Məhkəmə qərarları › İş №3(001)-6499/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərardad — İş №3(001)-6499/2025

08.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(001)-6499/2025 08.09.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Nəsibov Samir Nadir oğlu, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol əsasında toplanmış materialın baxılmağa hazırlanması zamanı, M Ü Ə Y Y Ə N E T D İ M: Məhkəmənin icraatına Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində İXMin 529.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair 08 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli protokol əsasında toplanmış material daxil olmuşdur. İnzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edirəm ki, sənədlər geri qaytarılmalıdır. Belə ki, İXM-nin 529.3-cü maddəsinə əsasən, yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi həmin maddə üzrə inzibati məsuliyyət yaradır. Yəni, şəxsin əməlində İXM-nin 529.3-cü maddəsinin tərkibinin yaranması üçün onun barəsində yalnız yuxarıda göstərilən həmin inzibati xəta hadisələri nəticəsində barələrində təyin edilmiş cərimə cəzasının göstərilən müddətdə icra edilməməsi şərtdir, başqa inzibati xətaya görə təyin edilən cərimənin ödənilməməsi 529.3-cü maddə ilə nəticələ bilməz. Lakin, hazırki halda Şəxs barəsində İXM-nin 529.3-cü maddəsi ilə tərtib edilmiş protokola qoşma edilmiş sənədlərdə onun bu maddə ilə məsuliyyətinin yaranmasına əsas olmuş əvvəlki qərara rast gəlinmədiyindən, Şəxs hansı inzibati xətaya görə cərimə olunduğu müəyyən edilmir. İXM-in 109.1.6-cı maddəsinə əsasən protokol və ya digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunduqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokollar və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və İXM-in 109.1.6-cı maddəsini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş 08 iyul 2025-ci il tarixli, İXP ******* nömrəli protokol və toplanmış materiallar geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Samir Nəsibov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar