Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-640/2025 06.03.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Sadıqova Aynurə Vahid qızının sədrliyi, Bəbirov Qədir Nadir oğlunun katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Hüquq şöbəsinin nümayəndəsi X1 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X11 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X11 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixdə MN1808408 saylı qərar da qeyd edilir ki, X2 Zahir Absalam oğlunun ARƏM-nin 49-cu maddəsinin tələblərini pozmaqla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilməsi müəyyən edilmişdir. X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qərar da göstərilir ki, guya o, X6 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb etmişdir. Halbuki, işin faktiki halları budur ki, "xxxx" MMC mikro sahibkar kimi fəaliyyətini davam etdirir. Orta işçi sayı illik 7 nəfər təşkil edir. Cəmiyyətin maliyyə vəziyyəti insan resursları mütəxəssisi işə qəbul etməyə imkan vermədiyindən, cəmiyyətin insan resursları mütəxəssisi və kadr kargüzarlığı vəzifəsini direktor kimi özü aparır. X10 xx.xx.2024-cü il tarixində cəmiyyətə müraciət edərək, işsiz olduğunu, pula çox ehtiyacının olduğunu və "xxxx" MMC-də işləməyi xahiş etmişdir. Cəmiyyət tərəfindən işlərin zəif olduğu səbəbindən X7 yarı iş günü işləmək təklif edilmiş, onun tərəfindən qəbul edilmişdir. xx.xx.2024-cü il tarixində X10 tərəfindən öz əl yazması ilə işə qəbul olunması haqda ərizə yazmışdır. AR Əmək Məcəlləsinə əsasən 2024-cü ilin sentyabr ayınadək, yəni sima tətbiq olunana kimi yazılı əmək müqaviləsi əsaslı hesab edilirdi. xx.xx.2024-cü tarixində X10 ilə yazılı əmək müqaviləsi imzalanmış, elə həmin tarixdə yəni xx.xx.2024-cü ildə elektron sistemə daxil edilmişdir. Yazılı əmək müqaviləsi sistemə daxil edilən zaman mexaniki texniki səhv olaraq əmək müqaviləsinin tarixi xx.xx.2024-cü il qeyd edilmişdir. Texniki səhvin səbəbi isə ƏMAS sistemində əmək müqaviləsi yaradan zaman geri tarixə müqavilənin qəbul etməsidir. X7 xx.xx.2024-cü ildə əmək haqqı kartı sifariş verilmiş və bank yolu ilə hər ay əmək haqqı özünə məxsus karta köçürülmüşdür. Bundan başqa, aprel 2024-cü ilin əmək haqqı xx.xx.2024-cü il tarixində, may 2024-cü ilin əmək haqqı xx.xx.2024-cü il tarixində, iyun 2024-cü ilin əmək haqqı xx.xx.2024-cü ilin tarixində, iyul 2024-cü ilin əmək haqqısı xx.xx.2024-cü ilin tarixində, avqust 2024-cü ili əmək haqqısı isə xx.xx.2024-cü il tarixində əvvəlcədən X5 əmək haqqı kartına köçürülmüşdür. X10 xx.xx.2024-cü il tarixindən heç bir üzürlü səbəb göstərmədən xx.xx.2024-cü il tarixinə qədər işə gəlməyərək əmək vəzifələrini kobud şəkildə pozmuşdur. Cəmiyyət tərəfindən xx.xx.2024, xx.xx.2024, xx.xx.2024, xx.xx.2024-cü il tarixində X5 ünvanına bildiriş məktubları göndərilmişdir, buna baxmayaraq işə gəlməməsi haqda heç bir üzrlü səbəb göstərmədiyindən əmək müqaviləsinə xitam verilmişdir. Xüsusi ilə onu məhkəmənin nəzərinə çatdırmaq istərdik ki, eyni inzibati xətaya görə inzibati qərar qəbul etmiş şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən "xxxx" MMC-nə qarşı inzibati xətanın tətbiq edilməsi barədə protokol hazırlanaraq baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilmişdir. xx.xx.2025-ci il tarixdə işə baxan hakim Samir Nəsibov inzibati xəta hadisəsi olmadığından xitam verilməsi barədə 3(001)-127/2025 saylı qərar qəbul etmişdir. Məhkəmənin 06 fevral 2025-ci il tarixli iclasında iştirak edən şikayətçi X11 şikayətin məzmununa uyğun çıxış edərək, direktoru olduğu "xxxx" MMC barəsində tərtib olunmuş inzibati xəta haqqında icraata Bakı şəhəri Binəqədi rayon Məhkəməsi tərəfindən xitam verildiyini nəzərə alaraq, onun barəsində də X13 tərəfindən tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin nümayəndəsi X4 şikayətin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, X8 direktoru olduğu hüquqi şəxs "xxxx" MMC barəsində başlanılmış inzibati xəta haqqında icraata xitam verilməsinə dair Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-127/2025 saylı qərarından apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və 20000(iyirmi min) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi, İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın təqsirli olaraq törədilməsi məhkəmənin qanuni qüvvəyə minmiş qərarında sübuta yetirilmişdir. Odur ki, MMC-nin direktoru X11 barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar qüvvədə saxlanılmalıdır. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 300 (üç min) manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)-127/2025 saylı qərarından görünür ki, "xxxx" MMC barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinə uyğun olaraq tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə icraata həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 3(103)-399/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, X13 Xidmətinin Hüquq İdarəsi tərəfindən verilmiş şikayət təmin edilmiş və Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(001)- 127/2025 saylı qərarı ləğv edilmiş, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20000(iyirmi min) manat məbləğində inzibati cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında X8 şikayət ərizəsi iş materiallarına əlavə edilmiş sənədlərlə qarşılıqlı şəkildə araşdırılaraq müəyyən edildi ki, X8 direktoru olduğu "xxxx" MMC barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xx.xx.2025-ci il tarixli, 3(001)- 127/2025 saylı qərarı ilə xitam verilsə də, Bakı Apellyasiya Məhkəməsinin 3(103)- 399/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə sözügedən qərar ləğv edilmiş, "xxxx" MMC Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 20000(iyirmi min) manat məbləğində inzibati cərimə edilmişdir.. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar ilə "xxxx" MMC-nin direktoru X11 vəzifəli şəxs qismində İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, 3000 (üç min) manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi "xxxx" MMC-nin İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilmişdir. Hüquqi şəxsin məsuliyyətə cəlb olunması, həmin əməli törətməkdə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmədiyindən cəmiyyətin direktoru X11 da inzibati məsuliyyətə cəlb olunaraq cərimə edilmişdir. «Qumru-D Express” MMC-nin direktoru tərəfindən vətəndaş X10 Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələblərini pozmaqla əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin görülməsinə cəlb edilmişdir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə əsasən belə nəticəyə gəlir ki, X8 şikayətdə göstərdiyi xüsusatlar barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, sözügedən qərarın ləğv edilməsi üçün heç bir hal yoxdur. Ona görə də, məhkəmə X11 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 18.3-cü maddəsinə əsasən hüquqi şəxsin inzibati məsuliyyətə cəlb edilməsi həmin əməli törətmiş və ya onun törədilməsində hər hansı şəkildə iştirak etmiş vəzifəli şəxsin inzibati məsuliyyətini istisna etmir. İXM-in 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X11 tərəfindən verilmiş şikayət təmin edilməməli, həmin protokol əsasında qəbul edilmiş inzibati cərimənin tətbiq edilməsi barədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-in 128-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X11 tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidməti Bakı şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğvinə dair verilmiş şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynurə Sadıqova
Məhkəmə qərarları › İş №3(001)-640/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-640/2025
06.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver