Məhkəmə qərarları › İş №3(001)-6506/2024

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qərar — İş №3(001)-6506/2024

02.12.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(001)-6506/2024 02.12.2024 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi Tağıyev Vüsal Adıgözəl oğlunun sədrliyi, məhkəmənin məsləhətçisi (məhkəmə iclas katibi) Almazov Pərviz Məhərrəm oğlunun katibliyi, inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Binəqədi Rayon Polis idarəsinin nümayəndəsi X2 iştirakı ilə, X9 inzibati tənbeh edilməsinə dair Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan şikayətinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X14 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsalandırılmışdır ki, Binəqədi Rayon Polis İdarəsi DYPŞ-nin inspektoru polis mayoru X3 tərəfindən qəbul edilmiş 15 iyul 2024-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla 100 manat məbləğində cərimə olunmuşdur. Həmin qərardan narazı qaldığı üçün Binəqədi Rayon Məhkəməsinə şikayət ilə müraciət etmişdir. Şikayətinə məhkəmədə baxılmış və qismən təmin edilməsi barədə 3(001)-4596/2024 saylı, xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Həmin qərarla 15 iyul 2024-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və yenidən baxılması üçün Binəqədi Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinə geri qaytarılmışdır. Ona heç bir məlumat verilmədən, eləcədə məhkəmənin tələb etdiyi prosedurlara əməl edilmədən yenidən Binəqədi Rayon Polis İdarəsi DYPŞ-nin rəisi polis mayoru X3 tərəfindən qəbul edilmiş 07 oktyabr 2024-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla İXM-nin 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Bundan sonra rəisindən xəbərsiz şəkildə Binəqədi Rayon Polis İdarəsi DYPŞ-nin inspektoru polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 21 oktyabr 2024-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla eyni əmələ görə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Heç bir qanuni əsas olmadan, heç bir araşdırma aparılmadan, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş eləcə də barəsində qərəzli İXM-nin 327.1 və 327.6-ci maddələri ilə müvafiq olaraq inzibati xəta haqqında protokol və onun əsasında qeyd edilən qərarlar qəbul etmişlər. Bundan başqa protokolda və qərarda qeyd edilənlərin heç bir əsası yoxdur. Belə ki, saxta şəkildə guya qaraların onun iştirakı ilə qəbul edildiyi qeyd edilmişdir. Həmin qərarlar haqqında məlumatı avtomobilinə zərər vurmuş Eldəniz İlyasov tərəfindən Bakı Apellyasiya Məhkəməsinin icraatında olan cavabdeh olduğu mülki iş üzrə elektron kabinetə xx.xx.2024-cü il tarixdə daxil edildikdən sonra almışdır. Odur ki, Binəqədi Rayon Polis İdarəsi DYPŞ-nin rəisi, polis mayoru X3 tərəfindən qəbul edilmiş 07 oktyabr 2024-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi, Binəqədi Rayon Polis İdarəsi DYPŞ-nin inspektoru, polis baş leytenantı X5 tərəfindən qəbul edilmiş 21 oktyabr 2024-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın etibarsız hesab edilməsi və işin bütün faktiki hallarının araşdırmaqla yenidən baxılması üçün Binəqədi Rayon Polis İdarəsi X4ytarılması haqqında yeni qərar qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, şikayət vermiş şəxs məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq, şikayət vermiş şəxsin iştirakı olmadan işə baxılmanı mümkün hesab etmişdir. Məhkəmə iclasında inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin nümayəndəsi X7 bildirmişdir ki, X9 idarə etdiyi avtomobillə törətdiyi yol nəqliyyat hadisəsi nəticəsində X1 xəsarət alması ilə bağlı Binəqədi RPİ-nin 5ci polis bölməsinə araşdırma aparılmış və xx.xx.2023-cü il tarixli qərarla cinayət işinin başlanması rədd edilmiş, Rza Bəbirovun əməlində inzibati xəta müəyyən edildiyindən qərarın surəti Binəqədi RPİ-nin DYPŞ-yə göndərilmişdir. Binəqədi RPİ-nin DYPŞ-də X9 barəsində İXM-in 327.1 və 327.6-cı maddələri ilə xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin protokol əsasında TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Rza Bəbirov qeyd edilən qərardan məhkəməyə şikayət vermiş və məhkəmənin xx.xx.2024-cü il tarixli qərarı ilə xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və iş yenidən baxılması Binəqədi RPİ-nin DYPŞ-yə göndərilmişdir. Toplanmış materiala Binəqədi RPİ-nin DYPŞ-də baxılmış və şöbənin rəisi tərəfindən Rza Bəbirovun İXM-in 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə olması haqqında xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Həmin qərar elektron sistem vasitəsilə qəbul edilmədiyi üçün sistemdə görünmədiyindən eyni inzibati xətalarla bağlı xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. X14 tərəfindən verilmiş şikayət tam əsassızdır. Belə ki, yol-nəqliyyat hadisəsi ilə bağlı toplanmış materiallara Binəqədi RPİ-nin DYPŞ-də Rza Bəbirovun iştirakı ilə baxılmış, sonuncu tərəfindən törədilmiş inzibati xəta öz təsdiqini tapmışdır. Odur ki, X14 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid X6 bildirmişdir ki, X14 tərəfindən törədilmiş yol nəqliyyat hadisəsi nəticəsində o, yüngül dərəcəli bədən xəsarəti almış, həmçinin avtomobilinə maddi ziyan dəymişdir. Rza Bəbirov inzibati məsuliyyətdən yayınmaq və ona dəymiş maddi ziyanı ödəməkdən yayınmaq üçün Binəqədi RPİ-nin DYPŞ tərəfindən qəbul edilmiş qərardan şikayət vermişdir. Rza Bəbirovun şikayəti tam əsassızdır. Ona görə də X14 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərardan görünür ki, X14 İXM-in 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərardan görünür ki, X14 xx.xx.2023-cü il tarixdə saat 01:21-də Binəqədi rayonu, Biləcəri qəsəbəsində “Chevrolet Epica minik” markalı, **-PZ-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmə qaydalarını pozduğuna, həmçinin yol nəqliyyat hadisəsi yerindən yayındığına görə İXM-in 327.1 və 327.6-cı maddələri ilə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. Məhkəmə, iş materiallarını və məhkəmədə toplanmış sübutları tam, hərtərəfli və əhatəli şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, X9 Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayəti təmin edilməməlidir. Belə ki, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 42-ci maddəsinin V bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmədə tədqiq edilmiş iş materiallarından müəyyən edilmişdir ki, X14 barəsində İXM-in 327.1 və 327.6-cı maddələri ilə olan xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan məhkəməyə şikayət vermiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 3(001)-4596/2024 nömrəli qərarı ilə xx.xx.2024-cü il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək işə yenidən baxılması üçün Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ-yə göndərilmişdir. Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ-də işə yenidən baxılaraq X14 tərəfindən İXM-in 327.1 və 327.6-cı maddələrində nəzərdə tutulmuş inzibati xətalar öz təsdiqini öz təsdiqini tapdığına görə xx.xx.2024-cü il tarixli, ******* nömrəli qərar qəbul edilmişdir. Ona görə də, məhkəmə hazırda baxılan iş üzrə X14 tərəfindən verilmiş şikayətin təmin olunmaması qənaətinə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərarlardan biri qəbul edilir. Beləliklə məhkəmə, qanunvericiliyin tələblərini rəhbər tutaraq hesab edir ki, iş üzrə Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarların qanuniliyini şübhə altına ala biləcək əsaslar müəyyən edilmədiyindən, X9 həmin qərarlardan verdiyi şikayət təmin edilməməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: X9 Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayət təmin edilməsin. Bakı şəhər Binəqədi rayon Polis İdarəsinin DYPŞ tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, ******* nömrəli və xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarlar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Vüsal Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar