Məhkəmə qərarları › İş №3(001)-6493/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6493/2024

28.11.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6493/2024 28.11.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Regional İdarəsinin nümayəndəsi Nümayəndə2, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə3 iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 326-cı maddəsi ilə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Regional İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilmişdir. Şəxs vəsatətinə əsasən Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(007)-4438/2024 saylı qərardadı həmin şirkət barəsində tərtib edilmiş xx.xx.2024cü il tarixli, MN seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş material baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə göndərilmişdir. Həmin protokoldan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 11:30-da Bakı şəhəri, M.Şərifli küçəsində Şəxsnə məxsus yük daşımalarını yerinə yetirən “İVECO” markalı, 99JP352 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reys qabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi aşkar edildiyindən bu barədə protokol tərtib edilmişdir. Şəxs tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstəlimişdir ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin inspektoru vəzifəsində işləyən X2 tərəfindən Şəxsnə məxsus təsərrüfat ehtiyacları üçün yük daşımalarını yerinə yetirən “İVECO” markalı 99JP352 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin reysqabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsinin aşkar edilməsi səbəbindən Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2024-cü il tarixdə tərtib edilmiş MN №1901132 nömrəli ‘İnzibati xəta haqqında” protokol qanunsuz və əsassız olduğundan aşağldakılara görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə - inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət,icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi QAYDASİ” nın 1.1-ci bəndinə görə, bu Qayda “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır, mülkiyyət növündən, təşkilati-hüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasını müəyyən edir. Həmin “QAYDA”nın 1.2-ci bəndinə görə bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-miintəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun (01 aprel 2008-ci il tarixli) 1.0.4-cü maddəsinə görə, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli daşımalar - sərnişin və ya yük daşınması müqaviləsi yaxud digər qanuni əsaslarla, daşınma haqqı ödənilməklə yerinə yetirilən daşımalar başa düşülür. Həmin Qanunun 1.0.5-ci maddəsinə görə, avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalar- hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalardır. Bu cür daşımalar üçün istifadə olunan avtonəqliyyat vasitələri həmin hüquqi şəxslərin və ya fərdi sahibkarların işçiləri tərəfindən idarə olunmalıdır. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsinə görə, daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkar anlaşılır. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cu il tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət,icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması,sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi QAYDASİ” nın müddəalarından göründüyü kimi, avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslər və fərdi sahibkarlar sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalara-yəni avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalara görə avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməsi tələbi müəyyən edilməmişdir. Beləliklə, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalara - yəni avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalara görə avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməsi tələbi müəyyən edilmədiyi hal da, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin inspektoru vəzifəsində işləyən X2 tərəfindən Şəxsnə məxsus təsərrüfat ehtiyacları üçün yük daşımalarını yerinə yetirən “İVECO” markalı 99JP352 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin reysqabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsini əsas götürülərək, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığı halda, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2024-cü il tarixdə qanunsuz və əsassız olaraq MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 may 2019-cu il tarixli Qərarının 2-ci bəndində göstərilir: İnzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan (vəzifəli şəxs) həmin protokolu tərtib edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə ciddi riayət etməlidir. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.5 və 135.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 noyabr 2021-ci il tarixli Qərarında göstərilir ki, Konstitusiya Məhkəməsi Plenumu inzibati xəta haqqında protokolun hüquqi mahiyyətinin və əhəmiyyətinin açıqlanmasını zəruri hesab edir. Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalara-yəni avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalara görə avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməsi tələbi müəyyən edilmədiyi halda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin inspektoru vəzifəsində işləyən X2 tərəfindən Şəxsnə məxsus təsərrüfat ehtiyacları üçün yük daşımalarını yerinə yetirən “İVECO” markalı ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin reysqabağı yoxlanılmaması,həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsini əsas götürülərək, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığı halda, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2024-cü il tarixdə qanunsuz və əsassız olaraq MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilmişdir. Odur ki, Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən sərəncamlarında olan avtonəqliyyat vasitələri ilə işçilərinin və ya yüklərinin daşınması məqsədilə və öz hesabına yerinə yetirilən daşımalara - yəni avtomobil nəqliyyatı ilə təsərrüfat ehtiyacları üçün daşımalara görə avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməsi tələbi müəyyən edilmədiyi halda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Regional İdarəsinin inspektoru vəzifəsində işləyən X2 tərəfindən Şəxsnə məxsus təsərrüfat ehtiyacları üçün yük daşımalarını yerinə yetirən “İVECO” markalı ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin reysqabağı yoxlanılmaması, həmin nəqliyyat vasitəsinin sürücüsünün reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi əsas götürülərək, yəni Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsi olmadığı halda, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə inzibati xəta törədilməsi barədə xx.xx.2024-cü il tarixdə qanunsuz və əsassız olaraq MN ******* nömrəli “İnzibati xəta haqqında” protokol tərtib edilməsi nəzərə alınıb, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməlidir. Məhkəmə iclasında iştirak edən Şəxs nümayəndəsi Nümayəndə3 təqdim edilmiş yazılı etirazın məzmununa uyğun izahat verərərk məhkəmədən MN ******* nömrəli inzibati xəta haqqında protokola dair başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Verilmiş suallara cavab olaraq isə Şəxs dondurma istehsalı və satışı fəaliyyəti ilə məşğul olduğunu, “İVECO” markalı ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini şirkətin əməkdaşı X3 tərəfindən idarə edildiyini, həmin nəqliyyat vasitəsi ilə şirkətə məxsus dondurma məhsullarının ayrı ayrı sahibkarlara məxsus mağazalara çatdırmasının həyata keçirildiyini, həmin daşımanın kommersiya məqsədli daşıma hesab edilmədiyini, şirkətə məxsus məhsulların sahibkarlara məxsus mağazalara çatdırılması təsərrüfatdaxili daşıma hesab edildiyindən nəqliyyat vasitəsinin reysqabağı yoxlanılmasının, eyni zamanda həmin nəqliyyat vasitəsini idarə edən sürücünun, yəni şirkətin əməkdaşı X1 reysqabağı tibbi müayinəsinin keçirilmədiyini bildirmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi Bakı Regional İdarəsinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası qanununun 26.3-cü maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşmalarını yerinə yetirən daşıyıcılar sərəncamlarında olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil etməlidirlər. Buna nəzarət isə AYNA tərəfindən həyata keçirilir. Aynanın bu səlahiyyəti Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 8 sentyabr tarixli Fərmanı ilə təsdiq edilmiş AYNA-nın nizamnaməsində də öz təsdiqini tapmışdır. Həmçinin “Avtomobil nəqliyyatı ilə yüklərin daşınması Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında da yalnız istisna kimi müəssisə daxili yüklərin daşınması göstərilmişdir. Digər bütün hallarda da avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını, sürücülərinin reysqabağı tibbi müayinəsini müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada təşkil edilməlidir. Yəni, cəmiyyətin öz yükünü yaxud başqa bir şirkətin yükünü daşımasının heç bir fərqi yoxdur. Avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, habelə sürücünün reysqabağı tibbi müayinə edilməsinin məqsədi insan həyat və sağlamlığının qorunması və nəqliyyat vasitələrinin texniki vəziyyətinin saz olmasını təmin etməkdir. Bundan başqa Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılan analoji işdə də məhkəmə şirkətin öz məhsullarının daşınması zamanı da nəqliyyat vasitələrinin reysqabağı yoxlanılmalı olması və sürüclərin reysqabağı tibbi müayinədən keçirilməli olması qənaətinə gələrək başqa bir şirkət tərəfindən verilmiş apellyasiya şikayətini təmin etməyərək birinci instansiya məhkəməsinin qərarını isə dəyişdirmədən qüvvədə saxlamışdır. Hazırda həmin qərarı da məhkəməyə təqdim edir. Qeyd edilənləri nəzərə alaraq Şəxs inzibati məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs barəsində İXM-in 326-cı maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. xx.xx.2024-cü il tarixli “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” aktdan görünür ki, həmin tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, Araz Marketin qarşısında Şəxs mülkiyyətində olan “İVECO” markalı ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən sürücü X3 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş avtomobil nəqliyyatı avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi qaydasının 2.2 və 3.2 bəndlərinin tələblərini pozduğu aşkar olunmuşdur. İnzibati xəta haqqında iş materiallarına əlavə edilmiş diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 3 ədəd foto-görüntü və 1 ədəd video-görüntü mövcuddur. Fotoşəkillərdən biri “İVECO” markalı ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin X3 tərəfindən idarə edilməsinə hüquq verən etibarnamədir. Digər şəkillərdən biri ** JP *** dövlət qeydiyyat nişanlı yük avtomobilinin görünütsü, digəri isə həmin nəqliyyat vasitəsinin sağ yan tərəfdən reklam əks olunmuş şəkilidir. Video-görüntüdə isə AYNA-nın əməkdaşı tərəfindən avtomobildə əyləşən şəxsə inzibati xətanın mahiyyəti izah edilir və protokol tərtib ediləcəyi bildirilir. Məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin və səlahiyyətli orqanın nümayəndələrinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 24 aprel tarixli 71 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi Qaydası”nın: 2.2-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasını təmin etməlidirlər. 3.2-ci maddəsinə əsasən avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımalarını yerinə yetirən daşıyıcılar onların mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin sürücülərinin (bundan sonra - sürücülər) reysqabağı tibbi müayinədən keçmələrini təmin etməlidirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli, 142 nömrəli qərarı ilə təsdiq edilmiş Avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının 1.7-ci bəndinə əsasən: 1.7. Bu Qaydalar aşağıda göstərilən avtomobil daşımalarına şamil edilmir: 1.7.1. kommunal və təcili tibbi yardım xidmətlərə məxsus, həmçinin Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təxirəsalınmaz təcili xidmətlərə aid edilmiş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 1.7.2. müdafiə, ictimai asayişin qorunması və fövqəladə halların aradan qaldırılması ilə əlaqədar olan avtomobil daşımalarına; 1.7.3. dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Mərkəzi Bankının, büdcədənkənar dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi və xidməti istifadəsi üçün nəzərdə tutulmuş avtonəqliyyat vasitələri ilə yerinə yetirilən daşımalara; 1.7.4. hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına; 1.7.5. fiziki şəxslərin mülkiyyətində, yaxud istifadəsində olan avtonəqliyyat vasitələri ilə şəxsi ehtiyaclar üçün yerinə yetirdikləri daşımalara. İXM-in 326-cı maddəsinə əsasən sərnişin və yük daşımalarını yerinə yetirən avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılmasının, həmin avtonəqliyyat vasitələrinin sürücülərinin reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməməsinə görə vəzifəli şəxslər beş yüz manatdan səkkiz yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs mülkiyyətində olan “İVECO” markalı ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin idarə edən sürücü X1 reysqabağı tibbi müayinədən keçirilməsi təmin edilməmiş, həmçinin həmin nəqliyyat vasitəsinin də texniki vəziyyətinin reysqabağı yoxlanılması təmin edilməmişdir. Bu hal iş materiallarına əlavə edilmiş, diskdə olan video və foto-görüntülər, “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” akt və digər iş materialları ilə öz təsdiqini tapır. Həmçinin barəsində inzibati xəta haqqında iş üzrə hüquqi şəxs Şəxs nümayəndəsi Nümayəndə3 da bu halı təkzib etməmiş, nəqliyyat vasitəsinin reysqabağı yoxlanılmasının, eyni zamanda həmin nəqliyyat vasitəsini idarə edən sürücünun, yəni şirkətin əməkdaşı X1 reysqabağı tibbi müayinəsinin keçirilmədiyini etiraf edərək həmin daşımanın təsərrüfatdaxili daşıma olduğunu və bu daşımanın kommersiya məqsədli olmadığını bildirməklə protokolun əsassız tərtib olunmasını hesab etmişdir. Məhkəmə qeyd edir ki, yuxarıda avtomobil nəqliyyatı ilə yüklərin daşınması qaydalarının hansı avtomobil daşımalarına şamil edilmədiyi konkret olaraq qeyd olunmuşdur. Həqiqətən də hüquqi şəxslərin və fərdi sahibkarların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan yerinə yetirdiyi texnoloji və təsərrüfatdaxili (müəssisələrin, obyektlərin daxilində) avtomobil nəqliyyatı ilə daşımalarına həmin qaydaların şamil olunmadığı müəyyən edilmişdir. Lakin qanunverici tərəfindən təsərrüfatdaxili dedikdə, müəssisələrin, obyektlərin daxilində olan daşımaların nəzərdə tutulması göstərilmişdir. Həmin qayda yalnız daşımaların ümumi istifadədə olan avtomobil yollarına çıxmadan həyata keçirildiyi hallar aiddir. Eyni zamanda Şəxs nümayəndəsi şirkətin isthesal etdiyi dondurma məhsulunun digər sahibkarlara çatdırılması üçün həyata keçirilən daşımanın kommersiya məqsədli olmadığını hesab etmişdir. Qeyd edilməlidir ki, hazırki iş üzrə Şəxs mülkiyyətində olan “İVECO” markalı ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə istehsal etdiyi dondurma məhsullarını ayrı-ayrı sahibkarlara məxsus müxtəlif ünvanlarda yerləşən təsərrüfat sübyektlərinə (mağazalara) ümumi istifadədə olan avtomobil yollarından istifadə edərək kommersiya məqsədi ilə çatdırır. Bu hal xx.xx.2024-cü il tarixdə saat 11:30 radələrində Bakı şəhəri, Nizami rayonu, M.Şərifli küçəsi, Araz Marketin qarşısında AYNA əməkdaşları tərəfindən aşkar edilərək bu barədə protokol tərtib edilmişdir. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinin əsasən ümumi istifadədə olan avtomobil yolları tabeliyindən asılı olmayaraq ölkə ərazisində avtomobil yollarının bütün istifadəçilərinin tələbatını təmin edən avtomobil yolları şəbəkəsindən ibarətdir. Göründüyü kimi, hazırki iş üzrə Şəxs mülkiyyətində olan “İVECO” markalı ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin şirkətin istehsal etdiyi malları onların müştərilərinə yaxud anbarlarına daşıması təsərrüfatdaxili avtomobil nəqliyyatı ilə daşımalara aid edilə bilməz. Məhkəmə Şəxs nümayəndəsinin həmin daşımanın kommersiya məqsədli daşıma olmaması ilə bağlı fikirləri ilə də razılaşmır və hesab edir ki, həmin daşıma məhz kommersiya məqsədli yük daşımadır. Belə ki, həmin şirkət tərəfindən istehsal edilmiş dondurma məhsulları digər sahibkarlara məxsus təsərrüfat sübyektlərinə (mağazalarına) qeyri kommersiya məqsədləri üçün deyil, kommersiya məqsədi, yəni istehsal etdiyi məhsulları alıcılara sataraq gəlir əldə etmək məqsədi ilə çatdırılır. Odur ki, Şəxs tərəfindən mülkiyyətində olan “İVECO” markalı ** JP *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanılması və nəqliyyat vasitəsinin sürücüsü X1 reysqabağı və digər zəruri tibbi müayinəsinin təşkil edilməsi təmin edilməmişdir. Bununla da, cəmiyyət tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Şəxs tərəfindən İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol, xx.xx.2024-cü il tarixli “Avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntunun aşkar olunması haqqında” akt və iş materiallarına əlavə edilmiş disklə tam sübuta yetirilmişdir. İXM-in 2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onun sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; İXM-in 9.1 -ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; İXM-nin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; İXM-nin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; İXM-nin 21-ci maddəsində təsbit edilmişdir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır; İXM-nin 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; Məhkəmə iclasında Şəxs-nin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə, Şəxs-nin törətdiyi inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmamasını və digər halları nəzərə alaraq hesab edir ki, Şəxs İXM-in 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında nəzərdə tutulan həddə inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və İXM-in 18, 40, 43, 48-51, 110, 114-117, 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Hüquqi şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək, barəsində 2000 (iki min) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar