hesab edir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin məsuliyyətini ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Şəxs qanunsuz olaraq narkotik vasitələrin istehlakında ifadə olunan əməli Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan və inzibati məsuliyyətə səbəb olan inzibati xəta olduğundan o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə tənbeh edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Hesab edirəm ki, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsini, eləcə də inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm onun, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi ilə Şəxs inzibati həbs növündə tənbeh tədbiri təyin edilməli, Şəxs narkomaniyadan məcburi müalicəyə ehtiyacı olduğunu nəzərə alaraq barəsində təyin edilmiş inzibati həbs növündə intizam tənbehini çəkdikdən sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 110, 114-117, 128-131-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 20 (iyirmi) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli tutulduğu xx xxxxxx 2020-ci il tarixdən saat 19:00-dan hesablansın. Şəxs barəsində təyin edilmiş inzibati həbs növündə intizam tənbehini çəkdikdən sonra barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş Şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilsin. İxtisaslaşdırılmış tibb müəssisələrində məcburi müalicənin təyin edilməsinə dair məhkəmə qərarının tələblərinin yerinə yetirilməsinə nəzarət ixtisaslaşdırılmış müalicə müəssisəsinin yerləşdiyi yer üzrə icra qurumuna həvalə edilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların müvəqqəti saxlama mərkəzinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Vüqar Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar