Məhkəmə qərarları › İş №3(001)-65/2025

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-65/2025

15.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-65/2025 15.01.2025 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Bağırov Zamiq Rəşid oğlunun sədrliyi, məhkəmə iclas katibi Hümbətov Məmmədəli Qafqaz oğlunun katibliyi ilə, şikayət vermiş şəxs X3 iştirakı ilə X3 Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 25042742 inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X1 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 25042742 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X5 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, EQ/25042742 saylı xx.xx.2024 tarixli elektron protokol əsasında (İX ünvanı: X8 yolu, 11.5-ci km Pirşağı istiqamətində, tarix xx.xx.2024, saat 19:15:20) İXM-nin 332.3-cü maddəsi ilə 400 AZN cərimə olunmuşdur. X11 müraciət etdikdən sonra ona İXM-nin 328.1-ci maddəsi ilə inzibati xəta törətməyi haqqında xx.xx.2024 tarixli EQ/25042742 saylı elektron qərar təqdim etmişlər. Bildirir ki, elektron protokol və qərar tərtib edilmiş BA 264827 nömrəli qeydiyyat şəhadətnaməsinə malik olan 10OB300 markalı, 2016-cı il buraxılışlı, LEXUS LX 450 markalı minik avtomobili atası X4 məxusdur. Həmin avtomobilə əvvəllər ona etibarnamə verilmişdir. Lakin həmin avtomobili uzun müddətdir ki, atası X6 özü idarə edir. Onun avtomobilə heç bir aidiyyəti yoxdur və protokolda göstərilən müddətdə orada olmamış və həmin avtomobili də idarə etməmişdir. Elektron sistemdə ona etibarnamə verilməsi haqqında məlumat olmasına görə o inzibati xəta törətmiş şəxs sayılaraq barəsində avtomatik olaraq cərimə yazılmışdır. Avtomobili idarə etmək hüququ 2 sürücüyə məxsus olduğu halda heç bir araşdırma aparmadan sürücülərdən birini avtomatik olaraq inzibati məsuliyyətə cəlb etmək tam qanunsuzluqdur. Bildirir ki, elektron protokol tərtib edilən vaxt avtomobilin atasının istifadəsində olmasını təsdiq edən atasına məxsus olan 416973...0497 nömrəli bank kartı ilə YDM -dən yanacaq alınması haqqında xx.xx.2024-cü il, saat 18:59 da verilmiş ödəniş qəbzi sübut edir ki, elektron protokol tərtib edilən vaxtda avtomobili o idarə etməmişdir. Göründüyü kimi, onun təqsirliliyini sübut edən şübhəli hal aradan qaldırılmadan barəsində protokol tərtib edilmişdir. Ona ***-***-**-** nömrəli, atasına isə 050 (055, 070)-215-77-33 nömrəli üç mobil telefon məxsusdur. Bu telefon nömrələri üzrə anten məlumatlar çıxarılarsa məlum olar ki, onun inzibati xəta törədilməsi iddia edilən sahələrdə ümumiyyətlə olmamışdır. Digər tərəfdən elektron protokol və elektron qərarlarda müxtəlif maddələr göstərilməsi də başa düşülən deyil. Ona görə də, bu şübhəli hallları aradan qaldırmadan barəsində tərtib edilmiş elektron protokolun və qərarın ona aidiyyəti olmadığından, qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Qeyd olunanlara əsasən xx.xx.2024-cü il tarixli, EQ/ 25042742 inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında X5 şikayətin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, həmin inzibati xəta törədilən zaman avtomobili atası idarə etmiş, xx.xx.2024-cü il tarixində İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta onun tərəfindən deyil, atası tərəfindən törədilmişdir. Lakin dediyi kimi, həmin zaman nəqliyyat vasitəsini atası idarə etməsinə baxmayaraq inzibati tənbeh onun barəsində tətbiq edilmişdir. Buna səbəb isə onun atasına məxsus avtomobilə etibarnaməsinin olması olmuşdur. Lakin həmin avtomobilə etibarnaməsi olmasına baxmayaraq avtomobili ancaq atası idarə edir. Odur ki, onun törətmədiyi inzibati xətaya görə tənbeh edilməsi yolverilməzdir. Göstərilənlərə əsasən şikayətinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X6 izahatında bildirmişdir ki, X5 onun oğludur. BA 264827 nömrəli qeydiyyat şəhadətnaməsinə malik olan 10OB300 markalı, 2016-cı il buraxılışlı, LEXUS LX 450 markalı minik avtomobil ona məxsusdur və həmin avtomobili idarə etmək üçün oğlunun etibarnaməsi mövcuddur. xx.xx.2024-cü tarixdə, saat 19:15-də X8 yolu, 11.5-ci km Pirşağı istiqamətində tərəfindən İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Lakin, oğlunun həmin avtomobilə etibarnaməsi olduğu üçün həmin xətaya görə inzibati tənbeh oğlunun barəsində tətbiq edilmişdir. Həmin günü özünə məxsus bank kartı ilə yanacaq doldurma məntəqəsindən 30 manat dəyərində avtomobilə yanacaq doldurmuşdur. Buna dair “Birbank” tətbiqindən qəbzi də çıxarış edərək şikayət ərizəsinə əlavə etməsi üçün oğluna təqdim etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və iclasa gəlməməyin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 25042742 nömrəli qərardan görünür ki, Bilgəh-Nardaran-Pirşağı yolu 11,5-cu km Pirşağı istiqamətində xx.xx.2024-cü il tarixdə saat 19:15-də Lexus LX450 minik markalı 10OB300 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəşisi Cəfərzadə Akif X2 yolda müəyyən edilmiş hərəkət sürətini 11 km/saat həddində aşdığından AR İXM-nin 328.1-ci maddəsi ilə təqsirli bilinərək 400,00 manat məbləğində inzibati cərimə edilmişdir. “Birbank” mobil tətbiqindən olan çıxarışdan görünür ki, xx.xx.2024-cü il tarixdə, saat 18:59-da yanacaq doldurma məntəqəsindən 30 manat dəyərində yanacaq alınmışdır. Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdırıb, şikayət vermiş şəxsin izahatını və şahid izahatını dinləyib belə nəticəyə gəlir ki, X5 tərəfindən verilmiş şikayət qismən təmin edilməli, X5 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 25042742 inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş materialları yenidən araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati tənbeh vermə haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati tənbeh vermə haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin qismən təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; Yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati tənbeh vermə haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə qeyd edir ki, yalnız İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Səlahiyyətli orqandan tərəfindən X3 İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi qənaətinə gəlinmiş və sonuncu barəsində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Lakin məhkəmə iclasında tədqiq edilmiş sübutlara əsasən X3 İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam olaraq müəyyən edilə bilməmiş, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş orqan da bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab edir ki, qeyd edilən sübutlar məhkəməyə təqdim edilmədiyindən hazırkı işə mahiyyəti üzrə baxılaraq düzgün qərar qəbul edilməsi mümkün deyildir. X5 İXM-nin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın atası tərəfindən törədildiyini bildirmiş və onun atası X6 məhkəmə iclasında şahid qismində izahat verdiyi zaman sözügedən inzibati xəta törədildiyi zaman avtomobili idarə etdiyini etiraf etmişdir. Göründüyü kimi inzibati xətanın X5 tərəfindən törədilməsinə dair şübhələr mövcuddur və səlahiyyətli orqan qeyd olunan şübhələri təkzib edəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına və şəxsin təqsirli bilinməsinə dair inzibati araşdırma materiallarının məhkəməyə təqdim edilməsi tələb edilməsinə baxmayaraq inzibati orqanın səlahiyyətli nümayəndəsi məhkəmə iclasına gəlməmiş, inzibati araşdırma materiallarını məhkəməyə təqdim etməmişdir. xx.xx.2024-cü il tarixli, EQ/ 25042742 inzibati tənbeh vermə haqqında qərarda inzibati xətanının törədilməsini təsdiq edən heç bir sübut göstərilmədiyindən məhkəmə hesab edir ki, şikayət qismən əsaslıdır. Bütün bunlar isə onu göstərir ki, səlahiyyətli orqan inzibati tənbeh vermə haqqında qərar qəbul edərkən düzgün qərar qəbul etməmişdir. Ona görə də, məhkəmə yuxarıda sadalanan hallardan belə qənaətə gəlmişdir ki, X3 barəsində olan inzibati iş üzrə səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Göstərilənləri ümumiləşdirərək məhkəmə hesab edir ki, hazırki material üzrə tam, hərtərəfli və obyektiv araşdırmanın təmin edilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 25042742 inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək yenidən araşdırılması üçün səlahiyyətli orqana qaytarılmalı, şikayətçinin iştirakı təmin edilməklə göstərdiyi dəlillər ətraflı yoxlanılmalı, şikayətçinin dəlillərinin əsaslı və ya əsassız olmasına qiymət verilməli, inzibati xəta hadisəsini aşkar etmiş xüsusi texniki vasitəsilə qeydə alınmış görüntülərdə nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsinin əks olunub-olunmaması müəyyən edilməli, olduğu halda həmin görüntülər əldə edilməli və yalnız iş üzrə bütün əhəmiyyətli hallar araşdırılaraq həmin hallara düzgün hüquqi qiymət verildikdən sonra iş üzrə yekun nəticəyə gəlinməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə, şikayət vermiş şəxs X3 hüquqlarının tam təmin edilməsi məqsədi ilə hesab edir ki, X3 barəsində Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 25042742 inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, yuxarıda göstərilənlər nəzərə alınmaqla iş üzrə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri göndərilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, EQ/ 25042742 inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə nəzərdə tutulmuş proseduralara tam əməl edilməklə və işin bütün faktiki halları araşdırılmaqla yenidən baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Zamiq Bağırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar