Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-647/2022 11.03.2022 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Qurbanova Aygün Arzu qızının sədrliyi, X3 iclas katibliyi, X1, İnzibati protokolu tərtib etmiş orqanın nümayəndəsi Binəqədi Rayon Polis İdarəsi 5ci Polis Bölməsinin polis sahə inspektoru, polis mayoru Nümayəndə Ramiz oğlunun iştirakı ilə, X1 Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin MN ******* saylı, 29.12.2021ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 məhkəməyə şikayətlə müraciət edərək, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin MN ******* saylı, 29.12.2021-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət olunla əsaslandırılmışdır ki, ailə-məişət zəminində söz-söhbətə görə Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin MN ******* saylı, 29.12.2021-ci il tarixli inzibati xəta haqqında qərarına əsasən əsassız olaraq 300 manat cərimə olunmuşdur. Onun heç bir günahı yoxdur. Həmçinin heç bir yerdə işləmir. X2 məhkəmə iclasında iştirak edərək şikayətin məzmununa uyğun izahat vermiş və şikayətin təmin edilməsini xahiş etmişdir. Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin nümayəndəsi məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin MN ******* saylı, 29.12.2021-ci il tarixli inzibati xəta haqqında qərarı əsaslı olaraq qəbul edilmişdir. Ailə-məişət zəmində gəlin və baldız arasında mübahisə yaranmış və hər ikisi barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Həmçinin o, bildirmişdir ki, Məmmədova Gülnar və gəlinləri arasında uzun müddətdir ki bu cür mübahisələr mövcuddur. Məhkəmə tərəfləri dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməməlidir. Belə ki, Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin MN ******* saylı, 29.12.2021-ci il tarixli qərarına əsasən X5 Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinərək 300 manat cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsi inzibati xətalar haqqında işlər üzrə icraata başlanılmaması və başlanmış icraata xitam verilməsinin əsaslarını müəyyən edir. Belə ki, 53.1.1. inzibati xəta hadisəsi olmadıqda; 53.1.2. inzibati xəta tərkibi olmadıqda; 53.1.3. şəxs son zərurət vəziyyətində hərəkət etdikdə; 53.1.4. şəxs zəruri müdafiə vəziyyətində hərəkət etdikdə; 53.1.5. inzibati məsuliyyət müəyyən edən normativ hüquqi akt ləğv olunduqda; 53.1.6. bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda; 53.1.7. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda; 53.1.8. barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öldükdə; 53.1.9. Bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda; 53.1.10. bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda 53.1.11. bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş xəta haqqında elektron qərar real vaxt rejimində tərtib olunmadıqa inzibati xətalar haqqında işlər müzrə icraata başlanıla bilməx və başlanılmış icraata xitam verilməlidir. 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmçinin İXM-nin 135-ci maddəsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasları müəyyən edir. Belə ki, 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.5-1. bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. İXM-nin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi X5 tərəfindən inzibati xəta hadisəsi törədilmiş və əsaslı olaraq barəsində inzibati xəta haqqıda qərar qəbul edilmişdir. İnzibati xəta hadisəsinin mövcudluğu məhkəmə araşdırması zamanı iş materialları ilə öz təsdiqini tapmışdır. Məhkəmə xüsusi olaraq qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri ictimai mənəviyyatı, ictimai qaydanı və ictimai təhlükəsizliyi, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İstər fiziki və hüquqi şəxslər, istərsə də inzibati orqanlar tərəfindən inzibati xətaların qarşısının alınması istiqamətində bütün tədbirlər həyata keçirilməli və heç biri qanunun onlara verdiyi imkanlardan sui-istifadə etməməlidir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: X1 Binəqədi Rayon Polis İdarəsi 5-ci Polis Bölməsinin MN ******* saylı, 29.12.2021ci il tarixli inzibati qərarının ləğv edilməsi və icraata xitam verilməsi barədə şikayəti təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Aygün Qurbanova
Məhkəmə qərarları › İş №3(001)-647/2022
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-647/2022
11.03.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver