Məhkəmə qərarları › İş №3(001)-6480/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6480/2024

18.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6480/2024 18.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Nümayəndə1, zərər çəkmiş şəxs X9 nümayəndəsi X2 iştirakları ilə, xx.xx.1968-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində çalışan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Məhkəmənin icraatına vəzifəli şəxs Şəxs İXM-nin 528.1-cı maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Binəqədi rayon İcra Şöbəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol üzrə toplanmış material daxil olmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru Nümayəndə1 izahat verərək bildirmişdir ki, xx.xx.2021-ci il tarixli Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı icra vərəqəsinə əsasən təqribən 1 milyon 800 min manatdan artıq pul məbləği zərərçəkmiş şəxslərə ödənilməlidir. xx.xx.2023-cü il tarixində Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı icra vərəqəsi Bakı Şəhər Binəqədi rayon İcra şöbəsinin icraatına daxil olmuş və həmin icra vərəqəsinə əsasən icraata başlanılmışdır. İcra sənədinə əsasən yaranmış borc məbləğinin təqribən 1 milyon 250 min manat məbləğinin zərərçəkmiş şəxslərə ödənilməsi təmin edilmişdir. Qalıq 602912.48 manat borcun ödənilməsi ilə bağlı iş üzrə borclu hüquqi şəxs "xxxx" MMC-nin əmlak vəziyyətinin yoxlanılması ilə bağlı müvafiq icra hərəkətləri aparılmış və nəticədə "xxxx" MMC-nin mülkiyyətində "ROLLS ROYCE GHOST" markalı, ** AF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi aşkar edilmişdir. Bakı Şəhər Binəqədi rayon İcra şöbəsinin verdiyi təqdimata əsasən Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(001)-144/2024 saylı qərardadı ilə "xxxx" MMC-nin mülkiyyətində olan "ROLLS ROYCE GHOST" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Bu qərardada əsasən avtomobilin axtarışı elan edilmişdir. Axtarışdan bir müddət keçdikdən sonra qeyd olunan avtomobil saxlanılmış və Yasamal rayonu ərazisində yerləşən duracağa yerləşdirilmişdir. Lakin daha sonra Bakı Baş Polis İdarəsinin Dövlət Yol Polisinin vəzifəli şəxsi tərəfindən həmin avtomobil qanunsuz olaraq buraxılmışdır. Bu məsələ ilə bağlı Bakı Şəhər Binəqədi rayon İcra şöbəsi tərəfindən və zərərçəkmiş şəxslər tərəfindən müvafiq dövlət orqanlarına ərizə və şikayətlər edilmişdir. Qeyd edilən avtomobilin axtarışı davam etməkdədir. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-184/2021 saylı hökmü üzrə verilmiş icra sənədinin tam icra edilməməsinə və icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və icra məmurunun məhkəmə və başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə borclu hüquqi şəxsin rəhbəri Şəxs barəsində İXM-nin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunaraq məhkəməyə təqdim edilmişdir. Şəxs izahatı alınarkən o rəhbəri olduğu cəmiyyətin balansında olan üzərinə həbs qoyulmuş "ROLLS ROYCE GHOST" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobili təqdim etməkdən müxtəlif bəhanələrlə yayınmışdır. Belə ki, o nəqliyyat vasitəsinin nasaz olduğunu, harda ollduğunu bilmədiyini göstərsə də, həmin nəqliyyat vasitəsinin Bakı şəhərində idarə olduğu zərəçəkmiş şəxs tərəfindən qeydə alınmış videogörüntülərlə təsdiq edilir. Lakin Şəxs müxtəlif bəhanələr gətirrərək həmin nəqliyyat vasitəsini təqdim etməkdən yayınmışdır. Qeyd edilən nəqliyyat vasitəsinin kifayət qədər bahalı olmasını nəzərə alaraq, icra sənədi üzrə tələbkarlara ödənilməli vəsaitin böyük hissəsini ödəmək mümkündür. Qeyd edilənləri nəzərə alaraq "xxxx" MMC-nin rəhbəri Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X9 nümayəndəsi X5 verdiyi izahatda bildirmişdir ki, "xxxx" MMCnin rəhbəri Şəxs bildirir ki, "xxxx" MMC-nin mülkiyyətində olan "ROLLS ROYCE GHOST" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobil texniki nasazlıq səbəbi ilə idarə olunmur və qaraj şəraitində qapalı vəziyyətdə saxlanılır. Lakin həqiqətdə isə həmin avtomobil MMC-nin təsisçisi tərəfindən idarə olunur. İcra məmurunun qeyd etdiyi etibarnamələrdə bu özünü göstərir. Sonrakı günlərdə avtomobil paytaxtın Nəsimi rayonu, Bülbül prospektində hərəkətdə olarkən görülmüş və DYP əməkdaşlarına xəbər verilmişdir. Daha sonra isə avtomobil yenidən Bakı şəhərində işlək vəziyyətdə hərəkət edərkən görülmüş və polis əməkdaşlarına və DİN-in qaynar xəttinə məlumat verilmiş, lakin məsələ baxılmamış olaraq saxlanılmışdır. Avtomobil növbəti günlərdə zərərçəkmiş şəxslərin və polis əməkdaşlarının iştirakı ilə cərimə meydançasına yerləşdirilmişdir. Lakin BDYPİ-nin vəzifəli şəxsi tərəfindən qanunsuz olaraq buraxılış verilmiş, əsas kimi isə məhkəmənin qərardadında cərimə meydançasında yerləşdirilmə nəzərədə tutulmamasını və burada alqı-satqının qadağan olunması faktının qeyd edildiyini göstərmişdir. Lakin məhkəmə qərardadında alqı-satqının qadağan edilməsi deyil, avtomobilin üzərinə həbs qoyulması göstərilmişdir. Qərardadda avtomobilin üzərinə həbs qoyulması göstərildiyindən bu avtomobilin alqı satqısının qadağan edilməsi ilə yanaşı, ondan istifadə edilməsinin də qadağan olunmasını ehtiva edir. İcra məmuru tərəfindən yenidən qərar çıxarılmasına baxmayaraq BDYPİ yazışmalarında nəqliyyat vasitəsi şəhərdə hərəkətdə olmasını təsdiq etmiş və bu barədə lazımi tədbirlərin görüləcəyini bildirmişdir. Lakin növbəti dəfə göndərdikləri məktubda göstərilir ki, icra məmurunun deyil, məhkəmənin nəqliyyat vasitəsinin duracağa yerləşdirilməsi ilə bağlı qərarının əsaslı olacağını bildirmişdilər. Bu barədə zərərçəkmiş şəxslər tərəfindən müvafiq dövlət orqanlarına şikayətlər verilmişdir. Həmin nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu Bülnbül prospektində idarə olunmasını, bunula bağlı polisin 102 qaynar xəttinə müraciət edilməsini əks etdirən videogörüntünü məhkəməyə təqdim edərək "xxxx" MMC-nin rəhbəri Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmış barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsn məhkəmə iclasına gəlməmiş, eyni zamanda iclasın təxirə salınması barədə hər hansı müraciəti olmadığından məhkəmə iclasın onun iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-184/2021 saylı icra vərəqəsindən görünür ki, həmin icra sənədi Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-184/2021-ci il saylı hökmünə əsasən verilmiş, həmin hökm xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş, xx.xx.2023-cü il tarixdə həmin icra vərəqəsi verilmiş, həmin icra sənədinə əsasən təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X6 və X7 və "xxxx" MMC-dən müştərək qaydada 391 891 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X10, 389 974 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X12, 135 800 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X3, 193 465 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X14, 193 909 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X1, 324 866 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X8, 115 083 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X13, , 107 804.48 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X4 ödənilməlidir. xx.xx.2023-cü il tarixli “İcraata başlamaq haqqında” qərardan görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(001)-184/2021 saylı icra vərəqəsinə əsasən icraata başlanmışdır. Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 8(001)-144/2024 saylı qərardadına əsasən "xxxx" MMC-nin mülkiyyətində olan "ROLLS ROYCE GHOST" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Həmin qərarda xx.xx.2024-cü il tarixli “Borcluya məxsus əmlakın axtarılması barədə” qərardan görünür ki, "ROLLS ROYCE GHOST" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin axtarışının həyata keçirilməsi barədə qərar qəbul olunmuşdur. Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə Vəkil xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının xx.xx.2024-cü il tarixdən sonrakı tarixə təxirə salınmasını xahiş etmiş, ərizəyə xx.xx.2024-cü il tarixli Şəxs hüquqlarının Binəqədi Rayon Məhkəməsində müdafiə edilməsinə dair xx.xx.2024-cü il tarixli elektron vəkil orderi, Şəxs barəsində İXM-nin 528-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.2-ci maddəsinə əsasən xitam verilməsinə dair vəsatəti, habelə Bakı İnzibati Məhkəməsində baxılan işlə əlaqədar digər sənədləri təqdim edilmişdir. Elektron Məhkəmə İnformasiya sistemi vasitəsi ilə Vəkil xx.xx.2024-cü il tarixdə elektron ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2024-cü il, saat 15:15-ə təyin edilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməyəcəyini, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X9 nümayəndəsi X5 tərəfindən məhkəmə təqdim edilmiş 31 saniyədən ibarət videogörüntüdən müəyyən olunur ki, videogörüntünün qeydə alındığı avtonəqliyyat vasitəsinin önündə "ROLLS ROYCE GHOST" markalı ** AF *** dövlət qeydiyyat nianlı nəqliyyat vasitəsi hərəkətdədir və 102 qaynar xəttinə müraciət etmiş şəxs avtomobilin üzərində həbs qərardadının olmasını, bununla bağlı 10 dəfədən çox müraciət etdiyini, müraciətinin qeydə alınmadığını bildirilərək bununla bağlı tədbir görülməsini xahiş edir, buna cavab olaraq bir xanım tərəfindən ona müraciətin təkrar qeydə alınaraq aidiyyatı üzrə göndəriləcəyi bildirilir. Həmin görüntüdən o da müəyyən edilir ki, qeyd edilən nəqliyyat vasitəsi yolda xidmət aparan DYP-nə məxsus patrul maşının yanından ötüb keçsə də bunula bağlı hər hansı tədbir görülmür. Məhkəmə, proses iştirakçılarını dinləyib, habelə inzibati xəta haqqında işin materiallarını nəzərdən keçirərək hesab edir ki, Şəxs barəsində İXM-in 528.1-ci maddəsi ilə olan inzibati protokol əsaslı olaraq tərtib edilmişdir. Belə ki, İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Göründüyü kimi qanunverici tərəfindən İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması üçün 2 müxtəlif hal müəyyən edilmişdir. 1. icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsi; 2. icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsi. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru vəzifəsində çalışmaqdadır. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-184/2021-ci il saylı hökm xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş, xx.xx.2023-cü il tarixdə həmin hökm üzrə verilmiş icra sənədinə əsasən təqsirləndirilən şəxslər (mülki cavabdehlər) X6 və X7 və "xxxx" MMC-dən müştərək qaydada 391 891 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X10, 389 974 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X12, 135 800 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X3, 193 465 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X14, 193 909 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X1, 324 866 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X8, 115 083 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X13, , 107 804.48 manat dəyərində maddi ziyan və 15 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs (mülki iddiaçı) X4 ödənilməlidir. Həmin icra sənədi üzrə hazırkı tarixə 602912,48 manat ödənilməmiş vəsait qalmışdır. Həmin vəsaitin ödənilməsi üçün "xxxx" MMC-nin mülkiyyətində olan "ROLLS ROYCE GHOST" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardaı ilə həbs qoyulmuş, icra məmuru tərəindən xx.xx.2024-cü il tarixdə icra sənədinin məcburi icrasını təmin etmək məqsədi ilə həmin nəqliyyat vasitəsinin axtarılması qərara alınmışdır. Lakin cəmiyyətin direktoru Şəxs həmin nəqliyyat vasitəsini məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün təqdim etməmiş, həmin nəqliyyat vasitəsinin nasaz olduğunu, idarə edilmədiyini, bağlı şəraitdə qarajda saxlanıldığını qeyd edərək həmin nəqliyyat vasitəsini təqdim etməmişdir. Eyni zamanda məhkəməyə təqdim edilmiş videogörüntü ilə həmin nəqliyyat vasitəsinin nasaz olmadığı, Bakı şəhərində idarə olunduğu, həmin nəqliyyat vasitəsinin üzərində həbs olması, onun duracağa yerləşdirilməsi barədə 102 qanar xəttinə məlumat verilməsi müəyyən edilmişdir. Həmin icra sənədi üzrə öhdəliyin yerinə yetirilməsini təmin etmək cəmiyyətin hazırki direktoru Şəxs vəzifəsidir. Lakin hazırki icra sənədi üzrə onun direktoru olduğu cəmiyyətin mülkiyətində olan, üzərinə həbs qoyulmuş ROLLS ROYCE GHOST" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobili təqdim etməkdən yayınması müəyyən edilir. Direktor izahatında avtomobilin texniki nasazlıq səbəbi ilə qapalı yerdə saxlanmasını bildirsə də həmin nəqliyyat vasitəsinin idarə olunması özü təsdiqini tapmışdır. Məhkəmə qeyd edir ki, həmin nəqliyyat vasitəsi nasaz olsa belə icra şöbəsinə təqdim edilməlidir. Belə olan halda, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin mülkiyyətində olan "ROLLS ROYCE GHOST" markalı ** AF *** dövlət qeydiyyat nişanlı avtomobili icra şöbəsinə təqdim etməməklə cəmiyyətin direktoru Şəxs icra məmurunun məhkəmə icra sənədinin icrası ilə əlaqədar qanuni tələblərini yerinə yetirməmiş, bununla da İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə Vəkil elektron qaydada təqdim etdiyi iş üzrə icraata xitam verilməsi barədə ərizəyə və ərizəyə əlavə edilmiş sənədlərə münasibətdə qeyd edir ki, həmin ərizəyə elektron order təqdim edilsə də, Şəxs təmsil edilməsinə dair notarial qaydada təsdiq edilmiş etibarnamə əlavə etməmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, hazırkı protokol Şəxs barəsində ona görə tərtib edilmişdir ki, o Binəqədi Rayon Məhkəməsinin Binəqədi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 1(001)-184/2021-ci il saylı hökmünə əsasən (həmin hökm xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmişdir) xx.xx.2023-cü il tarixdə verilmiş icra vərəqəsi üzrə zərəçəkmiş şəxslərə (mülki iddiaçılara) ödənilməli 602912,48 manat vəsaiti ödəməməsi ilə bağlıdır. Lakin Vəkil tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, Bakı İnzibati Məhkəməsində vergi orqanı tərəfindən hesablanmış vergilərin qanusuz olması, 1021202,72 manat məbləğində vergi borcunun şəxsi hesab vərəqəsindən silinməsi, eyni zamanda həmin borca görə cəmiyyətin əmlakının siyahıya alınması mübahisələndirilməkdədir. Göründüyü kimi, Bakı İnzibati Məhkəməsində olan məhkəmə mübahisəsinin hazırkı iş üzrə icra sənədinə heç bir aidiyyatı olmadığından hazırkı iş üzrə icraata xitam verilməsinə də heç bir əsas yoxdur. Qeyd edilməlidir ki, İXM-nin tələblərinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İXM-in 4-cü maddəsinə əsasən bu məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. İXM-in 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İXM-in 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunun ictimai münasibətlərə qəsd edən, hüquqa zidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. İXM-in 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İXM-in 31.1-ci maddəsinə əsəsən inzibati xətaya görə tənbeh İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tətbiq edilir. İXM-in 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə işdə Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Qeyd olunanlara əsəsən məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və vəzifəli şəxs olaraq həmin maddənin sanksiyasında nəzərdə tutulmuş həddə inzibati cərimə edilməli, inzibati cərimə tənbeh tədbirinin məbləği müəyyən edilən zaman Şəxs şəxsiyyəti, törətmiş olduğu inzibati xətanın xarakteri və inzibati tənbehin məqsədlərinə nail olunması kimi hallar nəzərə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 40, 43, 48, 48-51, 73, 114, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2500 (iki min beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar