Məhkəmə qərarları › İş №3(001)-6450/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6450/2024

06.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6450/2024 06.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1972-ci ildə Zərdab rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, sürücü işləyən, Abşeron rayonu Qobu qəsəbəsi yeni məhəllə ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə Bakı şəhəri Binəqədi RPİ-in 4-cü PŞ-dən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 05 noyabr 2024-cü ildə Binəqədi rayonu Baksol yolunda Binəqədi RPİ-in DYPŞ-in inspektoru polis serjantı X4 tərəfindən dayandırılmış, ona qayda pozuntusu barədə məlumat verilib avtomobilin duracağa aparılacağı bildirildikdə, avtomobili duracağa aparmaqdan və açarlarını təqdim etməkdən imtina etmiş, yüksək səslə qışqırıb ətrafdakı insanlarının diqqətini cəlb etməyə çalışmaqla Binəqədi RPİ-in DYPŞ-in inspektoru polis serjantı X2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd olunanlara əsasən Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in sahə inspektoru, polis mayoru X3 tərəfindən 05 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmədə inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in sahə inspektoru, polis mayoru X3 inzibati xəta haqqında protokolu müdafiə edərək protokolun məzmununa uyğun çıxış etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, 05 noyabr 2024-cü ildə Binəqədi rayonu Baksol yolunda yük avtomobili ilə hərəkətdə olarkən DYPŞ-in inspektoru tərəfindən dayandırılmışdır. İnspektor ona qayda pozuntusu barədə, yəni yük avtomobilində daha çox yük götürmək üçün resorların sayının qanunsuz olaraq artırıldığına dair məlumat vermişdir. Bu səbəbdən Binəqədi RPİ-in DYPŞ-in inspektoru avtomobilin duracağa aparılacağını demişdir. Buna görə aralarında mübahisə yaranmışdır. Polis əməkdaşına qarşı heç bir tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid qismində izahat vermiş X4 izahatında göstərmişdir ki, Binəqədi RPİ-in DYPŞ-də inspektor vəzifəsində işləyir. 05 noyabr 2024-cü ildə saat 15:30 radələrində xidmətdə olarkən Binəqədi rayonu Baksol yolunda yük avtomobilində daha çox yük götürmək üçün resorların sayının artırıldığını görüb onu dayandırmışdır. Sürücünün Şəxs olduğu müəyyən edilmişdir. Buna görə sürücüyə avtomobilin duracağa aparılacağını dedikdə, sürücü avtomobili duracağa aparmaqdan və açarlarını təqdim etməkdən imtina etmişdir. Sonra yüksək səslə qışqırıb ətrafdakı insanların diqqətini cəlb etməyə çalışmış, onun qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Binəqədi RPİ-in DYPŞ-in inspektoru X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli raportdan görünür ki, Şəxs həmin tarixdə Binəqədi rayonu Baksol yolunda Binəqədi RPİ-in DYPŞ-in inspektoru polis serjantı X4 tərəfindən dayandırılmış, ona qayda pozuntusu barədə məlumat verilib avtomobilin duracağa aparılacağı bildirildikdə, avtomobili duracağa aparmaqdan və açarlarını təqdim etməkdən imtina etmiş, yüksək səslə qışqırıb ətrafdakı insanlarının diqqətini cəlb etməyə çalışmaqla Binəqədi RPİ-in DYPŞ-in inspektoru polis serjantı X2 qanuni tələblərinə qəsdən tabe olmamışdır. İnzibati xəta haqqında 05 noyabr 2024-cü il tarixli protokollardan görünür ki, Şəxs barəsində Binəqədi rayon Polis İdarəsinin 4-cü PŞ-in sahə inspektoru, polis mayoru X3 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İnzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə saat 16:05-də inzibati qaydada tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun: 3-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında polisin təyinatı insanların həyatını, sağlamlığını, hüquq və azadlıqlarını, dövlətin, fiziki və hüquqi şəxslərin qanuni mənafelərini və mülkiyyətini hüquqa zidd əməllərdən qorumaqdan ibarətdir. 3-cü maddəsinin ikinci hissəsinin birinci yarımbəndinə əsasən ictimai qaydanı qorumaq və ictimai təhlükəsizliyi təmin etmək polisin əsas vəzifələrindən biridir. 7-ci maddəsinə əsasən polis əməkdaşı bu qanunla müəyyənləşdirilmiş səlahiyyətləri yerinə yetirərkən dövlət hakimiyyətinin nümayəndəsi kimi çıxış edir. Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Polis əməkdaşının qanuni tələblərinə tabe olmamaq, ona müqavimət göstərmək və zor işlətmək və ya onu təhqir etmək Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs istinad edilən inzibati xəta əməlinə inzibati xətalar qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, təqsirin əsası kimi məhkəmədə tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu əmələ qiymət verilməsi baxımından kifayət edir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs qeyd olunan hərəkətlərinə münasibətdə əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsiri sübuta yetirildiyinə görə inzibati məsuliyyətinə cəlb edilməli və tənbeh edilməlidir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs heç bir inzibati xəta törətmədiyi barədə izahatında göstərdiyi xüsusatları özünü müdafiə etməsi kimi qiymətləndirib rədd edir. Belə ki, onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi məhkəmə şahid qismində dindirilmiş Binəqədi RPİ-in DYPŞ-in inspektoru X2 izahatı və xx.xx.2024cü il tarixli raportda göstərilənlərlə tam təsdiq olunur. Məhkəmə Şəxs inzibati tənbeh təyin etmək məsələsini həll edərkən qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edərkən xətanın xarakteri, inzibati xəta törədən səxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 31.4-1-ci maddəsinə görə inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs ilk dəfə bu xarakterli inzibati xəta törətməsini, himayəsində 2 azyaşlı uşaqlar olmasını məsuliyyətini yüngülləşdirən hallar kimi müəyyən edir. Məhkəmə Şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən etmir. Məhkəmə Şəxs məsuliyyətini yüngülləşdirən halları və İXM-in 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq hesab edir ki, ona inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox olmayan həddə cərimə tənbehinin təyin edilməsi məqsədəmüvafiqdir. Azərbaycan Respublikası İXM-in 114.1-ci və 114.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında işə baxılarkən aşağıdakı məsələlər barəsində qərar çıxarılır: ..inzibati tənbeh vermə haqqında... Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 150 (yüz əlli) manat cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş hakim vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar