Məhkəmə qərarları › İş №3(001)-6485/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6485/2024

09.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6485/2024 09.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, İnzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X1, Tələbkar Nümayəndə, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsin İdarə Heyətinin sədri Şəxs iştirakı ilə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsin İdarə Heyətinin sədri Şəxs barəsində vəzifəli şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4142/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Fondunun “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssisi (13-cü dərəcəli) Nümayəndə ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli 037/K saylı əmri ləğv olunmuş, Nümayəndə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsinə “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssis (13-cü dərəcəli) vəzifəsinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifəsi üzrə gördüyü işə uyğun) bərpa edilməli, xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Nümayəndə ödənilməlidir. Borclu Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsin İdarə Heyətinin sədri Şəxs icra sənədi üzrə tələbləri yerinə yetirmədiyinə görə onun barəsində «İcra haqqında» qanunun 82-ci maddəsinə əsasən 06 noyabr 2024-cü il tarixdə inzibati xəta haqqında protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokol tərtib etmiş Bakı şəhəri Binəqədi rayon İcra şöbəsinin böyük icra məmuru X3 protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4142/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Fondunun “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssisi (13-cü dərəcəli) Nümayəndə ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli 037/K saylı əmri ləğv olunmuş, Nümayəndə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsinə “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssis (13-cü dərəcəli) vəzifəsinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifəsi üzrə gördüyü işə uyğun) bərpa edilməli, xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Nümayəndə ödənilməlidir. xx.xx.2023-cü ildə icra sənədi şöbənin icraatına qəbul edilmiş, icraata başlama haqqında qərar və tələbin dərhal icrası barədə bildiriş borcluya göndərilmişdir. Lakin borclu qətnaməni lazımı qaydada icra etməmişdir. Belə ki,tələbkar Nümayəndə əvvəlki vəzifəsinə uyğun vəzifəyə deyil,büdcədənkənar vəsait hesabına maliyyələşən vəzifəyə təyin edilmişdir. Bundan başqa, Agentliyin ştat cədvəlində baş mütəxəssis ştatının vəzifə maaşı 1500 manat olduğu halda, Nümayəndə maaşı 932 manat olan vəzifəyə təyin edilmişdir. Bundan əlavə, Agentlik tərəfindən xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti üçün Nümayəndə əmək haqqı hesablanmamış və ödənilməmişdir. Ona görə də borclu vəzifəli şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə iclasında tələbkar Nümayəndə inzibati xəta haqqında protokolla razı olduğunu bildirməklə yanaşı izahatında göstərmişdir ki, Agentliyin ştat cədvəlində baş mütəxəssis ştatının vəzifə maaşı 1500 manat olduğu halda, o, maaşı 932 manat olan vəzifəyə təyin edilmişdir. Üstəlik əvvəlki vəzifəsinə uyğun vəzifəyə deyil, büdcədənkənar vəsait hesabına maliyyələşən vəzifəyə təyin edilmişdir. Ona görə də Agentlik tərəfindən xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti üçün ona hesablanmış əmək haqqını qəbul etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsin İdarə Heyətinin sədri Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli 1670 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" MMC Nazirliyin tabeliyindən publik hüquqi şəxs statuslu Zərərçəkmiş şəxsnə çevrilmə yolu ilə yenidən təşkil edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 29 noyabr 2022-ci il tarixli 425 nömrəli qərarı ilə Zərərçəkmiş şəxsn Nizamnaməsi təsdiq edilmişdir. "xxxx" MMC-də çalışan işçilərin əməyin ödənilməsi dərəcəsi X5 ilə müəyyən edilmiş aylıq vəzifə maaşları ilə tənzimlənirdi. Yenidən təşkil olunmuş Zərərçəkmiş şəxsndə isə əməyin ödənilmə dərəcəsi olmadığına görə vəzifə maaşına görə əmək haqqı ödənilir. Nümayəndə "xxxx" MMC-in Geodeziya və Kartoqrafiya Fondunda “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssis (13-cü dərəcə) vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs yenidən təşkil olunduqda bəzi şöbələr birləşdirilərkən ştat vahidləri də ixtisar olunmuşdur. Onlardan biri də “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssis (13-cü dərəcə) vəzifəsidir. Nümayəndə əvvəl işlədiyi baş mütəxəssis vəzifəsi yeni strukturda mövcud olmadığından, əmək şəraitinin şərtləri və əmək haqqı həmin vəzifə ilə eyni olan “Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsi”ndə “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” aylıq əmək haqqı 932 manat olmaqla “baş mütəxəssis” vəzifəsinə bərpa olunmuş, müvafiq sənədlər təqdim edilməklə Nümayəndə işə bərpa edilməsi hüquqi qüvvəyə minmişdir. Bununla yanaşı xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti üçün Nümayəndə əmək haqqı hesablanmış və onun adına açılmış əmək haqqı kartı hesabına köçürülmüşdür. Lakin Nümayəndə vəsaiti qəbul etməkdən və bərpa edildiyi işə başlamaqdan imtina etmişdir. Belə ki, Nümayəndə aylıq əmək haqqı 1500 manat olan baş mütəxəssis vəzifəsinə təyin edilməsini tələb etmişdir. Halbuki, o, heç vaxt 1500 manat aylıq vəzifə maaşı olan baş mütəxəssis vəzifəsində işləməmişdir. Onun bərpa olunduğu ştat vahidinin maliyyələşmə mənbəyinin büdcədənkənar vəsait hesabına təmin edilməsi isə çaşqınlıq yaratmamalıdır. Belə ki, Zərərçəkmiş şəxs dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşmir. Agentlik özünü maliyyələşdirilən dövlət müəssisəsidir və maliyyələşmə mənbəyi işçinin hər hansı bir əmək hüququnu məhdudlaşdırmır. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4142/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi tam şəkildə icra olunduğundan iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, icra işinin və inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb, icra məmurunun, tələbkarın və barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin izahatlarını dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilmədir. Belə ki, işdə olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4142/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Fondunun “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssisi (13-cü dərəcəli) Nümayəndə ilə bağlanmış əmək müqaviləsinin Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndi ilə ləğv edilməsinə dair xx.xx.2023-cü il tarixli 037/K saylı əmri ləğv olunmuş, Nümayəndə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsinə “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssis (13-cü dərəcəli) vəzifəsinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifəsi üzrə gördüyü işə uyğun) bərpa edilməli, xx.xx.2023-cü il tarixdən işə bərpa olunacağı günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı Nümayəndə ödənilməlidir. İcraata başlamaq haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4142/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsi əsasında icraata başlanılmışdır. Tələbin könüllü icrası haqqında xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4142/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində göstərilən tələbin dərhal icrası üçün borclu Şəxs bildiriş verilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Nümayəndə mütəxəssis-fotoqrammetriya üzrə, texnik-fotoqrammetriya üzrə, kiçik mütəxəssis-topoqrafik kartoqrafiya üzrə, texnik topogeodeziya üzrə və fəhlə-cildləyici vəzifələri təklif edilmiş, lakin o, təklif edilən vakansiyalardan imtina etmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsin 06 avqust 2024-cü il tarixli 261/K nömrəli əmrinin surətindən görünür ki, Nümayəndə Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4142/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icrası qaydasında Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsinə “Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsi”ndə “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” aylıq əmək haqqı 932 manat olmaqla baş mütəxəssis vəzifəsinə təyin (bərpa) olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsin 27 noyabr 2024-cü il tarixli 3-14/12-0-3/2024 nömrəli məktubundan görünür ki, Nümayəndə xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti üçün hesablanmış əmək haqqı adına açılmış əmək haqqı kartına köçürülmüşdür. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsdən verilmiş maliyyə arayışından görünür ki, Nümayəndə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Fondunun “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssisi (13-cü dərəcəli) vəzifəsində işlədiyi dövrdə əmək haqqı 932 manat təşkil etmişdir. Beləliklə təsvir olunanlardan görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Fondunun “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssisi (13-cü dərəcəli) vəzifəsində işləmiş Nümayəndə onunla bağlanmış əmək müqaviləsinə qanunsuz xitam verildiyi üçün məhkəməyə müraciət etmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4142/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi əsasında iddiası təmin edilmiş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə xx.xx.2023-cü il tarixli 037/K saylı əmr ləğv olunmuş, o, vəzifəsinə bərpa edilmiş və məcburi iş buraxma müddəti üçün əmək haqqı hesablanması qət edilmişdir. Həmin ərəfədə isə Azərbaycan Respublikası Prezidentinin 27 aprel 2022-ci il tarixli 1670 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" MMC Nazirliyin tabeliyindən publik hüquqi şəxs statuslu Zərərçəkmiş şəxsnə çevrilmə yolu ilə yenidən təşkil edilmiş, bəzi şöbələr birləşdirilərkən ştat vahidləri ixtisar olunmuşdur. Onlardan biri də “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssis (13-cü dərəcə) vəzifəsi olmuşdur. Nümayəndə əvvəl işlədiyi baş mütəxəssis vəzifəsi yeni strukturda mövcud olmadığından, o, 06 avqust 2024cü il tarixli 261/K nömrəli əmr əsasında əmək şəraitinin şərtləri və əmək haqqı həmin vəzifə ilə eyni olan “Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsi”ndə “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” aylıq əmək haqqı 932 manat olmaqla baş mütəxəssis vəzifəsinə bərpa olunmuş və məcburi iş buraxma müddəti üçün ona əmək haqqı hesablanaraq əmək haqqına köçürülmüşdür. Bununla razılaşmayan tələbkar və icra məmuru bildirir ki, Nümayəndə əvvəlki vəzifə ilə eyni olan vəzifəyə deyil, büdcədənkənar vəsait hesabına maliyyələşən vəzifəyə təyin edilmişdir. Bundan başqa, Agentliyin ştat cədvəlində baş mütəxəssis vəzifəsinin aylıq maaşı 1500 manat olduğu halda, Nümayəndə maaşı 932 manat olan vəzifəyə təyin edilmişdir. Bundan əlavə, Agentlik tərəfindən xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günə qədər məcburi iş buraxma müddəti üçün Nümayəndə əmək haqqı hesablanmamış və ödənilməmişdir. Məhkəmə tələbkarın və icra məmurunun həmin dəlilləri ilə razılaşmır. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4142/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsindən görünür ki, Nümayəndə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsinə “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssis (13-cü dərəcəli) vəzifəsinə, qətnamənin icrası zamanı həmin vəzifə mövcud olmazsa, əmək şəraitinin şərtləri həmin vəzifə ilə eyni olan digər vəzifəyə (əvvəlki vəzifəsi üzrə gördüyü işə uyğun) bərpa edilməlidir. Maliyyə arayışından və tərəflərin izahatlarından mübahisəsiz qaydada görünür ki, Nümayəndə əmək müqaviləsinə xitam verilənədək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Fondunun “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” baş mütəxəssisi (13-cü dərəcəli) vəzifəsində işləmiş və əmək haqqı 932 manat olmuşdur. 06 avqust 2024-cü il tarixli 261/K nömrəli əmrə əsasən Nümayəndə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsin “Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsi”ndə “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə” aylıq əmək haqqı 932 manat olan baş mütəxəssis vəzifəsinə təyin (bərpa) olunmuşdur. Belə olan halda aydın olur ki, tələbkarın və icra məmurunun Nümayəndə əvvəlki vəzifə ilə əmək şəraitinin şərtləri eyni olan vəzifəyə təyin edilmədiyi və əmək haqqısı aşağı olan vəzifəyə təyin edilməsi barədə dəlilləri əsassızdır. Çünki, Ömərova X2 vəzifə maaşı 1500 manat olan işdə işləməmiş, əmək müqaviləsinə xitam verilənədək işlədiyi vəzifənin aylıq əmək haqqı 932 manat təşkil etmişdir. “Xüsusi rejimli geodeziya və kartoqrafiya şöbəsi”ndə “Nəşr materiallarının qəbulu, uçotu və dövriyyəsi üzrə baş mütəxəssis” vəzifəsi isə onun əvvəlki vəzifəsinə uyğundur. Eyni zamanda əmək haqqı eynidir, yəni 932 manatdır. Həmçinin Agentlik tərəfindən xx.xx.2023-cü il tarixdən işə bərpa olunan günə qədər (xx.xx.2024) məcburi iş buraxma müddəti üçün Nümayəndə əmək haqqı hesablanmış və onun adına açılmış əmək haqqı kartına köçürülmüşdür. Məhkəmə tələbkarın və icra məmurunun Nümayəndə təyin edildiyi vəzifə üzrə ştat vahidinin maliyyələşmə mənbəyinin fərqli olmasına dair dəlillərini də əsassız hesab edir. Belə ki, işdə olan Nümayəndə işlədiyi dövrdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyindəki "xxxx" MMC-in Nizamnaməsindən (1.3-cü bənd) görünür ki, Cəmiyyət tam təsərrüfat hesablı özünü maliyyələşdirən dövlət müəssisəsi olmuşdur. Başqa sözlə, dövlət büdcəsindən maliyyələşməmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş - Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsin İdarə Heyətinin sədri Şəxs bununla bağlı bildirmişdir ki, istər əvvəllər, istərsə də, hal-hazırda işçilərin vəzifə maaşı müəssisənin fəaliyyətindən əldə olunmuş gəlir hesabına ödənilir. Nümayəndə əmək müqaviləsinə xitam verilənədək digər işçilər kimi müəssisənin fəaliyyətindən əldə olunmuş gəlir hesabına əmək haqqı almışdır. Hal-hazırda da əməyin ödənişi ilə bağlı vəziyyət eyni cürdür. Belə olan halda aydın olur ki, tələbkarın və icra məmurunun Nümayəndə təyin (bərpa) edildiyi vəzifə üzrə ştat vahidinin maliyyələşmə mənbəyinin fərqli olmasına dair dəlilləri əsassızdır. Onun əvvəl işlədiyi və hazırda təyin (bərpa) edildiyi vəzifə üzrə ştat vahidinin maliyyələşmə mənbəyi eynidir. Eyni zamanda nəzərə alınmalıdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4142/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsində Nümayəndə bərpa edilməli olan vəzifə əmək şəraitinin şərtləri eyni olan digər vəzifə kimi təsnifatlandırılmış, vəzifə üzrə əmək haqqının maliyyələşmə mənbəyi fərqləndirilməmişdir. Həmçinin qeyd edilməlidir ki, əmək qanunvericiliyi ştat vahidinin maliyyələşmə mənbəyinə görə işçilərin hər hansı bir əmək hüququna məhdudiyyət yaratmır. Qanunun mənasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan məsuliyyət o vaxt yaranır ki, borclu məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməsin və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə məcbur edən icra sənədini üzürsüz səbəbdən icra etməsin. Bu mənada məhkəmə aktlarını icra etməmə yalnız qərəzli olduqda İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibini yaradır. İcra etməmə o halda qərəzli olur ki, borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması müəyyən edildiyi halda, o məhkəmə aktının tələbini icra etmir və ya məhkəmə aktlarının icrasını mümkünsüz etməyə yönələn hərəkətlərini davam etdirir. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. Xüsusilə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə görə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu mənada icra məmurunun vəzifəsidir ki, borclunun məhkəmə qərarının icrası üçün yetərli tədbirlər görməməsini sübuta yetirsin. Məhkəmə bu qənaətini həmçinin onunla əsaslandırır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2012-ci il 2 oktyabr tarixli Qərarındakı hüquqi mövqeyinə görə məhkəmə aktlarının qərəzli icra edilməməsini aşağıdakılara əsasən müəyyən etmək olar: - borclu tərəfindən məhkəmə qərarının icrası üçün yetərli tədbirlərin görülməməsi; - borclunun məhkəmə qərarının icrası üçün faktiki imkanlarının olması, tələbin yönəldilməsi mümkün olan əmlakın və pul vəsaitinin gizlədilməsi, icradan yayınmaq məqsədilə əmlakın özgəninkiləşdirilməsi və borcun tam ödənilməsi imkanı olduğu halda kiçik məbləğin ödənilməsi... Hazırkı işdə isə qeyd edilən əlamətlər yoxdur. Azərbaycan Respublikası İXM-in 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən İnzibati Xətalar Məcəlləsinin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs)inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İşin təsvir edilmiş hallarını və onlara tətbiq ediləcək maddi hüquq normarının tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4142/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyi publik hüquqi şəxsin İdarə Heyətinin sədri Şəxs barəsində Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4142/2023 saylı, xx.xx.2023-cü il tarixli icra vərəqəsinin icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş 06 noyabr 2024-cü il tarixli inzibati xəta haqqında protokol əsasında başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa apellyasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar