Məhkəmə qərarları › İş №3(001)-639/2023

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-639/2023

21.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-639/2023 21.02.2023 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Kərimova Mahirə Nəzər qızının sədrliyi, Məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, X1, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinin Dövlət X9 inspektoru, polis baş leytenantı X2 iştirakları ilə, X3 Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi rayon DYPŞ-nin xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Azərbaycan Respublikası Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-in xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ tərəfindən TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib edilmişdir. Həmin qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində cərimə edilmişdir. Verilən qərardan narazı olduğu üçün Bakı şəhəri Binəqədi rayon Məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(001)-3188/2022 saylı qərarına əsasən inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və yenidən araşdırılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-nə göndərilmişdir. Qərarın icrası 03 aya qədər gecikdirilmiş, onun təkidlərindən sonra xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərara yenidən baxılmış və qərar qüvvədə saxlanılmışdır. Əvvəlki qərarın üstündən 10 gün keçməsinə baxmayaraq məhkəmə əvvəlki qərarın tarixindən 10 gün ərzində şikayət etdiyini, məhkəmənin xx.xx.2022-ci il tarixli qərar çıxartdığını, lakin qərarın icrasının xx.xx.2023-cü il tarixdə icra olunduğunu və icra olunması barədə şöbə tərəfindən təqdim edilən sənəd əsasında müddətin bərpası ilə vəsatət vermişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs X5 ərizənin məzmununa uyğun izahat verib əlavə olaraq qeyd etmişdir ki, deyilənlərin nəzərə alınaraq inzibati tənbeh vermə haqqında qərardan şikayət vermə müddətini buraxılmamış hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Binəqədi rayon Dövlət X9 inspektoru X4 izahatında bildirmişdir ki, X5 “Toyota Prius (Hibrid)” minik markalı **-DY- *** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətaya yol verilməsi hallı üzrə xx.xx.2022-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Həmin qərar Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin qərarı ilə ləğv olunsa da sistemdə ləğv edilməmiş, yəni qeyd edilən qərarı hələ də qüvvədədir. V.Axundzadəyə üzərində xx.xx.2023-cü il tarix qeyd edilərək qərarın surəti verilmişdir. Başqa sözlə həmin iş üzrə yeni bir qərar, yəni xx.xx.2023-cü il tarixdə qərar qəbul edilməmişdir. İş materialları araşdırılarkən müəyyən edilmişdir ki, X5 Bakı şəhəri Binəqədi RPİ-nin DYPŞ-in xx.xx.2023-cü il tarixli qərardan şikayət versə də, iş materiallarından və izahatlardan məlum olur ki, şikayətin predmetini təşkil edən qərar mövcud deyildir. İXM-in 109.1 və 109.1.6-cı maddələrinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı aşağıdakı məsələlər barəsində qərardad qəbul edilir:...protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması;... Məhkəmə qeyd olunanlara əsasən hesab edir ki, X5 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109cu maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı: X5 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Mahirə Kərimova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar