Məhkəmə qərarları › İş №3(001)-6386/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6386/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6386/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs «R.A.X1» MMC-in nümayəndəsi X3 iştirakı ilə, Şəxs MMC, AZ1147, Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal, ev 143B, mənzil 39, VÖEN **********, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs Şəxs MMC barəsində tərtib edilmiş 25 oktyabr 2024-cü il tarixli EP seriyalı № ******* nömrəli inzibati xəta haqqında protokola əsasən, cəmiyyət 32549,29 ABŞ dolları məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən "xxxx" ASC-də olan hesabından 23 sentyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin ödənişin aparıldığı gündən 2 il müddət keçməsinə baxmayaraq 32549,29 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi iştirak etməmişdir. Məhkəmə iclasında hüquqi şəxs Şəxs MMC-in nümayəndəsi X4 izahatında bildirmişdir ki, xx.xx.2022-ci ildə Şəxs MMC, “X5” və “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” üçtərəfli vasitəçilik xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışlar. Həmin müqavilə əsasında Şəxs MMC ilə X2 fəaliyyət göstərən “X5” şirkəti arasında xx.xx.2022-ci ildə alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci ildə Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” şirkəti arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilələrə əsasən “R.A X1 MMC X5dən alaraq “SPECİAL TECHNİCAL SOLUTİONS LLC”-yə təhvil verməyi öhdəsinə götürmüşdür. Müqavilənin icrası ilə əlaqədar olaraq 23 sentyabr 2022-ci ildə nömrəsi 000008 olan invoys verilmişdir. Həmin invoysun ümumi dəyəri 71234.05 AZN (yetmiş bir min iki yüz otuz dörd manat sıfır beş qəpik) təşkil etmişdir. Həmin invoys üzrə qeyd edilən mallar “X5” şirkətindən ******* və ******* nömrəli invoysla alınmışdır. 000008 nömrəli invoys üzrə 27 sentyabr 2022-ci ildə 71234.05 manat vəsait “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” tərəfindən Şəxs MMC-yə köçürülmüşdür. 000008 nömrəli invoys üzrə qeyd edilən mallar Şəxs MMC tərəfindən ******* və ******* nömrəli invoysla 23 sentyabr 2022-ci il tarixində 32549.29.70 USD məbləğ “X5” şirkətinə köçürülmüşdür. Bu əməliyyatlar üzrə 7433.32 manat malların Rusiya Federasiyasına çatdırılması üçün logistika şirkətlərinə ödənilmişdir. 130.20 USD pul köçürmələri zamanı komissiya olaraq ödənilmişdir. 71234.05 manatın 4 % isə Şəxs MMC-nin 2849.36 manat isə əldə etdiyi gəlir olmuşdur. Həmin məbləğdəndə dövlətə mənfəət vergisi verilmişdir. Odur ki, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxsin nümayəndəsinin izahatını dinləyərək hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2022-ci il tarixli vasitəçilik xidmətlərinin göstərilməsi barədə müqavilədən görünür ki, Şəxs MMC, “X5” və “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” üçtərəfli vasitəçilik xidmətlərinin göstərilməsi barədə müqavilə bağlanmışlar. xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Şəxs MMC ilə X2 fəaliyyət göstərən “X5” şirkəti arasında xx.xx.2022-ci ildə alqı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2022-ci il tarixli alğı-satqı müqaviləsindən görünür ki, Şəxs MMC ilə Rusiya Federasiyasında fəaliyyət göstərən “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” şirkəti arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilələrə əsasən “R.A X1 MMC X5dən alaraq “SPECİAL TECHNİCAL SOLUTİONS LLC”-yə təhvil verməyi öhdəsinə götürmüşdür. 23 sentyabr 2022-ci il tarixli 00000818 nömrəli invoysdan görünür ki, həmin invoysun ümumi dəyəri 71234.05 AZN (yetmiş bir min iki yüz otuz dörd manat sıfır beş qəpik) təşkil etmişdir. Həmin invoys üzrə qeyd edilən mallar “X5” şirkətindən ******* və ******* nömrəli invoysla alınmışdır. 000008 nömrəli invoys üzrə 27 sentyabr 2022-ci ildə 71234.05 manat vəsait “SPECİAL TECHNİCAL SOLUTİONS LLC” tərəfindən Şəxs MMC-yə köçürülmüşdür. 000008 nömrəli invoys üzrə qeyd edilən mallar Şəxs MMC tərəfindən ******* və ******* nömrəli invoysla 23 sentyabr 2022-ci il tarixində 32549.29.70 USD məbləğ “X5” şirkətinə köçürülmüşdür. Beləliklə təsvir olunanlardan aydın olur ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən 23 sentyabr 2022-ci il tarixdə "xxxx" ASC-də olan hesabdan Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş 32549,29 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait əslində vasitəçilik xidməti ilə əlaqədar olmuşdur. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.2-1-ci maddəsi ilə malların respublikanın gömrük ərazisinə gətirilmədən üçüncü tərəfə təqdim edilməsi üzrə rezidentlərin və qeyri-rezidentlərin vasitəçilik fəaliyyəti ilə bağlı maliyyə köçürmələri tənzimlənmişdir. Belə ki, bu köçürmələrin məbləği vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmamalı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilə (müqavilələr) banka təqdim edilməlidir. Vasitəçilik fəaliyyəti ilə bağlı köçürmələr vasitəçinin vəsaiti hesabına avans yolu ilə həyata keçirildikdə, belə köçürmələr əlavə olaraq mal alan tərəfindən qabaqcadan ödənilmiş məbləğ həcmində vasitəçinin xeyrinə açılan geri çağırılmayan akkreditiv və (və ya) geri götürülməyən, qüvvədə olma müddəti öhdəliklərin icra müddətindən ən azı 30 (otuz) bank günü çox olan bank qarantiyası təqdim edilməklə aparılmalıdır. Göründüyü kimi, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən vəsaitin xaricə köçürülməsi ilə bağlı məsələlər sözügedən Qaydaların 4.3.1.3-cü yarımbəndi ilə tənzimləndiyi halda, kommersiya fəaliyyətində müqavilə üzrə öhdəlik vasitəçilik fəaliyyəti ilə bağlı olduqda, yəni əvvəlcədən ödənişi edənin vəsaiti hesabına və ya əvvəlcədən bank qarantiyası ilə təmin etməklə və ya geri çağrılmayan akkreditiv açmaqla vasitəçinin vəsaiti hesabına malın alınması və ölkəyə daxil edilmədən tranzit ötürülməsi ilə bağlı köçürmələr həmin Qaydaların 4.3.2-1-ci yarımbəndi ilə tənzimlənir. Vasitəçilik fəaliyyəti ilə əlaqədar köçürmələr zamanı alınan malın ölkənin gömrük ərazisinə daxil edilməsi nəzərdə tutulmadığından vasitəçinin malların ölkəyə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiqləyən sənədi) təqdim etmək öhdəliyi də mövcud olmur. İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə məsuliyyətin yaranması şəxsin malların ölkə ərazisinə idxalını təsdiqləyən gömrük bəyannaməsini (xidmətlərin göstərilməsini təsdiq edən sənədi) təqdim etmək öhdəliyini pozması ilə şərtləndirilir. Bu baxımdan şəxsin fəaliyyəti vasitəçiliklə deyil, müqavilə predmetini təşkil edən malların ölkə ərazisinə idxal edilməsi və ya xidmətlərin göstərilməsi ilə əlaqədar olmalıdır. Həmin Məcəllənin 3-cü maddəsinə müvafiq olaraq, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Odur ki, sözügedən köçürmələrin məbləğinin vasitəçinin müvəkkil bankdakı hesabına mal alan tərəfindən əvvəlcədən köçürülən məbləğdən artıq olmadığı və vasitəçilik fəaliyyətini təsdiq edən müvafiq müqavilənin banka təqdim edildiyi məhkəmə tərəfindən müəyyən edildiyindən hüquqi şəxs Şəxs MMC-in barəsində tərtib edilmiş 25 oktyabr 2024cü il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 105.1-ci maddəsinə əsasən - bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs «R.A.X1» MMC-in barəsində tərtib edilmiş 25 oktyabr 2024-cü il tarixli EP seriyalı № ******* saylı inzibati xəta haqqında protokol üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. HAKİM Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar