Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-646/2022 17.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X5 iclas katibliyi, Şikayətçinin vəkili X4 iştirakı ilə, X1 inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin EPQ ******* saylı, 11.12.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. X1 vəkili şikayətində tələbini onunla əsaslandırmışdır ki, X6 barəsində 1 1 dekabr 2021ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi ilə qanunsuz olaraq protokol tərtib olunub və həmin tarixdə 4000 manat məbləğində cərimə olunmağı barədə qərar qəbul olunmuşdur. O, heç bir sahibkarlıq fəqliyyəti ilə məşğul olmur. Binəqədi RPİ-nin 7-ci PB-nin sahə rəisi heç bir sübut olmadan onun barəsində yıxanda göstərilən qərarı qəbul etmişdir. 11 dekabr 2021-ci il tarixdə o, Bakı şəhərində olmadığı halda o hər hansı inzibati xətanı necə törədə bilər? Qərarı qəbul edən tərəfindən hansı yerdə Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir və kimlər orada olmuşdur. Əgər olmuşsa kimlər barəsində inzibati xəta törətməsi ilə əlaqədar tədbir görülmüşdür. Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsinin aidiyyəti məhkəmə olmasına baxmayaraq R.R.Rəhimovun 4000 manat cərimə olunmağı qeyri-qanunidir. Eləcə onun vəzifəli şəxs olmağı qənaətinə kim necə və nə əsasla gəlmişdirsə bilinmir. Onun barəsində tərtib olunan Azərbaycan Respublikası İXM-nin 211.1-ci maddəsi olan protokolun surətini yuxarıda göstərdiyi kimi, almaq üçün rəsmi sorğu ilə Binəqədi RPİ-nin 7-ci PB-ııə müraciət edib. 16 fevral 2022-ci il tarixdə qərarın surətini almışdır. Azərbaycan Respublikası 100.3-cü maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə inzibati xəta haqqında protokolun surəti verilir. Eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsində nəzərdə tutulan hüquqları kobud surətdə pozulmuşdur. Binəqədi RPİ-nin 7-ci PB-nin vəzifəli şəxsləri qanunun bu göstərişlərini yerinə yetirmək istəmir. Həmçinin şikayətçinin vəkili məhkəmə iclasında şikayətdə qeyd olunanları bir daha təsdiq edərək şikayətin təmin olunmasını xahiş etmişdir. Qərarından şikayət verilən orqan məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də, məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin EPQ ******* saylı, 11.12.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərara əsasən X9 İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinib 4000 manat cərimə edilmişdir. Həmin qərar EXP ******* saylı, 11.12.2021-ci il tarixli protokol əsasında qəbul edilmişdir. İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmçinin şikayətdə Rəhim Rəhimovun sahibkarlıq fəaliyyəti ilə məşğul olmadığı göstərilmişdir. Məhkəmə araşdırması zamanı Elektron Məhkəmə Portalından çıxarışdan görünür ki, Rəhim Rəhimov sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir (VÖEN: **********) Bununla da şikayətçi İXM-nin həmin maddəsində göstərilən inzibati xətanı törətmişdir. Həmçinin şikayətçi onun həmin maddədə göstərilən inzibati xətanı törətməməsini bildirsə də, məhkəmədə müəyyən edildi ki, o həmin maddədə göstərilən inzibati xətanı törətmişdir, bu barədə onun barəsində protokol tərtib edilmişdir. İXM-in yuxarıda qeyd edilən maddəsinə əsasən isə protokol inzibati iş üzrə sübut kimi qəbul edilir. İş materialları ilə şəxsin inzabati xəta törətməsi tam sübut olunur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir. Həmçinin həmin qərarla xəta törətmiş şəxs maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati tənbeh edilmişdir. Ona görə də inzibati tənbehin daha da yüngülləşdirilməsi və qərarın dəyişdirilməsi üçün əsaslar da yoxdur. Həmçinin İXM-nin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə İXM-nin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində İXM-nin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 137-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Binəqədi Rayon Polis İdarəsi 7-ci Polis Bölməsinin EPQ ******* saylı, 11.12.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-646/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-646/2022
17.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver