Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6497/2024 12.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayev Elçin Zəkəriyə oğlunun sədrliyi, Həsənzadə Fuad Fərhad oğlunun katibliyi, Şikayət verən X2 nümayəndəsi və vəkili Vəkil, Qərarından şikayət verilmiş Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (bundan sonra AYNA) nümayəndəsi X5 iştirakı ilə, X2 nümayəndəsi və vəkili Vəkil AYNA-ın xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında, məhkəmənin inzibati binasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şikayət verən X2 nümayəndəsi və vəkili Vəkil məhkəməyə müraciət edərək, AYNAın xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında X2 nümayəndəsi və vəkili Vəkil şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin inspektoru X3 tərəfindən X7 barəsində 02 sentyabr 2024-cü il tarixli MN ******* saylı protokol tərtib edilmişdir. Protokol ona görə tərtib edilmişdir ki, guya 99FO912 nömrəli yük avtomobilinin sürücüsü idarə etdiyi nəqliyyat vasitəsi ilə xx.xx.2024-cü ildə, saat 11:30-da DYP-in Saray postunda aparılan yoxlama zamanı qanunvericilikdə müəyyən olunmuş buraxılış kartını təqdim etməmişdir. Həmin protokol əsasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Sumqayıt Regional İdarəsinin müdir müavini X6 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsasında A.A.Kərimov Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsi ilə 300 manat məbləğində cərimə edilmişdir. Qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, A.Kərimov “Mister Tum” əmtəə nişanı adı altında fəalliyyət göstərən fərdi sahibkardır. xx.xx.2004-cü ildə Vergilər Nazirliyindən qeydiyyatdan keçərək, vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnaməyə sahib olmuşdur. Fəaliyyət növü olaraq qida məhsullarının istehsalını və satışını həyata keçirir. Müəssisədə təxminən 70 çeşiddə məhsullar istehsal olunmaqdadır. Azərbaycan Respublikasının Qida Təklükəsizliyi Agentliyi tərəfindən ********** saylı, xx.xx.2018-ci il tarixli X9 X1 X10 təqdim edilmişdir. Bununla yanaşı istehsalını və satışını həyata keçirdiyi qida məhsullarının xx.xx.2023-cü il tarixli Uyğunluq Sertifikatı da mövcuddur. Hal-hazırda əmək müqaviləsi əsasında 146 nəfər işçi heyəti ilə çalışmaqdadır. Fəaliyyət dövründə istehsal edilmiş məhsulların satış məntəqələrinə çatdırılmasını daim öz mülkiyyətində olan avtonəqliyyat vasitələri ilə həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli 40 saylı qərarının və Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 221.4.9-cu maddəsinin tələblərinə əsasən tərəfindən AYNA-ya müraciət olunmuş və qanunvericiliyin tələblərinə əsasən rəhbəri olduğu qurum tərəfindən mülkiyyətində olan avtonəqliyyat vasitələrinə “Xüsusi Fərqlənmə Nişanı” verilmişdir. Son zamanlar şirkətə məxsus olan avtonəqliyyat vasitələri Respublikanın müxtəlif rayon və şəhərlərində X17 əməkdaşları tərəfindən mütəmadi olaraq saxlanılır, sürücülərdən reys qabağı texniki müayinədən keçməkləri, “Fərqlənmə Nişanı”, “Buraxılış Vəsiqəsi” və “Buraxılış Kartı” tələb edilir. Təbii ki, tələb olunan sənədlər onlara aid olmadığı səbəbindən mövcud deyil. Buna məhəl qoymayan DYP əməkdaşları tərəfindən əsassız və qanunsuz olaraq avtonəqliyyat vasitələri cərimə meydançalarına aparılır. Qanunsuz olan belə hallar avtonəqliyyat vasitələrində çatdırılmalı olacaq məhsulların xarab və yararsız hala düşməsi ilə yanaşı, məhsulların çatdırılmasında operativliyin keyfiyyətinin aşağı düşməsinə, satışla məşğul olan məntəqə sahiblərinin haqlı narazılığına, sürücülərin bu haldan bezərək iş yerini tərk etmələrinə, sahibkar olaraq ona mənəvi, həmdə maddi ziyan vurulmasına və ən nəhayətdə vergi ödəyicisinin fəaliyyətinə qanunsuz zərər vurmaqdadır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində qeyd edilir ki, buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikası qanununun 1.0.9-cu maddəsinə əsasən: daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Həmin qanunun 1.0.16-cı maddəsinə əsasən sifarişçi - sərnişin və ya yük daşımalarının yerinə yetirilməsi barədə müvafiq qaydada müqavilə bağlamış orqan, yaxud onun tərəfindən təyin edilmiş səlahiyyətli hüquqi şəxs, habelə sərnişin və ya yük daşımaları barədə daşıyıcı ilə müqavilə bağlayan hüquqi və ya fiziki şəxsdir. Göründüyü kimi sahibkar öz yükünü daşıdığı zaman onun buraxılış vərəqəsini almasına ehtiyac yoxdur. Qeyd olunanlara əsasən AYNA-ın xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında qərarından şikayət verilmiş AYNA-ın nümayəndəsi X11, X2 nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətin qanunvericiliyin tələbləri baxımından əsassız olduğundan təmin edilməməsini və qərarın qüvvədə saxlanmasını xahiş etmişdir. Məhkəmə şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdırıb, tərəflərin izahatlarını dinləyib hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, AYNA-ın xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: İnzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN ******* nömrəli qərardan görünür ki, sürücü X8 etibarnamə əsasında idarə etdiyi X4 məxsus Ford Tranzit yük markalı 99FO912 dövlət qeydiyyat nişanlı avtomobillə buraxılış vəsiqəsi olmadan yük daşınması ilə məşğul olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsinə əsasən buraxılış vəsiqəsi olmadan daşıyıcı tərəfindən yük və qeyri-müntəzəm sərnişin daşınmasının təşkilinə görə vəzifəli şəxslər üç yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası qanununun 1.0.9-cu maddəsinə əsasən daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Həmin qanunun 1.0.16-cı maddəsinə əsasən sifarişçi - sərnişin və ya yük daşımalarının yerinə yetirilməsi barədə müvafiq qaydada müqavilə bağlamış orqan, yaxud onun tərəfindən təyin edilmiş səlahiyyətli hüquqi şəxs, habelə sərnişin və ya yük daşımaları barədə daşıyıcı ilə müqavilə bağlayan hüquqi və ya fiziki şəxsdir. Məhkəmədə mübahisəsiz qaydada müəyyən edildi ki, X7 “Mister Tum” əmtəə nişanı adı ilə fəaliyyət göstərən fərdi sahibkardır və istehsal etdikləri məhsulların satış məntəqələrinə çatdırılmasını mülkiyyətində olan avtonəqliyyat vasitələri ilə həyata keçirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti isə buraxılış vəsiqəsi olmadan yük və qeyrimüntəzəm sərnişin daşınmasını təşkili ilə məşğul olan daşıyıcıdır. Daşıyıcının anlayışı isə “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.9-cu maddəsində verilmişdir. Həmin maddəyə əsasən daşıyıcı - daşınma müqaviləsi və ya digər qanuni əsaslarla haqq müqabilində sərnişin və yük daşımalarını yerinə yetirən, mülkiyyət, icarə və ya istifadə hüququ ilə nəqliyyat vasitələrinə malik olan hüquqi şəxs və ya fərdi sahibkardır. Belə olan halda məhkəmə hesab edir ki, “Mister Tum” əmtəə nişanı adı ilə fəaliyyət göstərərək istehsal etdikləri məhsulların satış məntəqələrinə çatdırılmasını mülkiyyətində olan avtonəqliyyat vasitələri ilə həyata keçirən X7 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın subyekti deyil və bu mənada onun tərəfindən həmin inzibati xətanın törədilməsilə bağlı gəlinmiş nəticə qanunsuzdur. Azərbaycan Respublikasının İnzinati Xətalar Məcəlləsinin: 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri. 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xəta haqqında başlanılmış icraata xitam verilir. 134.1-ci və 134.1.3-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Təsvir edilənlərə yekun vuraraq məhkəmə hesab edir ki, X2 nümayəndəsi və vəkili Vəkil AYNA-ın xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət əsaslı olduğundan təmin edilməli, həmin qərar ləğv edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134-135-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şikayət təmin edilsin. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin xx.xx.2024-cü il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və həmin iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Elçin Ağayev
Məhkəmə qərarları › İş №3(001)-6497/2024
Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6497/2024
12.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver