Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-648/2025 25.02.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi ilə, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 483-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol əsasında toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən Şəxs barəsində İXM-in 483-cü maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən QAFQAZNET” MMC ilə "xxxx" LLC şirkəti arasında bağlanan xx.xx.2024-cü il tarixli 17-11 saylı müqaviləyə əsasən, ümumi gömrük dəyəri 9404,40 manat (invoys dəyəri 5532 ABŞ dolları) olan 6 ədəd “Hesablayıcı maşınlar” adlı yük xx.xx.2024-cü il tarixli **********8520 sorğu nömrəli gömrük bəyannaməsi, xx.xx.2024-cü il tarixli 17-09 saylı müqaviləyə əsasən isə, ümumi gömrük dəyəri 1938 manat (invoys dəyəri 1140 ABŞ dolları) olan 4 ədəd “Hesablayıcı maşınına qoşulma imkanı olan printerlər” adlı yük xx.xx.2024-cü il tarixli **********385 əsasında ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş, 180 (yüz səksən) gün ərzində ixrac edilən ümumilikdə 6672 ABŞ dolları olan mallara dair vəsait onların müvəkkil bankdakı hesabına köçürülməmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxsnə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinə inzibati xəta haqqında işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilmiş, lakin proses iştirakçıları məhkəməyə gəlməmiş və məhkəməyə işə baxılmanın təxirə salınması haqqında vəsatət verilməmişdir. Məhkəmə qanunvericiliyin tələblərini rəhbər tutaraq, proses iştirakçılarının iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, 17-09 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə Şəxs MMC arasında alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli, **********3385 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, dəyəri 1140 ABŞ dolları olan mallar ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. xx.xx.2024-cü il tarixli, 17-11 nömrəli müqavilədən görünür ki, "xxxx" MMC ilə Şəxs MMC arasında alğı-satqı müqaviləsi bağlanmışdır. xx.xx.2024-cü il tarixli, **********8520 sorğu nömrəli gömrük bəyannaməsindən görünür ki, dəyəri 5532 ABŞ dolları olan mallar ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmişdir. xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs (VÖEN: **********) tərəfindən xx.xx.2024-cü ıl tarixli **********8520 və xx.xx.2024-cü il tarixli **********85 nömrəli gömrük bəyannaməsi əsasında konsiqnasiya yolu ilə ixrac olunmuş malların müqabilində əldə olunan vəsaitin müvəkkil banka köçürülüb-köçürülməməsinin müəyyənləşdirilməsindən ötrü Vahid Avtomatlaşdırılmış idarəetmə Sistemi informasiya resursuna baxış keçirilmiş və baxış zamanı Şəxs tərəfindən ixrac olunan malların müqabilində xarici valyuta vəsaiti müvəkkil bankdakı hesaba köçürülmədiyi müəyyən edilmişdir. Şəxs "xxxx" ASC-də açılmış hesabından çıxarışdan görünür ki, "xxxx" MMC tərəfindən müvafiq bank hesabına xx.xx.2024-cü il tarixdə 4105 ABŞ dolları, xx.xx.2024-cü il tarixdə 5532 ABŞ dolları və xx.xx.2024-cü il tarixdə 1105 ABŞ dolları pul köçürülmüşdür. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, Şəxs əməlində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, Şəxs MMC ilə "xxxx" MMC arasında xx.xx.2024-cü il tarixli, 17-09 nömrəli və xx.xx.2024-cü il tarixli, 17-11 nömrəli müqavilələr bağlanmışdır. Həmin müqavilələrə əsasən ümumi gömrük dəyəri 6672 ABŞ dolları olan mallar xx.xx.2024-cü il tarixli, **********3385 sorğu nömrəli və xx.xx.2024-cü il tarixli, **********8520 sorğu nömrəli gömrük bəyannamələri əsasında ixrac gömrük proseduru altında Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilmiş, həmin malların dəyəri "xxxx" MMC tərəfindən Şəxs MMC-nin "AFB Bank” ASC-də açılmış bank hesabına köçürülmüşdür. İXM-in 483-cü maddəsinə əsasən xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının müvəkkil olunmuş banklarının hesablarına məcburi qaydada köçürülməli olan az miqdarda xarici valyuta vəsaitlərinin xaricdən qaytarılmamasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Göründüyü kimi, belə olan halda Şəxs əməlində İXM-in 483-cü maddəsinin tərkib əlamətlərinin olmasına dair müddəalar öz təsdiqini tapmır. Qeyd olunanlara əsasən məhkəmə, Şəxs əməlində İXM-in 483-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibinin olmaması səbəbi ilə onun barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilməsi qənaətinə gəlmişdir. İXM-in 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. İXM-in 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. İXM-in 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda məhkəmə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində İXM-in 483cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2025-ci il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokola dair Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 483-cü maddəsinin tərkib əlamətləri olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Vüsal Tağıyev
Məhkəmə qərarları › İş №3(001)-648/2025
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-648/2025
25.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver