Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6397/2024 04.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X2, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx xxxxxxx 1989-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, taksi sürücüsü işləyən, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 6-cı Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 2024-cü ilin noyabr ayının əvvəlində Bakı şəhəri Binəqədi rayonu ərazisində psixotrop maddə metamfetamini qanunsuz olaraq istehlak etmiş, bundan başqa o, xx.xx.2024-cü il tarixdə Bakı-Sumqayıt yolunda yerləşən “Rahat” marketin qarşısında idarə etdiyi “Toyota Prius” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydasını pozduğu üçün BDYPİ-in xüsusi tağımının inspektoru X4 tərəfindən dayandırılmış, yoxlama zamanı narkotik vasitənin və ya psixotrop maddənin təsiri altında olduğu şübhə doğurduğu üçün həkim müayinəsinə aparılmış, müayinəsi zamanı ondan götürülmüş sidik nümunəsində psixotrop maddə metamfetamin aşkar edilmiş, istifadəsində olan “Toyota Prius” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman saxlanc yerindəki mavi rəngli qutunun içərisindən üzərində “preqabalin” yazılan təsiredici maddənin ümumi miqdarı 1.8 qram təşkil edən 06 ədəd kapsul və qara rəngli qutunun içərisindən 02 ədəd borucuq aşkar edilərək götürülmüşdür. Bakı şəhəri Binəqədi RPİ-in 6-cı PB-in təhqiqatçısı, polis leytenantı Nicat Qasımov tərəfindən 03 noyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5 tərəfindən isə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru, polis mayoru X5 inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı-Sumqayıt yolunda Biləcəri qəsəbəsində yerləşən “Rahat” marketin qarşısında idarə etdiyi “Toyota Prius” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydasını pozduğu üçün BDYPİ-in xüsusi tağımının inspektoru X4 tərəfindən dayandırılmışdır. Onunla söhbət zamanı narkotik vasitənin və ya psixotrop maddənin təsiri altında olduğu şübhə doğurduğu üçün həkim müayinəsinə aparılmış, istifadəsində olan “Toyota Prius” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə baxış keçirilən zaman saxlanc yerindəki mavi rəngli qutunun içərisindən üzərində “preqabalin” yazılan təsiredici maddənin ümumi miqdarı 1.8 qram təşkil edən 06 ədəd kapsul və qara rəngli qutunun içərisindən 02 ədəd borucuq aşkar edilərək götürülmüşdür. Həkim müayinəsi zamanı ondan götürülmüş sidik nümunəsində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu-sual zamanı Şəxs bildirmişdir ki, 2024-cü ilin noyabr ayının əvvəlində Binəqədi rayonu ərazisində qəsəbəsində psixotrop maddə metamfetamindən istifadə etmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində cinayət işi başlanması rədd edilmiş, lakin əməlində inzibati xəta tərkibi olduğundan inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə özünü qismən təqsirli bilərək izahatında göstərmişdir ki, psixotrop maddələrdən və narkotik vasitələrdən arada istifadə edir. 2024-cü ilin noyabr ayının əvvəlində Bakı şəhəri Binəqədi rayonu ərazisində psixotrop maddə metamfetamindən istifadə etmişdir. xx.xx.2024-cü il tarixdə gecə saatlarında Bakı-Sumqayıt yolunda yerləşən “Rahat” marketin qarşısında taksi kimi idarə etdiyi “Toyota Prius” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydasını pozduğu üçün BDYPİ-in inspektoru Elmir Əmirov tərəfindən dayandırılmışdır. Yoxlama zamanı narkotik vasitənin və ya psixotrop maddənin təsiri altında olduğu şübhə doğurduğu üçün həkim müayinəsinə aparılmışdır. Həkim müayinəsi zamanı ondan götürülmüş sidik nümunəsində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu-sual zamanı bildirmişdir ki, 2024-cü ilin noyabr ayının əvvəlində Binəqədi rayonu ərazisində qəsəbəsində psixotrop maddə metamfetamindən istifadə etmişdir. Bununla belə istifadəsində olan “Toyota Prius” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman aşkar edilmiş “preqabalin” maddəsindən və 02 ədəd borucuqdan məlumatı yoxdur. Həmin kapsulların və borucuqların ona aidiyyəti yoxdur. Hesab edir ki, kapsullar və borucuqlar avtomobil ondan götürüldükdən sonra onu cinayət və ya inzbati məsuliyyətə cəlb etmək üçün polis əməkdaşları tərəfindən qəsdən qoyulmuşdur. Çünki, onunla BDYPİ-in inspektoru Elmir Əmirov arasında dayandırıldıqdan sonra gərginlik olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN BDYPİin xüsusi tağımının inspektoru X4 izahatında bildirmişdir ki, 02 noyabr 2024-cü ildə Bakı- Sumqayıt yolunda xidmət apararkən “Toyota Prius” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün qayda pozuntusuna yol verdiyini görüb “Rahat” marketin qarşısında onu dayandırmışdır. Sürücü onu görən kimi əlində olan siqaretə bənzər əşyanı aşağıya doğru saxlayaraq gizlətməyə çalışmışdır. Bu onun diqqətini cəlb etdiyindən sürücüdən əlindəkinin nə olduğunu soruşduqda sürücü qəflətən əlindəki borucuğa bənzər predmeti ağzına ataraq udmuşdur. Sürücünün narkotik vasitə və ya psixotrop maddədən istifadə etdiyini düşünmüşdür. Yoxlama zamanı müəyyən edilmişdir ki, “Toyota Prius” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən şəxs Şəxsdur. O, həmin avtomobillə taksi kimi fəaliyyət göstərir. Sürücü Şəxs həkim müayinəsinə gedəcəklərini, avtomobilin isə cərimə duracağına aparılacağını izah edərkən Şəxs onu itələyərək qaçmağa başlamış, yolun kənarındakı hasarın üzərinə çıxaraq digər yola keçmişdir. Lakin sayıqlığı nəticəsində Şəxs tutub saxlamışdır. Bundan sonra Şəxs həkim müayinəsinə aparılmış, istifadəsində olan “Toyota Prius” markalı **-EK-*** dövlət qeydiyyat nişanlı avtomobilə isə baxış keçirilən zaman saxlanc yerindəki mavi rəngli qutunun içərisindən üzərində “preqabalin” yazılan 06 ədəd kapsul və qara rəngli qutunun içərisindən 02 ədəd borucuq aşkar edilərək götürülmüşdür. Həkim müayinəsi zamanı ondan götürülmüş sidik nümunəsində psixotrop maddə metamfetamin aşkar edilmişdir. Sorğu-sual zamanı Şəxs bildirmişdir ki, 2024-cü ilin noyabr ayının əvvəlində Binəqədi rayonu ərazisində qəsəbəsində psixotrop maddə metamfetamindən istifadə etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Cinayət işi başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərardan görünür ki, fakta görə cinayət işi başlanması rədd edilmiş, Şəxs inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surəti Binəqədi rayon Polis İdarəsinin 6-cı PB-yə göndərilmişdir. Məhkəmə kimyəvi ekspertizasının xx.xx.2024-cü il tarixli 6/5115 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində: ad, soyad, imzalar..” olan zərfdə üzərində “preqabalin” yazılan təsiredici maddənin ümumi miqdarı 1.8 qram təşkil edən 06 ədəd kapsul və üzərində narkotik vasitələrə, psixotrop və güclü təsir edən maddələrə məxsus izlər olmayan 02 ədəd borucuqdur. Preqabalin “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyası”na daxildir. Ambulator X1 dair xx.xx.2024-cü il tarixli 7136 nömrəli rəydən görünür ki, müayinə zamanı Şəxs götürülmüş sidik nümunəsində metamfetamin (MET+) aşkar edilmişdir. Rəyə əsasən Şəxs Asılılıq Sindromu (Narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. MN seriyalı № ******* nömrəli xx.xx.2024-cü il tarixli İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsi ilə protokol tərtib edilmişdir. 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların Siyahı”larına əsasən metamfetamin Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş psixotrop maddədir. Eyni zamanda preqabalin “Güclü təsir edən maddələrin və onların külli miqdarının siyası”na daxildir. Azərbaycan Respublikası İXM-in 206-cı maddəsinə görə qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Məhkəmə iş üzrə toplanmış sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirliliyi özünün izahatı ilə yanaşı, Ambulator X1 dair xx.xx.2024-cü il tarixli 7136 nömrəli rəy, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş digər sübutlarla tam sübuta yetirilmiş və onun əməli düzgün olaraq İXM-in 206-cı maddəsi ilə tövsif edilmişdir. Şəxs hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri tam sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs narkotik vasitələr və psixotrop maddələr aludəçisi olduğunu nəzərə alaraq hesab edir ki, ona yalnız inzibati həbs növündə inzibati tənbeh təyin etməklə tənbehin məqsədlərinə nail olmaq olar. Məhkəmə barəsində inzibati xəta haqqında icraat aparılan şəxsə cərimə tənbehinin təyin edilməsini kifayətedici hesab etmir. Məhkəmə ona inzibati həbs təyin edilməsinə dair qənaətini həmçinin onunla əsaslandırır ki, cəmiyyətin maraqları şəxsin azadlıq hüququndan üstündür. Odur ki, Şəxs inzibati həbs növündə inzibati tənbeh təyin edilməlidir. Məhkəmə inzibati həbs növündə tənbehin həddini müəyyən edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hal müəyyən etmir. Azərbaycan Respublikası İXM-in 30.3-cü maddəsinə əsasən inzibati qaydada tutma müddəti inzibati həbs müddətinə daxil edilir. Həmçinin qeyd edilməlidir ki, Azərbaycan Respublikası İXM-in 115.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda götürülmüş əşyalar və sənədlər barədə məsələlər aşağıdakı qaydada həll olunmalıdır:..115.4.2. dövriyyədən çıxarılmış əşyalar aidiyyəti dövlət orqanlarına (qurumlarına) verilməli, yaxud məhv edilməlidir... Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Binəqədi RPİ-in saxlancına təhvil verilmiş ekspertiza tədqiqatından sonra qalıq qalmış 05 ədəd üzərində “preqabalin” yazılan kapsul və 02 ədəd borucuq məhv edilməlidir. Məhkəmə, Ambulator X1 dair xx.xx.2024-cü il tarixli 6998 saylı rəyi nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-in 37.1-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 37.1-ci maddəsinə görə inzibati həbs nəzərdə tutan inzibati xəta törətmiş, narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə inzibati həbs tənbeh növü tətbiq edilərkən məhkəmə tərəfindən onlara məcburi müalicə təyin edilir və inzibati həbs növündə inzibati tənbeh çəkilib qurtardıqdan sonra icra olunur. 37.3-cü maddəsinə görə barəsində inzibati həbs tənbeh növü tətbiq edilməklə yanaşı, tibbi yoxlama nəticəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxslər inzibati həbs tənbeh növünü çəkib qurtardıqdan sonra müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan ixtisaslaşdırılmış tibb müəssisəsində müalicə olunurlar. 37.5-ci maddəsinə görə barəsində narkomaniyadan məcburi müalicə təyin edilmiş şəxs inzibati həbs müddətinin başa çatdığı gün inzibati həbs yerinin nümayəndəsinin müşayiəti ilə məcburi müalicənin həyata keçirildiyi ixtisaslaşdırılmış tibb müəssisəsinə təhvil verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır:..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə təqsirli bilinib 15 (on beş) gün müddətə inzibati həbs edilsin. İnzibati həbsin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. İnzibati qaydada həbs edilmiş Şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Maddi sübut - Binəqədi RPİ-in saxlancına təhvil verilmiş üzərində “preqabalin” yazılan 05 ədəd kapsul və 02 ədəd borucuq məhv edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-6397/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6397/2024
04.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver