Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6445/2024 06.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru polis kapitanı X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1999-cu il tarixdə Tərtər rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla faktiki olaraq Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, 44M fərdi yaşayış evində yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi tərəfindən Şəxs barəsində İXM-in 535.1-ci maddəsi ilə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru polis kapitanı X3 izahat verərək bildirmişdir ki, xx.xx.2024-cü il tarixində vətəndaş X1 müraciəti əsasında HK-1/3001 saylı məlumatla bağlı təhqiqat araşdırması zamanı zərurət yarandığı üçün hadisəni törətməkdə şübhəli bilinən Şəxs PB-yə dəvət etmək üçün yaxınlaşdıqda sərxoş vəziyyətdə olmuş və polis əməkdaşları ilə mübahisə apararaq polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qaçmağa cəhd etmişdir və polis əməkdaşları Şəxs məcburi şəkildə Binəqədi Rayon Polis İdarəsinin 6-cı polis bölməsinə gətirmişdirlər. O, hadisə yerində olmamış raport əsasında protokol tərtib etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs verdiyi izahatında bildirmişdir ki, xx.xx.2024-cü ildə Natiq Həşimi küçəsində onun əsgər yoldaşı olmuş dostu Xəqani yol nəqliyyat hadisəsi törətmişdir. Sonra isə o dostu Xəqaninin onu hadisə yerinə çağırması ilə hadisə yerinə getmişdir. Hadisə yerində mübahisə olmamış və daha sonra o evinə getmişdir. xx.xx.2024-cü il tarixində əsgər yoldaşı olmuş Xəqaninin onu çağırması üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə getmişdir. Polis bölməsindən ona çağırış vərəqəsi və ya bildiriş göndərilməmiş, o bölməyə Xəqaninin onu çağırması nəticəsində könüllü olaraq getmişdir. Orada isə əsassız şəkildə barəsində heç bir səbəb göstərilmədən inzibati xəta haqqında protokol tərtib edilmişdir. O, sərxoş vəziyyətdə olmamış və polis əməkdaşlarına hər hansı bir tabesizlik göstərməmişdir. Onun spirtli içkinin təsirində olub-olmaması ilə bağlı tibbi yoxlanışa aparılmış və nəticədə sərxoş vəziyyətdə olmadığı müəyyən olunmuşdur. İş materiallarında olan izahatdan isə xəbəri yoxdur, oxumaq qabiliyyəti yaxşı deyildir, o qeyd olunan məzmunda izahat verməmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində AR İXM-nin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 21:10-da inzibati qaydada tutulmuşdur. Məhkəmə, proses iştirakçılarının fikirlərini dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs İXM-in 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmir. Belə ki, məhkəmə tərəfindən inzibati xəta haqqında protokol, iş materialları və tərəflərin izahatları əlaqəli şəkildə tədqiq edilərək müəyyən edilmişdir ki, Şəxs polis əməkdaşlarına hər hansı tabesizlik göstərməsi öz təsdiqini tapmır. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr isə onun xeyrinə həll edilir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən inzibati xətanın törədilməsinin sübut edilməsi protokol tərtib etmiş orqanın üzərinə düşür. Şəxsin inzibati xətanın törədilməsində təqsirli bilinməsi yalnız sübutlar əsasında müəyyən edilə bilər. Lakin hazırki iş üzrə Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi mötəbər sübutlarla təsdiq olunmur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə- fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu əxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə qeyd edir ki, xx.xx.2024-cü il tarixli, MN ******* saylı protokolda Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qeyd edilsə də, protokolda onun polis əməkdaşlarının hansı qanuni tələblərinə əməl etməməsi, onun tabesizliyinin nədə ifadə olunması göstərilməmiş, məhkəməyə bunları təsdiq edəcək mötəbər sübutlar təqdim edilməmiş, inzibati xəta haqqında protokolu tərtib edən Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinin sahə inspektoru polis kapitanı X3 izahat verərək hadisəni törətməkdə şübhəli bilinən Şəxs PB-yə dəvət etmək üçün yaxınlaşdıqda sərxoş vəziyyətdə olduğunu və polis əməkdaşları ilə mübahisə apararaq polisin qanuni tələbinə qəsdən tabe olmayaraq qaçmağa cəhd etdiyini bildirmişdir. Lakin Şəxs verdiyi izahatda bildirmişdir ki, xx.xx.2024-cü il tarixində əsgər yoldaşı olmuş dostu Xəqaninin onu çağırması üzrə Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə getməsini və orada əsassız şəkildə barəsində protokol tərtib edilməsini, həmin zaman sərxoş vəziyyətdə olmadığını və polis əməkdaşlarına hər hansı bir tabesizlik göstərmədiyini bildirmişdir. Həmçinin məhkəmə iclasında Şəxs iş materiallarında olan izahatın ona aid olmadığını bildirmiş, həqiqətən də həmin izahatın imza hissəsinin boş olması, yəni sonuncu tərəfindən imzalanmaması onu dediklərinin inandırıcı olmasına dəlalət edir. Bununla yanaşı qeyd olunmalıdır ki, məhkəmə iclasında iştirak etmiş sahə inspektoru faktiki olaraq hadisənin şahidi olmamış, sadəcə raport əsasında protokol tərtib etmişdir, raportda adı qeyd olunan polis əməkdaşlarının isə izahatı alınmamışdır. Göstərilənlərə əsasən belə qənaətə gəlinir ki, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin qeyd olunan inzibati xətanı törətməsinə dair iş materiallarında heç bir mötəbər sübut mövcud deyildir. Halbuki, barəsində protokol tərtib edilmiş şəxsin hansı hərəkətləri ilə inzibati xəta törətməsi ətraflı qeyd edilməli, onun həmin inzibati xətanı törətməsi protokolu tərtib etmiş şəxs tərəfindən sübut edilməlidir. İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bununla da məhkəmə hesab edir ki, Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibatı xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İXM-in 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki, hazırkı halda Bakı şəhəri Binəqədi Rayon Polis idarəsinin 6-cı Polis Bölməsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov
Məhkəmə qərarları › İş №3(001)-6445/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6445/2024
06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver