Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-639/2025 28.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin 25 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolundan “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən verilmiş şikayəti işin baxılmasına hazırlanması mərhələsində nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: “X1” MMC Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin 25 dekabr 2024-cü il tarixli, MN ******* saylı protokolundan şikayətlə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət etmişdir. Şikayəti və əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edirəm ki, şikayət baxılması üçün Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (İXM) 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsinin şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 noyabr 2020-ci il tarixli Qərarında göstərilmişdir ki, qanunverici tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129.1.3-cü maddəsində dəyişikliklər edilənədək səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət həmin Məcəllənin 110.1-ci maddəsində müəyyən olunmuş qaydaya uyğun olaraq inzibati xətanın törədildiyi və yaxud barəsində qərar çıxarılmış şəxsin vəsatətinə əsasən onun yaşadığı yer üzrə verilə bilər. Hazırki halda “X1” MMC barəsində İXM-nin 192.1-ci maddəsi üzrə inzibati xəta haqqında prokolonun tərtib olunmasına əsas olmuş əməl MMC-nin fəaliyyət göstərdiyi Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr., "xxxx" Business Center-də törədildiyindən, həmçinin, şikayət verən şəxsin şikayətə onun hüquqi ünvanı üzrə baxılmasına dair vəsatəti mövcud olmadığından, şikayət baxılması üçün aidiyyəti məhkəməyə göndərilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, yuxarıda sözügedən inzibati xəta haqqında protokol da onu tərtib etmiş orqan tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov pr., "xxxx" Business Center ünvanına göndərilmişdir ki, bu hal da qeyd olunan MMC-nin həmin ünvanda fəaliyyət göstərməsinə dəlalət edir. İXM-nin 132.1.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işin hakimə aid olubolmaması inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həll edilir. İXM-nin 132.2-ci maddəsinə uyğun olaraq şikayətə və ya protestə baxılma hakimin səlahiyyətinə aid olmadıqda, şikayət və ya protest bütün materiallarla birlikdə aidiyyəti üzrə göndərilir. Yuxarıda göstərilənlərə əsaslanaraq və İXM-nin 132.2-ci maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: “X1” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X2 Xidmətinin Bakı şəhər İdarəsinin 25 dekabr 2024-cü il tarixli, MN ******* saylı protokolundan verilmiş şikayət aidiyyəti üzrə baxılması üçün iş materialları ilə birlikdə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Nəsibov
Məhkəmə qərarları › İş №3(001)-639/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-639/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver