Məhkəmə qərarları › İş №3(001)-6358/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6358/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6358/2024 02.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, X2 inzibati tənbeh edilməsinə dair Bakı Şəhər BPİ-nin X6 İdarəsi tərəfindən İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 məhkəməyə müraciət edərək, Bakı Şəhər BPİ-nin X6 İdarəsi tərəfindən qəbul edilmiş İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X3 şikayətini onunla əsaslandırılmışdır ki, xx.xx.2024 tarixində, Bakı, Nəcəf Nərimanov, 43, GPS:40.4098983,49.8331616 ünvanında barəsində İXP ******* nömrəli protokol tərtib edilmiş. Həmin protokol əsasında xx.xx.2024 tarixində İXM-nin 327.2 maddəsinə əsasən yolayrıcını keçmə qaydalarının pozulması ilə TP6693694 nömrəli qərar qəbul edilmişdir. O, məhkəməyə müraciət etdikdən sonra məhkəmə tərəfindən xx.xx.2024 tarixində yuxarıda sözü edilən qərar ləğv edilmişdir. Və iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilmişdir. DYP yenə baxış və protokol qaydalarını pozaraq, ona heç bir məlumat vermədən və onu dəvət etmədən, görüntüləri təqdim etmədən və elektron sistemə inteqrasiya etmədən eyni protokol üzrə xx.xx.2024 tarixində TP6837373 nömrəli yeni qərar qəbul etmişdir. TP6693694 nömrəli qərarla razı olmadığı kimi, yenidən qəbul edilmiş TP6837373 nömrəli qərarla da, razı deyildir. Hazırki qərarın da, qərəzli və qanunsuz olduğunu hesab edir. Bu səbəbdən TP6837373 nömrəli qərardan şikayətlə məhkəməyə müraciət edir. O, iddia olunduğu kimi qaydaları pozmamış, inzibati xəta haqqında protokol qərəzli olaraq tərtib olunmuşdur. O, yolayrıcını, yol hərəkəti qaydalarına əməl etməklə keçmişdir. Bundan başqa iddia edilən inzibati pozuntu haqqında elektron sistemlərə heç bir video və ya foto görüntü inteqrasiya edilməmişdir. Göstərilənlərə əsasən məhkəmədən xx.xx.2024-cü il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq X3 məhkəməyə ərizə göndərərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına eləcə də qeyd edilən qarın qəbul edilməsi zamanı foto və videogörüntünün təqdim edilməsi haqqında məktub göndərilməsinə baxmayaraq, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmanı mümkün hesab edir. Məhkəmə, şikayəti və iş materiallarını tam, hərtərəfli və obyektiv şəkildə araşdıraraq hesab edir ki, X2 Bakı Şəhər BPİ-nin X6 İdarəsi tərəfindən İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)- 4967/2024 saylı qərarından görünür ki, X2 inzibati tənbeh olunmasına dair Bakı Şəhər BPİ-nin X6 İdarəsi tərəfindən qəbul edilmiş İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş, inzibati xəta haqqında işə yenidən baxılması üçün qərar Bakı Şəhər BPİ-nin X6 İdarəsinə göndərilmişdir. X2 elektron kabinetindən etdiyi çıxarışdan görünür ki, barəsində tərtib edilmiş İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəcəf Nərimanov küçəsində idarə etdiyi nəqliyyat vasitəsi ilə yolayrıcını keçmə qaydalarını pozduğuna görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə barəsində 100 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. xx.xx.2024-cü il tarixli, xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli Bakı Şəhər BPİ-nin X6 İdarəsinə ünvanlanmış bildirişlərdən görünür ki, səlahiyyətli orqana məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, iş üzrə sübutları məhkəməyə təqdim etmələri və məhkəmə iclasında iştirak etmələri xahiş olunmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8-ci maddəsinə görə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə görə inzibati xəta törətməkdə şəxsin təqsiri inzibati xəta haqqında iş üzrə müəyyən edilməlidir. 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, səlahiyyətli orqana 3 dəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilmiş, lakin inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin X3 tərəfindən sözügedən inzibati xətanın törədilməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. İşin təsvir edilmiş hallarından görünür ki, şikayət verən Əli Dadaşov xx.xx.2024-cü ildə yol hərəkəti qaydasını pozmadığını, eləcə də heç bir inzibati xəta törətmədiyini bildirərək, ona istinad olunan inzibati xətanı qəbul etmir. Qanuna əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə də borclu deyildir. Başqa sözlə, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın əsaslılığını və qanuniliyini sübut etmək yükü həmin qərarı qəbul etmiş orqanın üzərinə düşür. Səlahiyyətli orqan isə həmin işə təkrarən baxarkən X1 iştirakını təmin etməmiş, qayda pozuntusunu təsdiq edən sübutları ona nümayiş etdirməmiş, sözügedən qərarın qəbul edilməsi üçün əsas olmuş sübutları məhkəməyə təqdim etməmişdir. Belə olduğu halda isə X1 xx.xx.2024-cü ildə Bakı şəhəri, Nəcəf Nərimanov küçəsində idarə etdiyi nəqliyyat vasitəsi ilə yolayrıcını keçmə qaydalarını pozmasını sübut etmək mümkün deyil. Xüsusilə nəzərə alınmalıdır ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-in 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikası İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Beləliklə məhkəmə, hesab edir ki, X3 inzibati tənbeh olunmasına dair Bakı Şəhər BPİ-nin X6 İdarəsi tərəfindən qəbul edilmiş İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, inzibati xətanın törədilməsində X2 təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 inzibati tənbeh olunmasına dair Bakı Şəhər BPİ-nin X6 İdarəsi tərəfindən qəbul edilmiş İXP ******* nömrəli protokol əsasında qəbul edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X2 təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata İXM-nin 53.2-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar