Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6484/2024 04.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, «Körpü-Bina Tikinti” MMC-nın iş ustası Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 198.3-cü maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol üzrə toplanmış materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: AR ƏƏSMN yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən «Körpü-Bina Tikinti” MMC-nın iş ustası Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM-nin) 198.3-cü maddəsinə əsasən inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol tərtib olunmuş, baxılması üçün Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə təqdim edilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, «Körpü-Bina Tikinti” MMC-də fəhlə işləyən Şahid Buğdət oğlunun xx.xx.2024-cü il tarixdə iş vaxtı xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə üzrə texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş cəmiyyətin iş ustası Şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına az ağır zərər vurulması nəticəsində Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. 28 noyabr 2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə1 izahatında "xxxx" MMC tərəfindən aparılan bina tikintisi zamanı fəhlə kimi işlərin görülməsinə cəlb edilmiş Şahid Buğdət oğlunun xəsarət alması ilə əlaqədar aşarşdırma aparıldığını, araşdırmanın nəticəsində təhqiqat aktı tərtib edildiyini, aktın tərtib edilməsində müəssisənin nümayəndəsinin də iştirak etdiyini, şahidlərin izahatının alındığını, Şahid Buğdət oğlunun xəsarət almasında Şəxs təqsirli olması sübuta yetirildiyi üçün bu barədə inzibati tənbeh vermə haqqında protokol tərtib olunaraq baxılması üçün aidiyyatı üzrə Binəqədi Rayon Məhkəməsinə göndərildiyini bildimişdir. Ona verilmiş suallara cavab olaraq Şahid Buğdət oğlunun az ağır xəsarət aldığını, xəsatətin dərəcəsinin Binəqədi Rayon Prokuroluğunda aparılan aşadırma ilə əlaqadar prokurluq tərəfindən təyin edilmiş qərar əsasında verilmiş ekspert rəyi ilə müəyyən olunduğunu, prokuroluq tərəfindən cinayət işinin rədd edilməsi barədə qərar qəbul edilərək onlara material göndərildiyini, prokurorluq tərəfindən əmək mühafizə qaydalarına riayət edilməsi ilə bağlı keçirilmiş ekspertiza rəyini əldə etmədiklərini, cinayət işinin rədd edilməsi barədə qərarın da hazırda onda olmadığını, tərtib edilmiş təhqiqat aktının 4.3 və 4.4-cü bəndləri ilə Şəxs nəzarəsizliyinin, X3 isə cavabdehliyinin müəyyən edildiyini, X6 barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib-göndərilməsindən məlumatsız olduğunu qeyd edərək həmin halları dəqiqləşdiriərək məlumat verməyi üçün məhkəmə iclasını təxirə salınmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs "xxxx" MMC-də usta işlədiyini, Şahid Buğdət oğlunun ehtiyatsızlıqdan yıxıldığını, onun yıxılmasında heç bir məsuliyyətinin olmadığını, Şahid Buğdət oğlunun xəsarət alması ilə əlaqədar Binəqədi Rayon Prokurorluğunda araşdırılma aparılaraq cinayət işinin başlanmasının rədd edildiyini, Şahid Buğdət oğlunun xəsarət almasında X6 cavabdeh olduğundan onun barəsində cərimə tətbiq edildiyini, Şahid göstərişlərin onun tərəfindən verilmədiyini və onun iş rəhbəri olmadığını bildirərək barəsində əsassız başlanmış icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. 04 dekabr 2024-cü il tarixli məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsinin nümayəndəsi Nümayəndə2 izahatında Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Ona verilmiş suallara cavab olaraq keçən məhkəmə iclasında xidmətin nümayəndəsi Nümayəndə1 tərəfindən ona hər hansı məlumatın məhkəməyə təqdim edilməsi barədə hər hansı söz demədiyini, X6 barəsində xidmət tərəfindən hər hər hansı tədbir görülüb-görülməməsindən, prokuroluğun qəbul etdiyi qərardan məlumatı olmadığını bildirmişdir. 04 dekabr 2024-cü il tarixli məhkəmə iclasında iştirak edən Şahid Buğdət oğlu izahatında göstərmişdir ki, "xxxx" MMC tərəfindən ünvan 1 ünvanında yaşayış binalarının tikintisində usta işlədiyini, işə qəbul olarkən əməyin mühafizəsi və texniki təhülkəsizlik qaydaları ilə təlimatlandırıldığını, kaska, kəmər və digər qoruyucu vasitələrlə təmin edildiyini, xx.xx.2024-cü il tarixdə saat 08 radələrində işə gəldiyini, öz səhlənkarlığı nəticəsində yıxılaraq xəsarət aldığını, vurulmuş nəzarət lentinə fikir vermədiyini, hadisə vaxtı Şəxs orda olmadığını və Şəxs tərəfindən ona hər hansı işin görülməsi ilə bağlı göstəriş verilmədiyini, Şəxs qarşı hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. «Körpü-Bina Tikinti” MMC-nin fəhləsi Şahid Buğdət oğlunun xx.xx.2024-cü il tarixdə, saat 08:40 radələrində xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisənin təhqiqat aktının, 6-cı bəndindən, yəni “Əməyin mühafizə üzrə qanunvericlik aktlarının və qaydalarının pozulmasına yol vermiş şəxslər haqqında komissiyanın rəyindən görünür ki, Komissiya bədbəxt hadisənin baş verməsində təhqiqat aktının 4.5-ci bəndinə əsasən «Körpü-Bina Tikinti” MMC-nin fəhləsi Şahid Buğdət oğlunun cavabdehliyini, 4.1 və 4.2-ci bəndinə əsasən «Körpü-Bina Tikinti” MMC-nin iş ustası Şəxs nəzarətsizliyini, 4.3 və 4.4-cü bəndlərinə əsasən iş icraçısı X3 cavabdehliyini müəyyən etmişdir. Şahid Buğdət oğlunun xəsarət alması ilə nəticələnmiş bədbəxt hadisə istehsalatla əlaqəli deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2000-ci il tarixli 27 nömrəli Qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması Qaydaları”nln 1.4-cü bəndinə əsasən (şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən) Şahid ilə baş vermmiş hadisə istehsalatda baş vermiş bədbaxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 xx.xx.2024-cü il tarixli 1542 nömrəli nömrəli ekspert rəyindən görünür ki, Şahid bədənində aşkar olunmuş xəsarətlər - İ-İİİ döş fəqərələrinin sınıqları, iki tərəfli kürək sümüklərinin yerdəyişən sınıqları, sağ əlin arxa səthinin sıyrıqları, döş qəfəsinin sağ-yan səthinin qançırı bərk küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün “West Hospital” klinikasına müraciət etdiyi xx.xx.2024-cü il saat 08:28- dən bir qədər əvvəl əmələ gələ bilərdilər və ümumilikdə dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aiddirlər. Vət. Şahid bədənində aşkar olunmuş xəsarətlərin xarakterini və lokalizasiyalamı nəzərə alaraq demək olar ki, həmin xəsarətlər qərarda göstərilən tarixdə və şəraitdə, yəni xx.xx.2024-cü il tarixdə hündürlükdən yıxılaraq yerin bərk səthinə və bərk küt əşyalara dəyməsi nəticəsində əmələ gələ bilərdilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 avqust 2024-cü il tarixli 3-16-16/2-10/5734 saylı “Əmək təhlükəsizliyinin tədqiqi” ekspertizası rəyindən görünür ki, həmin ekspertiza Binəqədi rayon prokurorluğunun müstəntiqi Rəşad Gülməmmədli tərəfindən 15 iyul 2024-cü il tarixli qərarla 316C-24 saylı material üzrə təyin edilərək ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur.
1. Şahid Buğdət oğlunun xəsarət alması ilə nəticələnən hadisənin texniki səbəbi nədir?
2. Şahid Buğdət oğlunun xəsarət alması ilə nəticələnən hadisə zamanı kim tərəfindən hansı normativ aktların, əməyin mühafizəsi və təhlükəsizlik texnikasının hansı qaydaları pozulmuşdur? Əgər pozulmuşdursa nədən ibarətdir və baş vermiş hadisə ilə səbəbli əlaqəsi vardırmı?
3. Baş vermiş hadisə ilə əlaqədar müəssisədə əməyin mühafizəsi və təhlükəsizliktexnikası qaydaları və təlimatın hansı bəndləri kim (kimlər) tərəfindən pozulmuşdur? Qoyulmuş suallara cavab olaraq ekspert rəyinin nəticə hissəsində göstərilmişdir ki, Binəqədi rayonu, Cəfər Xandan küçəsi 230 ünvanında yerləşən tikilməkdə olan binanın daimi təsirli təhlükəli istehsalat zonasına aid olan yer səthindən 11.3 hündürlükdə yerləşən eyvanın kənarlarının hasarlanması, xəbərdaredici və göstəriş verən plakatların (nişanların) asılması təmin edilmədiyinə görə, baş vermiş hadisə ilə əlaqədar «Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları»nın 3.2.1 bəndinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4"nda olan «İş icraçısının əmək funksiyası»nın tələblərinə əsaslanaraq, Binəqədi rayonu, Cəfər Xandan küçəsi 230 ünvanında yerləşən tikilməkdə olan binada əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun iş şəraitinin yaradılmasını, konkret halda daimi təsirli təhlükəli istehsalat zonasına aid olan yer səthindən 11.3 hündürlükdə yerləşən eyvanın kənarlarının hasarlanmaması, xəbərdaredici və göstəriş verən plakatların asılmasının təmin edilmədiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları”nın 3.2.1 bəndlərinin tələbləri "xxxx" MMC-də iş icraçısı işləyən X6 tərəfindən pozulmuşdur. xx.xx.2024-cü il tarixli “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şahid Buğdət oğlunun xəsarət alması faktına dair toplanmış 316C-24 sayı material üzrə "xxxx" MMC-nin iş icraçısı X6 və qeyrilərinin əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilməməsi əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi, vəzifəli şəxs-"xxxx" MMC-nin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan iş icraçısı X3 barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat açılaraq toplanmış material baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon prokuroru baş ədliyyə müşaviri Fuad Məmmədovun xx.xx.2024-cü il tarixli “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” qərarından görünür ki, Körpü-Bina-Tikinti" MMC-nin texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş iş icraçısı X1 rayonu, Cəfər Xandan küçəsi 230 ünvanında yerləşən tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında işlərinin aparıldığı sahədə "Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid X4"nda olan «İş İcraçısının əmək funksiyası»nın tələblərinə əsaslanaraq, Binəqədi rayonu, Cəfər Xandan küçəsi 230 ünvanında yerləşən tikilməkdə olan binada əməyin mühafizəsi qaydalarının tələblərinə uyğun iş şəraitinin yaradılmasını, konkret halda daimi təsirli təhlükəli istehsalat zonasına aid olan yer səthindən 11.3 hündürlükdə yerləşən eyvanın kənarlarının hasarlanmaması, xəbərdaredici və göstəriş verən plakatların asılmasının təmin edilmədiyinə görə, “Hündürlükdə iş zamanı texniki təhlükəsizlik Qaydaları"nın 3.2.1 bəndlərinin tələblərini pozulduğuna görə həmin tikilidə fəhlə vəzifəsinə işləyən Şahid Buğdət oğlu xx.xx.2024-cü il tarixdə saat 08 radələrində binanın 3-cü mərtəbəsində eyvanda tikinti aləti axtaran zaman ayağının mismara ilişməsi nəticəsində həmin mərtəbədən yıxılaraq ümumilikdə dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aid İ-İİİ döş fəqərələrinin sınıqları, iki tərəfli kürək sümüklərinin yerdəyişən sınıqları, sağ əlin arxa səthinin sıyrıqları, döş qəfəsinin sağ-yan səthinin qançırı bədən xəsarətləri almış, bununla da Kazım Sadıqov Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş Əməyin mühafizəsi qaydalarının pozulmasına görə zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması inzibati xətasını törətmişdir. Qeyd edilənlərə əsasən də X6 barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmış, qərar və toplanmış material baxılması üçün aidiyyəti üzrə Binəqədi rayon məhkəməsinə göndərilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(001)-5071/2024 saylı qərarından görünür ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, «Körpü-Bina Tikinti” MMC-nin iş ustası Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə əməldə inzibati xəta tərkibi olmadığından icraata xitam verilməlidir. Belə ki, İXM-nin 198.2-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə - min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İXM-nin 198.3-cü maddəsinə əsasən həmin Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda-min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Cinayət Məcəlləsinin 162.1-ci maddəsinə əsasən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına ağır zərər vurularsa- iki min manatdan üç min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Göründüyü kimi qanunverici tərəfindən texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən həmin qaydaların pozulması nəticəsində insan sağlamlığına yüngül zərər yetirilməsi İXM-nin 198.2-ci, az ağır zərər yetirilməsi İXM-nin 198.3-cü, ağır zərər yetirilməsi isə Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə məsuliyyətə səbəb olur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanda "xxxx" MMCyə məxsus yeni tikilməkdə olan hündürmərtəbəli yaşayış binasında fəhlə işləyən Şahid Buğdət oğlunun xx.xx.2024-cü ildə saat 08 radələrində iş yerində yıxılaraq az ağır xəsarət alması ilə əlaqədar Binəqədi Rayon prokurluğunda araşdırma aparılmışdır. Araşdırma zamanı Binəqədi rayon prokurorluğunun müstəntiqi Rəşad Gülməmmədli tərəfindən 15 iyul 2024-cü il tarixli qərarlarla 316C-24 saylı material üzrə məhkəmə tibb ekspertzası və əmək təhlükəsizliyinin tədqiqi ekspertizaları təyin edilmişdir. Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi X11 xx.xx.2024-cü il tarixli 1542 nömrəli nömrəli rəyi ilə Şahid bədənində aşkar olunmuş xəsarətlərin dərəcəsinə görə sağlamlığı uzun müddətə pozan sağlamlığa AZ AĞİR zərərvurmaya aid olması müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 avqust 2024-cü il tarixli 3-16-16/2-10/5734 saylı “Əmək təhlükəsizliyinin tədqiqi” ekspertizası rəyi ilə isə Şahid Buğdət oğlunun xəsarət alması ilə nəticələnən hadisə zamanı təqsirli şəxsin X6 olduğu göstərilmişdir. xx.xx.2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərar qəbul edilmişdir. Həmin qərara əsasən toplanmış material üzrə "xxxx" MMC-nin iş icraçısı X6 və qeyrilərinin əməlində cinayət tərkibinin əlamətləri müəyyən edilməməsi əsası ilə cinayət işinin başlanması rədd edilmiş, vəzifəli şəxs, "xxxx" MMC-nin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan iş icraçısı X3 barəsində Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında icraat açılaraq toplanmış material baxılması üçün Binəqədi rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır. Binəqədi Rayon Məhkəməsi xx.xx.2024-cü il tarixli 3(001)-5071/2024 saylı qərarı ilə X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə təqsirli bilinib 1500 (min beş yüz) manat məbləğində cərimə edilmişdir. Lakin buna baxmayaraq AR ƏƏSMN yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən «Körpü-Bina Tikinti” MMC-nın iş ustası Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsinə əsasən inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı protokol tərtib olunaraq məhkəməyə göndərilmişdir. «Körpü-Bina Tikinti” MMC-nin iş ustası Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə tərtib olunmuş MN 211824 saylı inzibati xəta haqqında protokolda həmin faktın xx.xx.2024-cü il tarixdə tərtib edilmiş təhqiqat aktı ilə təsdiq edildiyi göstərilmişdir. Lakin məhkəmə qeyd edilən təhqiqat aktını mötəbər sübut kimi qəbul etmir. Belə ki, protokolu tərtib edən orqan toplanmış materiala Binəqədi rayon prokurorluğununun müstəntiqi, kiçik ədliyyə müşaviri X2 xx.xx.2024-cü il tarixli qərarı əsasında 316C-24 sayı material üzrə keçirilərək verilmiş xx.xx.2024-cü il tarixli 1542 saylı ekspert rəyini əlavə etsə də (sağlamlığıa vurulmuş xəsarətin dərəcəsi barədə), həmin müstəntiqin eyni material üzrə xx.xx.2024-cü il tarixli “Əmək təhlükəsizliyinin tədqiqi ekspertizasının” təyin edilməsi haqqında qərarına əsasən verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 19 avqust 2024-cü il tarixli 3-16-16/2-10/5734 saylı ekspert rəyini (texniki təhülkəsizilik və əmək mühafizəsi qaydalarının kim tərəfindən pozulması barədə) araşdırma materiallarına əlavə etməmiş, həmin rəy Binəqədi rayon prokurluğuna verilmiş sorğu ilə əldə edilərək iş materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, prokurorluğun müstəntiqi tərəfindən ekspertiza təyin edilməsi barədə qərarında kifayət qədər geniş və ətraflı suallar qoyulmuş və ekspert tərəfindən həmin suallara ətraflı cavab verilərək Şahid Buğdət oğlunun sağlamlığına dərəcəsinə görə az ağır xəsarət almasında yalnız cəmiyyətin iş icraçısı X3 təqsiri müəyyən edilmiş, «Körpü-Bina Tikinti” MMCnın digər vəzifəli şəxslərininin, o cümlədən də hazırda barəsində icraat aparılan Şəxs texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarını pozması müəyyən edilməmişdir. Bundan başqa məhkəmə qeyd edir ki, Binəqədi rayon prokurluğunda Şahid Buğdət oğlunun xəsarət alması barədə 316C-24 sayı araşdırma materialı üzrə xx.xx.2024-cü il tarixdə “Cinayət İşinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmiş həmin qərarda eyni zamanda X3 İXM-nin 198.3-cü maddəsinin tərkib əlamətləri olduğundan inzibati icraata başlamaq haqqında qərar qəbul edilərək baxılması üçün Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, İXM-nin 198.2-ci və 198.3-cü maddələrində, habelə Cinayət Məcəlləsinin 162.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətin yaranması əsası yalnız sağlamlığa vurulmuş ziyanın dərəcəsinə görə bir birindən fərqləndirilmişdir. Yəni İXM-nin 198.2-ci maddəsi ilə məsuliyyət texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə, 198.3-cü maddəsi ilə məsuliyyət az ağır zərə vurulmasına görə, Cinayət Məcəlləsinin 162.1-ci maddəsi ilə məsuliyyət isə ağır zərər vurulmasına görə yaranır. Göründüyü kimi qeyd edilən maddələr üzrə məsuliyyətin yaranması üçün texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəzərdə tutulmuşdur. Binəqədi rayon prokurorluğunda aparılmış araşdırma zamanı isə Şahid Buğdət oğlunun az ağır xəsarət almasında «Körpü-Bina Tikinti” MMC-nin iş icraçısı X3 təqsiri müəyyən edilmiş, digər vəzifəli şəxslərin təqsirli olması isə müəyyən edilməmişdir. Qeyd edilməlidir ki, İXM-nin 198.3-cü maddəsində nəzərdə tutulmuş əməl həm hərəkətlə, həm də hərəkətsizliklə törədilə bilər. Həmin inzibati xəta təqsirin ehtiyatsızlıq formasında özünü göstərir. Şəxsin inzibati məsuliyyətə cəlb olunması üçün texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən həmin qaydalar pozulmalı, qaydaların pozulması insan sağlamlığına az ağır zərərin vurulmasına səbəb olmalı, həmçinin qaydaların pozulması ilə baş vermiş nəticə arasında səbəbli əlaqə olmalıdır. Hazırki iş üzrə göründüyü kimi Şahid Buğdət oğlunun sağlamlığına az ağır zərərin vurulmasına görə cəmiyyətin iş icraçısı X6 məhkəmənin qərarı ilə İXM-nin 198.3-cü maddəsi ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilmişdir. Məhkəmə qeyd edir ki, Şahid Buğdət oğlunun sağlamlığına az ağır zərərin vurulmasına görə prokurorluq orqanında aparılmış araşdırma zamanı Şəxs təqsirliliyinə dair hər hansı hal aşkar edilməmişdir. Məhkəmə hesab edir ki, Şahid Buğdət oğlunun sağlamlığına az ağır zərərin vurulmasında Şəxs təqsiri mövcud olmuş olsaydı prokurluqda aparılan araşdırma zamanı təyin edilərək əldə edilmiş xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/5734 saylı “əmək təhlükəsizliyinin tədiqiqi barədə verilmiş ekspert rəyində göstərilərdi. Yuxarıda sadalananlarla əlaqədar məhkəmə qeyd edir ki, əməllərin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsilə müəyyən edilmiş əlamətlərin hər biri mövcud olmalıdır, yəni həmin əməllərlə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Göründüyü kimi «Körpü-Bina Tikinti” MMC-nin iş ustası Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-nin 198.3-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta tərkibi aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İXM-in 105.1-ci İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İXM-in 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə məhkəmə hesab edir ki «Körpü-Bina Tikinti” MMC-nin iş ustası Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Qeyd olunanlara əsasən və İXM-in 40, 43, 48-50, 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
«Körpü-Bina Tikinti” MMC-nin iş ustası Şəxs barəsində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında X7 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol əsasında Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim: Zamiq Bağırov