Məhkəmə qərarları › İş №3(001)-6362/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6362/2024

01.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6362/2024 01.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Sadıqova Aynurə Vahid qızının sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Bəbirov Qədir Nadir oğlunun katibliyi, Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 528.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Bakı şəhəri Bakı şəhəri Binəqədi rayon İcra şöbəsi tərəfindən Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə tərtib edilmiş 01 noyabr 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu müdafiə edən icra məmuru X5 izahat verərək bildirmişdir ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-1683/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən, xx.xx.2011-ci il təvəllüdlü Nəcibə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X4 xeyrinə hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Sözügedən icra sənədi Şəmkir rayon Məhkəməsinin 8(076)-174/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Şəmkir rayon Məhkəməsinin 2(076)-1683/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilmişdir. xx.xx.2020-ci il tarixli qərarla Şəmkir rayon Məhkəməsinin 2(076)-1683/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəmkir rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü qaydada icrası haqqında bildiriş göndərilmişdir. Şəmkir rayon Məhkəməsinin 3(076)-290/2021 saylı, 29 mart 2021-ci il tarixli qərarı ilə Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08(səkkiz) gün müddətinə inzibati həbs edilmişdir.Tələbin icrasını təmin etməsi üçün borclunun ünvanına bir neçə dəfə xəbərdarlıq göndərilmişdir. Binəqədi rayon İcra Şöbəsinin qərarı ilə qərarın icrası Şəxs əməkhaqqısına yönəldilmişdir. Həmçinin borclu Şəxs işlə təmin olunması məqsədilə Binəqədi rayon İcra Şöbəsi tərəfindən X3 müraciət edilmiş, borcluya uyğun vakansiyalar müəyyən edilərək təklif olunsa da , sonradan borclu ilə əlaqə saxlamaq mümkün olmadığı qeyd olunmuşdur. İcra vərəqəsi üzrə borclunun hazırda 4241 (dörd min iki yüz qırx bir) manat borcu yığılmışdır. Bu səbəbdən də, onun tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və barəsində 01 noyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Odur ki, Şəxs inzibati qaydada məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, işləmədiyinə görə maddi durumunda sıxıntılar vardır. Lakin iş axtardığını və aliment borcunu ödəyəcəyini nəzərə alaraq, məhkəmədən barəsində tərtib olunmuş protokol üzrə barəsində daha yüngül inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: Şəmkir rayon Məhkəməsinin 2(076)-1683/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Nəcibə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X4 xeyrinə hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Şəmkir rayon Məhkəməsinin 8(076)-174/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından görünür ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-1683/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilmişdir. Şəmkir rayon İcra və Probasiya şöbəsinin xx.xx.2020-ci il tarixli qərar və bildirişindən görünür ki, Şəxs barəsində olan icra sənədi üzrə icraata başlanmış və sonuncuya borcunu dərhal ödəməsi barədə rəsmi bildiriş göndərilmişdir. xx.xx.2021-ci, xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, borclu Şəxs icra sənədinin icrasını təmin etməsi ilə bağlı xəbərdar olunmuşdur. Binəqədi Rayon İcra şöbəsinin xx.xx.2021-ci il tarixli məktubundan görünür ki, icra vərəqəsi üzrə tələb Şəxs əməkhaqqına yönəldilmişdir. Şəmkir rayon Məhkəməsinin 3(073)-290/2021 saylı, 29 mart 2021-ci il tarixli qərarından görünür ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilmişdir. Binəqədi rayon İcra Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, borclu Şəxs məşğulluq xidməti orqanında qeydiyyata götürülməsi, müvafiq işlə təmin edilməsi məqsədi ilə müraciət olunmuşdur. X2 xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, vətəndaş Şəxsla əlaqə saxlanılmış və ona münasib işlər təklif olunmuş və bu barədə məlumatlar onun şəxsi kabinetinə yerləşdirilmişdir. xx.xx.2024-cü il tarixli qərardan görünür ki, icra sənədi üzrə Şəxs X6 xx.xx.2024-cü il tarixədək aliment üzrə borc məbləği 4056.05 manat olması müəyyən edilmişdir. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol düzgün olaraq tərtib edilmişdir. Belə ki, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, Şəmkir rayon Məhkəməsinin 2(076)-1683/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü Nəcibə adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs iddiaçı X4 xeyrinə hər ay aylıq qazancının və ya başqa gəlirlərinin ¼ hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Sözügedən icra sənədi Şəmkir rayon Məhkəməsinin 8(076)-174/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə Şəmkir rayon Məhkəməsinin 2(076)-1683/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi icra edilməsi üçün təkrar icraya yönəldilmişdir. xx.xx.2020-ci il tarixli qərarla Şəmkir rayon Məhkəməsinin 2(076)-1683/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədinə əsasən Şəmkir rayon İcra və Probasiya Şöbəsində icraata başlanılmış və həmin tarixdə borcluya tələbin könüllü qaydada icrası haqqında bildiriş göndərilmişdir. İcra sənədi üzrə borclunun hazırki vaxtadək 4241 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Orucov X7 rayon Məhkəməsinin 2(076)-1683/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədini heç bir üzrlü səbəb olmadan icra etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs İXM-in 528.1-ci maddəsi ilə inzibati qaydada məsuliyyətə cəlb olunmalıdır. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyasızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsidə təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.4-cü maddəsinə əsasən Bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. İXM-in 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs həmin inzibati xətanı törətməsi barəsində tərtib olunmuş yuxarıda qeyd edilən protokol, icra vərəqələri, bildirişlər, özünün məhkəməyə verdiyi izahat ilə tam sübuta yetirilir. İnzibati məsuliyyəti istisna edən və icraatı rədd edən hallar yoxdur. Məhkəmə inzibati xətanın xarakterini, məhkəmə qərarının icra olunmamasındakı müddəti, inzibati xətanın pul borcu ilə əlaqədar olduğunu, pul məbləği ilə bağlı icra sənədini icra etməyən şəxsin yenidən cərimələnməsinin lüzumsuz olduğunu nəzərə alaraq, hesab edir ki, şəxsin törətdiyi inzibati xətanın sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh edilməklə inzibati tənbehin məqsədinə nail oluna bilməz. İXM-nin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli, törətmiş olduğu inzibati xətanın xarakteri, onun şəxsiyyətini, habelə təqsirinin dərəcəsi və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli azadlığının faktiki məhdudlaşdığı andan, yəni 01 noyabr 2024-cü il tarixdən hesablanmalıdır. Həmçinin məhkəmə inzibati xəta törətmiş şəxsin nəzərinə çatdırır ki, İXM-in 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən onu azad etmir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48, 48-51, 61, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 08 (səkkiz) gün müddətinə inzibati həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 01 noyabr 2024-cü tarixdən hesablansın. Qərarın icrası Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin İnzibati Həbs olunanların Saxlanma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Aynurə Sadıqova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar