Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-636/2023 02.03.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X1 iclas katibliyi, Şəxs vəkili Vəkil iştirakı ilə, Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Prokurorluğu Binəqədi Rayon Prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən İnzibati Xətalar Məcəlləsinin 210.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Prokurorluğu Binəqədi Rayon Prokurorluğundan İXM-6 saylı inzibati xəta haqqında material daxil olmuşdur. Şəxs vəkili Vəkil vəsatətlə məhkəməyə müraciət edərək, hazırda baxılan işin məhkəməyə ilk daxil olan işə birləşdirilməsini və ya baxıkmadan geri qaytarılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, Şəxs barəsində Binəqədi Rayon Prokurorluğunun xx.xx.2023-cü il tarixli qərarı ilə İXM-nin 210.1-ci maddəsi ilə inzibati icraata başlanılmış və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərar ayrı-ayrılıqda beş dəfə məhkəməyə daxil olmuş, beş ayrı inzibati iş açılmış və məhkəmə iclasları təyin olunmuşdur. Bu isə İXM tələblərinə ziddir, bu işlər bir icraatda birləşdirilməlidir. Məhkəmə hesab edir ki, vəsatət təmin edilməlidir. Belə ki, material araşdırılarkən müəyyən edildi ki, məhkəməyə daxil olmuş həmin işlər üzrə eyni şəxs tərəfindən eyni maddədə göstərilən xətanın törədilməsinə görə bir neçə material tərtib edilmişdir. Ona görə də məhkəmə hesab edir ki, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılmalıdır Həmçinin iş № 3(001)-636/2023 saylı inzibati xətaya dair iş bir icraatda birləşdirilməli olduğundan, həmin iş ilk daxil olan nömrə altında, yəni 3(001)-632/2023 saylı inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməlidir və həmin nömrə altında baxılmalıdır. Belə ki, İXM-nin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Şərh olunanlara əsasən və İnzibati Xətalar Məcəlləsinin 34-cü maddələrinə əsasən, QƏRARA ALDİ: 3(001)-636/2023 və 3(001)-632/2023 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilərək eyni vaxtda baxılsın. Həmin işlərə 3(001)-632/2023 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-636/2023
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-636/2023
02.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver